I Aleksandr (Bolqarıstan knyazı)
I Aleksandr (bolq. Александър I Батенберг; 5 aprel 1857[…], Verona, Veneto – 17 noyabr 1893, Qrats) — I Bolqar knyazı.
Bolqarıstan 1877–1878 Osmanlı-Rusiya müharibəsinin ardından müstəqillik qazandı və toplanan məclis Aleksandrı knyaz elan etdi. 1880-ci ildə məclisi, ertəsi il isə konstitusiyanı ləğv etdi. 1883-cü ildə konstitusiyanı bərpa etsə də, bu onun ruslarla münasibətlərini yaxşılaşdırmadı. Şərqi Rumeli torpaqları ələ keçirildi. Rus tərəfdarı olan ordu komandanları tərəfindən 1886-cı ildə taxtdan çəkilməyə məcbur edildi. Qalan ömrünü Avstriya ordusunda general olaraq keçirdi.
== Mənbə ==
Black, Cyril E. The Establishment of Constitutional Government in Bulgaria. Princeton, NJ: Princeton University Press.