Məhəmmədabad körpüsü
Məhəmmədabad körpüsü və ya Şah Abbas körpüsü, (az.-əski. شاه عاباس محمدآباد کؤرپۆسۆ) — Qəzvin ostanının Buyinzəhra bölgəsində, Gəlinçay (Xərəçay, Şor çayı) üzərində yerləşən tarixi körpüdür.
== Haqqında ==
Bu körpü I Şah Abbas dönəmində, Qəzvin səfəvilərin paytaxtı olduğu zaman Azərbaycanın iki önəmli şəhərlərindən olan Qəzvin və Sava arasında, Xərəçay (Şor) çayı üzərində və Məhəmmədabad-i Xərə kəndinin yaxınlığında tikilmişdir. İndilikdə Qəzvindən 37 kilometr güneydə və Buyinzəhra yolunun qırağında yerləşir. Hazırda körpünün qəzalı olmasından asılı olaraq, körpüdən keçmək qadağadır və daha körpü işlək deyil. Körpüdən 10 kilometr quzeydə isə Məhəmmədabad Karvansarası yerləşir ki bu körpü ilə eyni vaxtda tikilmişdir.
== Memarlığı ==
Körpünün uzunluğu 52 metr, eni 7,5 metrdir. Körpünün üç aşırımı, iki böyük aşırım və bir daha balaca aşırımı vardır və hər üç aşırımın iti tağları vardır. Su axınının əks istiqamətində olan körpünün əsasları, hər yanın uzunluğu təxminən 3 metr olan üçbucaqlı su qıran silsilələri vardır. Çayın dibindən bir metr hündürlüyə kimi orta tağın yan əsasları daş bloklardan və əhəng məhlulundan düzəldilib və diblərə dəyən dalğaların sıxıntı gücünü azaltmaq üçün əsaslar daş və məhlul köməyi ilə formalaşdırılıb.