Kianq
Kianq (lat. Equus kiang) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli yarımnövü. Onlara əsasən, Tibet və onun ətraf ərazilərində müşahidə edilir. Kianq Qulanların bir yarımnövü hesab edilir. Ancaq onlar digər yarımnövlərdən iri olur və daha çox ata bənzəyir.
== Xarici görünüş ==
Kianqların uzunluğu 210 sm, hündürlüyü 142 sm, çəkisi isə 250–400 kq ola bilir. Yayda rəngləri parlaq qırmızı rəng alır. Qışda tükləri uzanır. Rəngi qonurlaşır. Belinin tən ortasından qara xətt keçir.