* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] köhn. 1. Xidmətçi qız, qulluqçu. Evin kənizi. – Bir gün Mehriban Soltanın kənizlərinə xəbər gəldi ki, filan küçəyə bir bazirgan gəlib. “Lətif şah”. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm, qızım da kənizinizdir. Ə.Haqverdiyev. [Yetər:] Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi. N.Vəzirov. // Qədimdə: kölə kimi bağışlanan qız (qadın), qul qız (qadın); cariyə. Çaydır, dənizdir; Quldur, kənizdir; Balam hər nədir; Mənə əzizdir. (Bayatı). Taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdilər. M.S.Ordubadi. Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu bu xaraba kənddən öz sarayına dəvət edir və ən gözəl kənizini ona hədiyyə göndərir. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / kəniz3 ə. qarabaş, qulluqçu (qız, qadın).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kəniz2 сущ. устар. 1. служанка, прислуга. Evin kənizi домашняя прислуга 2. одалиска (прислужница в гареме)
Azərbaycanca-rusca lüğət / kəniz1 i. 1. (qul qadın, qız) female slave, odalisque, odalisk, bondmaid, bondwoman*; 2. (qulluqçu qadın, qız) housemaid, handmaiden, maid / female servant, maid; 3. (kəbinsiz arvad edilmiş qız, qadın) concubine, odalisque
Azərbaycanca-ingiliscə lüğət / kəniz1 is. esclave f, odalisque f ; servante f, domestique f, bonne f, ménagère f
Azərbaycanca-fransızca lüğət / kəniz1 [fars.] сущ. куьгьн. кениз (1. къуллугъчи (руш, дишегьли); 2. виликра: лукӀ хьиз садаз багъиш авунвай руш (дишегьли), лукӀ руш ва я дишегьли).
Azərbaycanca-ləzgicə lüğəti / kəniz