Kuşan dövləti
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi.
== Tarixi ==
Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı.
Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.