Luiza sözü azərbaycan dilində

Luiza

Yazılış

  • Luiza • 95.8904%
  • LUİZA • 3.6530%
  • luiza • 0.4566%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Luiza
Luiza — qadın adı.
Lotaringiyalı Luiza
Lotaringiyalı Luiza (ing. Louise of Lorraine; fr. Louise de Lorraine; 30 aprel 1553, Nomeni[d] – 29 yanvar 1601, Mulen) — Fransa kralı III Henrinin xanımı, Fransa kraliçası. == Mənbə == Boucher, Jacqueline (1995). Deux épouses et reines à la fin du XVIe siècle: Louise de Lorraine et Marguerite de France (in French). Publications de l'Universite de Saint-Etienne. ISBN 9782862720807 Knecht, Robert J. (2016). Hero or Tyrant? Henry III, King of France, 1574–89.
Luiza Abbema
Luiza Abbema (30 oktyabr 1853 – 10 iyul 1927, IX arondisman) — fransız rəssam, həykəltaraş və dizayner. «3-cü respublikanın rəsmi rəssamı» hesab edilirdi . Onun məqalələri Gazette des Beaux-Arts və L’Art jurnallarında çap edilirdi. == Bioqrafiyası və yaradıcılığı == Luiza Abbema 23 yaşında Sara Bernarın portretini çəkdikdən sonra məşhurlaşmışdır. Çarlz Çaplin, Jan-Jak Henner, Karol-Duran kimi tanınmış rəssamların tələbəsi olmuşdur. Bir çox tanınmış şəxslərin portretlərini çəkmişdir. Paris Salonunun daimi iştirakçısı olmuşdur (mükafat 1881). Fəxri Legion Cəngavəri (1906) və Dekorativ Rəssamlar Cəmiyyəti Komitəsinin üzvü olmuşdur.
Luiza Atkinson
Luiza Atkinson (ing. Caroline Louisa Waring Atkinson; 25 fevral 1834 – 28 aprel 1872) — Avstraliya yazıçısı, təbiətşünası.
Luiza Flek
Luiza Flek, həmçinin Luiza Kolm və ya Luiza Kolm-Flek kimi tanınır. Uşaqlıq adı Luiza Velte idi (alm. Luise Fleck‎; 1 avqust 1873, Vyana — 15 mart 1950, Vyana) — Avstriya kinorejissoru. Dünyanın ilk qadın-rejisorlarından biri hesab olunur (Alisa Qi-Blaşedən sonra). == Bioqrafiyası == Luiza Vyanada anadan olub. Atası - Louis Velte, XIX əsrin əvvəllərində Avstriyada məskunlaşmış Lion şəhərindən olan panoptikan sahibi idi. Uşaq ikən atasına işində kömək edir, kassada işləyirdi. 1910-cu ilin yanvarında Luiza ilk əri Anton Kolm və operator Yakob Flek və qardaşı Claudius ilə birlikdə Erste österreichische Kinofilms-Industrie kino şirkətini qurdular. Bu şirkət Luizanın atası da daxil olmaqla bir sıra insanların maliyyə dəstəyi ilə Avstriyada yaradılan ilk kino şirkəti idi. Bir il sonra Österreichisch-Ungarische Kinoindustrie GmbH adlandırıldı.
Luiza Hey
Luiza Hey (ing. Louise Hay; 8 oktyabr 1926 - 30 avqust 2017) — amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə yaxşı tanınır.Hey May 2008-ci ildə Nyu-York Tayms dərgisində Mark Oppenheimer ilə müsahibəsində öz həyat hekayəsin ətraflı şəkildə nəql etmişdir.
Luiza Karvalyo
Luiza Karvalyo (d. 2 iyul 1983) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Luiza Karvalyo, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Luiza Noybauer
Luiza Noybauer (alm. Luisa-Marie Neubauer‎) — Almaniyada "Gələcək üçün cümə günləri" məktəb iqlim tətillərinin əsas təşkilatçılarından biri olan alman əsilli iqlim fəalı. O, bu işdə Qreta Thunberqdən ilhamlanır. O, Almaniyada 2030-cu ilə qədər kömürdən mərhələli şəkildə imtina və Paris sazişinə uyğun iqlim siyasətini müdafiə edir. O, həmçinin “anti-artım” konsepsiyasını dəstəkləyir. Noybauer Birlik 90/Yaşılların üzvüdür. Bundan başqa nəsillərarası ədalət və qlobal yoxsulluğa qarşı müdafiə etdiyi müxtəlif təşkilatlarda iştirak edir. == Bioqrafiya == Noybauer Hamburqun İzerbruk rayonunda dörd uşaqlı bir ailədə böyüyüb. Ailənin ən kiçik uşağıdır. Anası tibb bacısıdır.
Luiza Pesyak
Luiza Pesyak (sloven. Luiza Pesjak 12 iyun 1828, Lyüblyana – 1 mart 1898, Lyüblyana) — Sloven əsilli yazıçısı, şair və tərcüməçi. == Bioqrafiyası == 12 iyun 1828-ci ildə Lyublyanada vəkil Blaz Krobazın ailəsində anadan olmuşdur. Ailənin birinci övladı olur Fröhlichov adlı xüsusi bir müəssisədə oxuyur. Burada qızların adi təhsili ilə yanaşı, roman dilləri və ədəbiyyatı üzrə biliklər qazanır. 1844-cü il onun poeziyasının başlanğıc ili olur. Sloven və alman dillərində əsərlər yazır. Sloveniyalı yazıçı, dramaturq və tənqidçi Fransez Levstick Luiza müasirləri arasında ona böyük təsir göstərir. Atasının ölümündən sonra, 1848-ci ildə Luisa, zəngin tacir və təşəbbüskar Simon Pesyak (sloven. Simon Pesjak) ilə evlənir.
Luiza Qlyuk
Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943, Nyu-York, Nyu-York ştatı – 13 oktyabr 2023, Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. == Həyatı == Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub. 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub. == İstinadlar == == Xarici keçidlər == Louise Glück Online resources from the Library of Congress (ing.) Louise Glück Papers.
Luiza Qlük
Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943, Nyu-York, Nyu-York ştatı – 13 oktyabr 2023, Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. == Həyatı == Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub. 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub. == İstinadlar == == Xarici keçidlər == Louise Glück Online resources from the Library of Congress (ing.) Louise Glück Papers.
Luiza Qəniyeva
Luiza Qəniyeva (d. 11 noyabr 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Luiza Qəniyeva, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Luiza Qəniyeva, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Luiza Rasulova
Luiza Rasulova (24 aprel 1995, Daşkənd) – özbək aktrisası və teleaparıcı. Rasulova Özbəkistanda 2012-ci ildə "O Məryəm, Məryəm" özbək dramında oynadığı roldan sonra geniş tanıdı. O vaxtdan bəri, bir çox Özbəkistan komediya filmində rol aldı. Rəsulova bir neçə mahnı da yazdırdı. == Həyatı == Luiza Rəsulova 24 aprel 1995-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. Hələ evlənmədiyi üçün anası və qardaşları ilə yaşayır. Luiza Rəsulova peşəkar karyerasına 2010-cu ildə başlayıb. Aktrisa 2011-ci ildə çəkilən "Yondiradi Kuydiradi" filmində rol aldı, 2012-ci ildə Bəhrom Yakubovun rejissoru olduğu Özbəkistanın "O Məryəm, Məryəm" filmində müğənni Şahzoda və Ulugbek Kadırovla rol aldı. Bundan sonra aktrisa kimi tanındı. 2017-ci ildə Zoʻr TV-də "Indigo" şousunun aparıcısı kimi işə başladı.
Luiza Saidiyeva
Luiza Saidiyeva (17 mart 1994) — Qazaxıstanlı oxatan. Luiza Saidiyeva Qazaxıstannı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luiza Saidiyeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Anastasiya Pavlova ilə üz-üzə gəldi. Həmin görüşdə Luiza Saidiyeva rəqibinə 0:6 hesabı ilə uduzdu.
Luiza Enn Meredit
Luiza Enn Meredit (ing. Louisa Anne Meredith; 20 iyul 1812, Birminhem, Vorvikşir qraflığı – 21 oktyabr 1895[…]) — Böyük Britaniya-Avstraliya yazıçısı.
Luiza Katrin Adams
Luiza Katrin Adams (ing. Louisa Adams; 12 fevral 1775[…], London – 15 may 1852[…], Vaşinqton) — ABŞ siyasətçisi, 8-ci Prezidenti Con Kuinsi Adamsın həyat yoldaşı. == İstinadlar == == Ədəbiyyat == Allgor, Catherine. Parlor Politics: In Which the Ladies of Washington Help Build a City and a Government. Charlottesville: University Press of Virginia, 2000.
Luiza Mey Alkot
Luiza Mey Alkott (29 noyabr 1832[…] – 6 mart 1888[…], Boston) — görkəmli ABŞ yazıçısı. 1868-ci ildə yazdığı və avtobioqrafik səciyyə daşıyan "Balaca qadınlar" adlı romanı ilə tanınmışdır. Bu roman onun ailəsi ilə birlikdə Konkordda yaşadığı zamandan bəhs edir. Lakin əsərdə hadisələr Amerika vətəndaş müharibəsi dövründə verilmişdir. == Gəncliyi və ilk əsərləri == Luiza Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir. O, dörd bacıdan: Anna, Elizabet və Abigeyl Mey, ikincisidir. Luiza Mey Alkott abolisionist və feminist olmuşdur. Gənc yaşlarından müəllim kimi işləməyə məcbur olan Luiza ilk kitabı olan "Çiçək təmsillər"ini 1849-cu ildə çap etdirmişdir. Müharibə başlayanda tibb bacısı kimi fəaliyyət göstərmişdir. 1864-cü ildə çap olunan romanında bundan da bəhs etmişdir.
Luiza Mey Alkott
Luiza Mey Alkott (29 noyabr 1832[…] – 6 mart 1888[…], Boston) — görkəmli ABŞ yazıçısı. 1868-ci ildə yazdığı və avtobioqrafik səciyyə daşıyan "Balaca qadınlar" adlı romanı ilə tanınmışdır. Bu roman onun ailəsi ilə birlikdə Konkordda yaşadığı zamandan bəhs edir. Lakin əsərdə hadisələr Amerika vətəndaş müharibəsi dövründə verilmişdir. == Gəncliyi və ilk əsərləri == Luiza Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir. O, dörd bacıdan: Anna, Elizabet və Abigeyl Mey, ikincisidir. Luiza Mey Alkott abolisionist və feminist olmuşdur. Gənc yaşlarından müəllim kimi işləməyə məcbur olan Luiza ilk kitabı olan "Çiçək təmsillər"ini 1849-cu ildə çap etdirmişdir. Müharibə başlayanda tibb bacısı kimi fəaliyyət göstərmişdir. 1864-cü ildə çap olunan romanında bundan da bəhs etmişdir.
Luiza O`Merfi
Luiza O`Merfi (fr. Marie-Louise O'Murphy) (21 oktyabr 1737,(Ruan) — 11 dekabr 1814, Paris) — Fransa kralı XV Lüdovikin favoriti (məşuqəsi). == Həyatı == Luiza O`Merfi irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra anası qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nikahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir. Fransa inqilabı zamanı Krala əlaqəsinə görə qısamüddətli həbs edilir.
Luiza de Brolyi
Luiza Albertina de Brolyi, qrafinya d'Ossonvil fr. Louise Albertine de Broglie, comtesse d'Haussonville; 25 may 1818, Koppe — 21 aprel 1882, Paris) — fransız yazıçı və tarixçi, hersoq Viktor de Brolyinin və baronessa Hedviqa Qustava Albertina Stal fon Qolşteynin qızı, tanınmış yazıçı Anna de Stalın nəvəsi. == Həyatı == Luiza de Brolyi 1836-cı ildə Jozef d'Ossonvil (1846-cı ildən qraf) ilə ailə həyatı qurmuş, ondan üç uşağı olmuşdur. İtaliyada səyahətə çıxdıqları zaman onlar Romadakı Fransa Akademiyasına rəhbərlik edən Jan Oqyust Dominik Enqr ilə tanış olurlar. 1840-cı illərin ilk yarısında Enqr Parisdə Luizanın portretini çəkir. Bu portret sonralar rəssamın ən məşhur rəsm əsərlərindən biri olur. Luiza de Brolyi bir neçə ədəbi-tarixi əsərin müəllifidr; ona məşhurluğu İrlandiyanın azadlığı uğrunda mübarizə aparmış inqilabçı Robert Emmetin bioqrafiyası gətirmişdir. Qrafinya d'Ossonvil həm də Fransa Akademiyası ilə öz arasında olan məşhur "ailə bağları"na görə tanınır. Belə ki, o bir akademikin qızı, digərinin bacısı, üçüncüsünün arvadı, dördüncüsünün isə anası olmuşdur. == Əsərləri == Robert Emmet (Robert Emmet).
O`Merfi, Luiza
Luiza O`Merfi (fr. Marie-Louise O'Murphy) (21 oktyabr 1737,(Ruan) — 11 dekabr 1814, Paris) — Fransa kralı XV Lüdovikin favoriti (məşuqəsi). Luiza O`Merfi irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra anası qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nikahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir. Fransa inqilabı zamanı Krala əlaqəsinə görə qısamüddətli həbs edilir.
Orleanlı Luiza Elizabet
Orleanlı Luiza Elizabet (fr. Louise-Élisabeth d'Orléans) (9 dekabr 1709, Paris – 16 iyun 1742, Paris) — İspaniya kralının xanımı. Atası Fransa kralı XIII Lüdovikin nəvəsi Orlean hersoqu II Filipp, anası isə XIV Lüdovikin qızı Burbonlu Fransiska Mariyadır. Noel, Charles C. (2004). "'Barbara Succeeds Elizabeth…': The Feminisation and Domestication of Politics in the Spanish Monarchy, 1701–1759". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 155–185.
Luiza Brealey
Luiza Brealey (ing. Louise Brealey; 27 mart 1979) — həmçinin Loo Brealey kimi tanınır, ingilis aktrisası, yazıçı və jurnalist. Şerlok televiziya serialında Molli Huper rolu ilə məşhurdur. == Bioqrafiya == Luiza Brealey 27 mart 1979-cu ildə Northemptonda anadan olub. Məktəbi bitirdikdən sonra o, Kembric Universitetinə daxil olub. Brealey daha sonra Lee Strasberg Teatr və Film İnstitutunda aktyorluq təhsili almaq üçün Nyu-Yorka köçür. O, komediya ustası Filip Qollierdən də dərslər alıb. === Teatr karyerası === Luiza Brealey 2001-ci ildə London Kral Məhkəməsində Sliding With Suzanne filmində 14 yaşlı Sofi rolunda səhnəyə çıxdı. 2005-ci ildə Bristolun Old Vic Teatrında səhnəyə qoyulan Tom Stoppardın "Arcadia" filmində rol aldı. === Kino karyerası === Luiza Brealeynin debüt filmi tibb bacısı rolunu oynadığı "Fəlakət" serialı idi.
Luiza Brili
Luiza Brealey (ing. Louise Brealey; 27 mart 1979) — həmçinin Loo Brealey kimi tanınır, ingilis aktrisası, yazıçı və jurnalist. Şerlok televiziya serialında Molli Huper rolu ilə məşhurdur. == Bioqrafiya == Luiza Brealey 27 mart 1979-cu ildə Northemptonda anadan olub. Məktəbi bitirdikdən sonra o, Kembric Universitetinə daxil olub. Brealey daha sonra Lee Strasberg Teatr və Film İnstitutunda aktyorluq təhsili almaq üçün Nyu-Yorka köçür. O, komediya ustası Filip Qollierdən də dərslər alıb. === Teatr karyerası === Luiza Brealey 2001-ci ildə London Kral Məhkəməsində Sliding With Suzanne filmində 14 yaşlı Sofi rolunda səhnəyə çıxdı. 2005-ci ildə Bristolun Old Vic Teatrında səhnəyə qoyulan Tom Stoppardın "Arcadia" filmində rol aldı. === Kino karyerası === Luiza Brealeynin debüt filmi tibb bacısı rolunu oynadığı "Fəlakət" serialı idi.
Belçikalı Luiza
Belçikalı Luiza Mariya Amaliya (fr. Louise Marie Amélie de Belgique; 18 fevral 1858, Brüssel – 1 mart 1924, Visbaden, Prussiya[d]) — Belçika kralı II Leopoldun qızı, Saksen-Koburq-Qota şahzadəsi. == Həyatı == === İlk illəri === 18 fevral 1858-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 28 martda vəftiz edildi. Vəftiz anası atasının nənəsi Siciliyalı Mariya Amaliya, vəftiz atası isə anasının əmisi Avstriyalı İohann oldu. Cütlüyün ən böyük övladı idi və özündən sonra bir qardaşı və 2 bacısı daha dünyaya gəldi. 1865-ci ildə babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Qapalı saray həyatı boyunca yalnız qohumu olan bəzi monarx ailələrinin övladlarıyla münasibət saxlaya bildi.
Mariya-Luiza fon Havsburq
Mariya Lüdovica Leopoldina Franziska Sresse Yezefa Lusiya (it. Maria Luisa Leopoldina Francesca Teresa Giuseppa Lucia; 12 dekabr 1791[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 17 dekabr 1847[…], Parma, Parma hersoqluğu[d]) Napolyonun həyat yoldaş olmuşdur. Napolyon Bonapartla 1810-cu ildə ailə qurmuşdur.11 illik ailə həyatları olmuşdur.
Orleanlı Mariya Luiza
Mariya Luiza (isp. María Luisa de Orleans; fr. Marie-Louise d'Orléans) (26 mart 1662 – 12 fevral 1689[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı XIII Lüdovikin oğlu Burbonlu Filipp, anası isə İngiltərə kralı I Karlın qızı Henretta Stüartdır. 16 yaşında ikən İspaniya kralı II Karlla evləndirilsə də, bu evlilikdən övladı olmadı. Gözlənilməz ölümünün ardında qaynanası Mariya Annanın olduğu deyilsə də, ölüm səbəbi olaraq appendisit partlaması göstərilir. Barker, Nancy Nichols (1989). Brother to the Sun King, Philippe, Duke of Orléans. Johns Hopkins University Press. Campbell, Jodi (2017).
Parmalı Mariya Luiza
Parmalı Mariya Luiza (isp. Luisa María Teresa Ana; fr. Louise Marie Thérèse Anne) (9 dekabr 1751[…], Parma – 2 yanvar 1819[…], Roma) — İspaniya kralının xanımı. Atası İspaniya kralı V Filippin oğlu Parma hersoqu Filipp, anası isə Fransa kralı XV Lüdovikin qızı Burbonlu Luiza Elizabetdir. Əmisi olan İspaniya kralı III Karlın oğlu İnfant Karlla 1765-ci ildə evləndi və onun 1788-ci ildə kral olmasıyla Mariya Luiza İspaniya kraliçası oldu. Kral üzərindəki nüfuzu və dövlət işlərinə müdaxiləsi səbəbilə xalq arasında sevilmədi. Hətta münasibətləri pis olan gəlini Mariya Antuanettanın gənc yaşda vəfat etməsində də onun əlinin olduğu deyilir. Ərinin taxtdan devrilməsinin ardından onunla birlikdə Fransaya qaçdı və Napoleon Bonapart tərəfindən burada əsir tutuldu. Daha sonra Romaya aparıldılar və burada ərinin ölümündən 18 gün öncə — 2 yanvar 1819-cu ildə vəfat etdi. Ursula Tamussino: Isabella von Parma.

luiza sözünün leksik mənası və izahı

Oxşar sözlər

#luiza nədir? #luiza sözünün mənası #luiza nə deməkdir? #luiza sözünün izahı #luiza sözünün yazılışı #luiza necə yazılır? #luiza sözünün düzgün yazılışı #luiza leksik mənası #luiza sözünün sinonimi #luiza sözünün yaxın mənalı sözlər #luiza sözünün əks mənası #luiza sözünün etimologiyası #luiza sözünün orfoqrafiyası #luiza rusca #luiza inglisça #luiza fransızca #luiza sözünün istifadəsi #sözlük