Lado sözü azərbaycan dilində

Lado

Yazılış

  • Lado • 97.2414%
  • lado • 1.3793%
  • LADO • 1.3793%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lado Asatiani
Lado Asatiani (gürc. ლადო ასათიანი) - Gürcü yazıçı və şair. Cəmi yeddi il davam etmiş yaradıcılıq fəaliyyətindən sonra 26 yaşında vəfat etmişdir. Lado Asatiani XX əsr Gürcü ədəbiyyatının ən görkəmli simalarından biri kimi qəbul olunur. Asatiani Stalinist ideologiyanın təsirlərindən və məhdudiyyətlərindən qorunmağı bacaran az saylı gürcü yazıçılardandır. == Həyatı == Lado Asatiani 1917-ci ildə həmin dövrdə Gürcüstan Demokratik Respublikasının sərhədləri daxilində yerləşən Kutaisi şəhərində anadan olmuşdur. Gənclik illərini bu şəhərdə keçirən Lado 1938-ci ildə Kutaisidə pedoqoji təhsilini tamamlayır. 1939-cu ildə Qızıl ordu tərəfindən hərbi xidmətə çağırılır, ancaq tuberkulyoz xəstəsi olduğundan ordu sıralarından tərxis edilir. Asatianinin gürcü mətbuatında ilk debütü 1936-cı ildə baş tutur. 1941-ci ildə isə şeirlərindən ibarət kolleksiya nəşr olunur.
Lado Avaliani
Avaliani, Lado Şalvoviç (gür. ვლადიმერ (ლადო) შალვას ძე ავალიანი, 2 [15] may 1913 Zestafoni, Kutaisi quberniyası, Rusiya imperiyası - 1998) — Gürcüstanın sovet dövrü yazıçısı. == Həyatı == 2 (15) may 1913-cü il tarixində Rusiya imperiyasının Kutaisi quberniyasının Kutaisi qəzasının Zestafoni şəhərində anadan olub. 1940-cı ildə Tbilisi İncəsənət Akademiyasının Qrafik fakültəsini başa vurub. 1945-ci ildə Ümumkommunist bolşevik partiyasına daxil olmuşdur. 1959-cu ildə "Sonuncu gün, ilk gün" kinodramında rəssam rolunu oynamışdır. 1977-ci ildən 1981-ci ilə qədər Gürcüstan Yazıçılar İttifaqının nəsr şöbəsinin müdiri olmuşdur. 1998-ci ildə vəfat edib. == Yaradıcılığı == Əsərlərinin nəşrinə 1935-ci ildə başlamışdır. Yazıçının hekayə və novellalar mövzusu Svanetiyanın qədim və yeni həyatına, Böyük Vətən müharibəsinə, Gürcü ədəbiyyatı və incəsənətinə həsr olunub.
Lado Ketsxoveli
Lado Zaxaryeviç Ketsxoveli (gürc. ლადო კეცხოველი, əsl adı Vladimir Zaxaryeviç Ketsxoveli, gürc. ვლადიმერ ზაქარიას ძე კეცხოველი; 14.1.1876–30.8.1903)—Gürcü inqilabçısı. == Həyatı == == Fəaliyyəti == 1890-cı ilin yanvarında Lado Ketsxovelinin Bakıya gəlməsi və siyasi təşviqat fəaliyyəti yeni mərhələyə qədəm qoydu. "Lado neft şəhərində inqilabi işi canlandırdı, dərnəklərə həyat verdi. Bakıda təbliğat və təşviqat xarakterli gizli sosial-demokrat ədəbiyyatı görünməyə başladı. Çox tez-tez vərəqə və intibahnamələr yayılırdı" (92). Gizli ədəbiyyatın içərisində "İskra" qəzeti mühüm yer tuturdu. İlk nömrəsindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətini qazanmışdı. 1901-ci ilin baharında Bakıda RSDFP-nin leninçi-iskraçı məsləkli Bakı Komitəsi təşkil olundu.
Lado Qudiaşvili
Lado (Vladimir) Davidoviç Qudiaşvili (gürc. ლადო (ვლადიმერ) დავითის ძე გუდიაშვილი;18 (30) mart 1896[…], Tiflis – 20 iyul 1980[…], Tbilisi) — Gürcüstan və Sovet rəssamı, qrafik rəssam, monumalist, müəllim. SSRİ xalq rəssamı (1972), Sosialist Əməyi Qəhrəmanı (1976), Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı laureatı (1965, birinci mükafat). == Həyatı == Lado Qudiaşvili 18 mart 1896-cı ildə Tiflisdə dəmir yolu işçisinin ailəsində anadan olub. 1910-cu ildə Qafqaz Təsviri Sənəti Həvəsləndirmə Cəmiyyətinin Tiflis Rəsm və Heykəltəraşlıq Məktəbinə daxil olub. 1914-cü ildə oranı bitirmiş və məktəbdə rəsm müəllimi işləmişdir. 1915-ci ildə ilk şəxsi sərgisi Tiflisdə baş tutdu və bu da Gürcüstanın bədii dairələrində onun şöhrətini artırdı. Paolo Yaşvilinin təşkil etdiyi "Mavi buynuzlar" simvolik şairlər qrupuna yaxın olan gürcü ziyalılar dairəsinə girdi. Gürcü memarlığının abidələrini öyrənən, bir çox qədim freskaların sürətini çıxaran arxeoloji ekspedisiyada iştirak etdi. Qudiaşvili rəssam və qrafik ustası olaraq məşhurlaşmışdı.
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır. Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var. == Teatrın tarixi == Kutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır. 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı. LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var. == Tarixi == Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub. == Mükafatları == Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular.
Baltik-Ladoqa qlinti
Baltik-Ladoqa qlinti və ya Baltik-Ladoqa uçurumu (dan. Klint — uçurum, sıldırım) — Baltik dənizinin qərbindən, İsveçin Eland adalarından başlayıb, Estoniya, Leninqrad vilayəti və Ladoqa gölünə kimi uzanan qlint və ya uçurum. Qlintin uzunluğu təxminən 1100—1200 km-dir. Baltik-Ladoqa qlinti daha çox estoniyanın İda-Virumaa vilayətində özünü qabarıq göstərir. Bu bölgədə qlintin hündürlüyü 56 metrə çatır. Leninqrad vilayətində isə hündürlük 40-50 metrdən yüksək deyil. Pulkova yüksəkliyi adlanan bu ərazidə Pulkova rəsədxanası yerləşir. Bölgədə yerləşən bir çox tarixi qəsrlər məhs bu uçurumların üzərində inşa edilmişdir. Qlint kembri və ordovik süxurlarının səthinə çıxma sərhədinə uyğun gəlir. Ordovik süxurlarından ibarət olan yüksəkliyin cənubundakı təpə Ordovik yaylası adlanır (Leninqrad vilayətində - İjor yüksəkliyi).
Ladoqa gölü
Ladoqa gölü — Rusiyanın Avropa hissəsində göl, Avropada ən böyük. Sah. 18135 km², uzunluğu 219 km, orta eni 83 km, maksimal dərinliyi 230 km-dir. Dekabrdan mayadək donmuş olur. Üzərində təqribən 660 ada var. Gölə tökülən ən böyük çaylar Volxov, Svir, Vuoksa. Gölündən Neva çayı axır. Suyu şirin, hidrokarbonatlı-kalsiumludur. Mühüm gəmi dayanacaqları: Petrokrepost, Priozyorsk, Sortavala, Sviritsa. Leninqradın blokadası illərində təchizat və müdafiədə mühüm rol oynamış donmuş göldən avtomobil yolu kimi istifadə olunurdu.
Ladoqa nerpası
Ladoqa nerpası (lat. Pusa hispida ladogensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Ladoqa gölündə yaşayır. Baltik halqaşəkilli suiti 10750 əvvəl Ladoqa gölünə keçmiş və 10200–10000 əvvəl yarımnöv yaranmağa başlamışdır. Genetik baxımından Sayma nerpası ilə qohumluq əlaqəsi vardır. Bunun səbəbi Sayma gölü ilə Ladoqa gölü arasında olan Vuoksa çayı ilə birləşməsidir. Kiçik dəstələr əmələ gətirirki oradada 7–15 baş arası fərd olur. Yayda onlar gölün az məskunlaşmış şimal sahillərinə, kiçik adalarına, qayalıqları və burunlar üzərində dinçəlməyi xoşlayırlar. Qışda isə cənub və cənub şərq sahillərini üstün bilirlər. Əsasən göldə olan balıqlarla qidalanırlar.
Nina Ladoxina
[mənbə göstərin] Ladoxina Nina Petrovna — kimyaçı alim, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, dosent, kimya üzrə fəlsəfə doktoru. == Həyatı == Ladoxina Nina Petrovna1962 ildə Baki şəhərində anadan olub. 1969-cü ildə 211 saylı orta məktəbə qəbul olunmuş və 1979 ildə həmin məktəbi bitirmişdir. Ladoxina Nina Petrovna 1984-cü ildə Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin texnologiyası” fakultəsini bitirmişdir və həmin ildə Aşqarlar Kimyasi İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 1989-cü ildə aspiranturaya daxil olmuş və 1993-cü ilin namizədlik dissertasiyası müdafiə etmişdir. “Heterotsiklik aminlərin N-alkoksimetil törəmələri antimikrob aşqarlar kimi” mövzusunda olan dissertasiyasına görə elmi şura onu elmlər namizədi adına layiq görmüşdür. Ladoxina N.P. yüksək elmi nailiyyətinə görə 2006-ci ilin martında Azerbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 2013-cü ildən doktoranturaya qiyabi daxil olmuş və kimya elmləri üzrə (23.06.01 – üzvi kimya ixtisası) elmlər doktoru elmi dərəcəsi almaq üçün, “Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi, bəzi kimyəvi çevrilmələri və xassələrı” dissertasiya mövzusu təsdiq olunmuşdur. == Elmi fəaliyyəti == Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi üçün yeni metodların hazırlanması və alınan birləşmələrin biosid aşqarları kimi xüsüsi mayelərə təsirinin öyrənilməsinə həsr olunmuşdır.Sintez olunmuş funksionaləvəzolunmuş sulfamidlərlə metilen qrupunun aktivliyi əsasında 1,2- və 1,3-polyarofil-lərlə heterotsiklizasiya aparılmış və bu reaksiyanın sinxron getdiyi müəyyən edilmişdir. Xloraminlərlə allilxlorid arasındakı reaksiya şəraiti öyrənilmiş və alınan 1,3-dixlorpropilsulf-amidlərin aziridinə çevrilməsi prosesi müəyyən edilmişdir.
Qryadovı adası (Ladoqa gölü)
Qryadovı adası (fin Selkämustasaari) — Ladoqa gölündə yerləşən kiçik ada. Ladoqa şxerinin qərb qoluna daxildir. İnzibati baxımından Leninqrad vilayətinin Priozerski rayonu ərazisinə daxildir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 0,9 km, eni 0,2 km-dir. Lexmalaxti körfəzində, Montosaari adasından cənubda yerləşir. Adanın maksimal hündürlüyü 34 metrdir. Cənub sahilləri qayalıdır. Ərazisi meçə ilkə örtülmüşdür. Cənub sahilləri sıldırımlıdır və bitki örtüyündən məhrumdur.
Pusa hispida ladogensis
Ladoqa nerpası (lat. Pusa hispida ladogensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Ladoqa gölündə yaşayır. Baltik halqaşəkilli suiti 10750 əvvəl Ladoqa gölünə keçmiş və 10200–10000 əvvəl yarımnöv yaranmağa başlamışdır. Genetik baxımından Sayma nerpası ilə qohumluq əlaqəsi vardır. Bunun səbəbi Sayma gölü ilə Ladoqa gölü arasında olan Vuoksa çayı ilə birləşməsidir. Kiçik dəstələr əmələ gətirirki oradada 7–15 baş arası fərd olur. Yayda onlar gölün az məskunlaşmış şimal sahillərinə, kiçik adalarına, qayalıqları və burunlar üzərində dinçəlməyi xoşlayırlar. Qışda isə cənub və cənub şərq sahillərini üstün bilirlər. Əsasən göldə olan balıqlarla qidalanırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••••••••••••••• 2.02
2005 •••••••••• 1.35
2006 •••••••••••••••••••• 2.70
2007 •••••••••• 1.27
2008 •••• 0.49
2009 ••••••••• 1.12
2010 •••••• 0.73
2011 0.09
2012 0.09
2013 •• 0.15
2014 •• 0.17
2017 ••••••• 0.81
2018 ••• 0.30
2019 •• 0.14

Oxşar sözlər

#lado nədir? #lado sözünün mənası #lado nə deməkdir? #lado sözünün izahı #lado sözünün yazılışı #lado necə yazılır? #lado sözünün düzgün yazılışı #lado leksik mənası #lado sözünün sinonimi #lado sözünün yaxın mənalı sözlər #lado sözünün əks mənası #lado sözünün etimologiyası #lado sözünün orfoqrafiyası #lado rusca #lado inglisça #lado fransızca #lado sözünün istifadəsi #sözlük