* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir yerin uzaqlara qədər gedən ümumi görünüşü, gözün qavraya bildiyi yerin, sahənin, təbiətin görünüşü; axar-baxar. Dağ mənzərəsi. Meşə mənzərəsi. – Mənzərələr tez-tez dəyişirdi: gah göy ot və çəmən, gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr… S.S.Axundov. Furqon Ağsudan ötüb çaya yaxınlaşanda ayrı bir mənzərə müşahidə olundu. Mir Cəlal. 2. Təbiəti əks etdirən şəkil, rəsm. Təbiət mənzərələri. – [Lətifə:] Sizin dağlardan çəkib gətirdiyiniz mənzərələr çox gözəldir! M.Hüseyn. // Bədii əsərlərdə təbiətin təsviri. Nizaminin əsərlərində mənzərələr. 3. məc. Konkret şəkildə təsəvvür olunan, göz qabağına gətirilə bilən şey, hadisə və s. Keçmişin mənzərələri. Yürüş mənzərələri. Axşam mənzərəsi. – Tacirlərin və əsnafın abı, yaşıl, qara çuxaları qəribə bir mənzərə təşkil edirdi. Çəmənzəminli. Kosa qapının açar yerindən bu mənzərəni görürdü. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / mənzərə3 ə. 1) seyr olunan təbiət, təbiətin görünüşü; 2) belə yerləri təsvir edən şəkil; peyzaj, panorama; 3) perspektiv.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mənzərə2 1. MƏNZƏRƏ Mənsur ..ətrafdakı mənzərəyə tamaşa eləyirdi (H. Abbaszadə); AXAR-BAXAR ..kəndin çox gözəl və qəşəng axar-baxarı vardı (Ə.Vəliyev); LANDŞAFT Kiprin .. landşaftı bir növ bizim Abşeron yarımadasını xatırladır (Qəzetlərdən); GÖRKƏM, GÖRÜNÜŞ, PERSPEKTİV. 2. MƏNZƏRƏ, PANORAMA (mənzərə janrı), PEYZAJ 3. MƏNZƏRƏ (təbiəti əks etdirən şəkil), TƏSVİR, LÖVHƏ
Azərbaycan dilinin sinonimlər lüğəti / mənzərə2 I сущ. 1. вид: 1) то, что открывается взору. Картина. Gözəl mənzərə красивый вид, Göygölün mənzərəsi вид озера Гёйгёль, Bakı körfəzinin mənzərəsi вид Бакинской бухты 2) изображение картины природы. Azərbaycanın mənzərələri виды Азербайджана 2. картина: 1) перен. то, что можно видеть, представить себе. Keçmişin mənzərələri картины прошлого, Bakı baharının mənzərələri картины бакинской весны 2) яркое и выразительное словесное изображение чего-л. Romanda həyatın geniş mənzərəsi verilmişdir в романе дана широкая картина жизни, mübarizə mənzərəsini qələmə almaq набросать картину борьбы 3. зрелище: 1) то, что является предметом созерцания, обозрения. Gözləmədiyim bir mənzərə неожиданное зрелище, qarşımda qorxunc bir mənzərə açıldı передо мной открылось страшное зрелище, qəribə bir mənzərəyə rast gəldim я встретился с любопытным зрелищем 2) наблюдение чего-л. Firavan həyat mənzərəsi зрелище раздольной жизни 4. пейзаж: 1) общий вид какой-л. местности, картина природы. Dağ mənzərəsi горный пейзаж, meşə mənzərəsi лесной пейзаж 2) картина, рисунок, изображающие природу. Mənzərə çəkmək писать пейзаж 3) описание природы в литературном произведении. Süleyman Rəhimovun əsərlərində təbiət mənzərələri пейзажи в произведениях Сулеймана Рагимова II прил. 1. видовой (относящийся к изображению картин природы). Mənzərə filmi видовой фильм 2. пейзажный (изображающий пейзаж). Mənzərə kompozisiyası пейзажная композиция, mənzərə rəsmləri пейзажная живопись, mənzərə janrı пейзажный жанр
Azərbaycanca-rusca lüğət / mənzərə1 I. i. 1. appearance, air; 2. view, landscape, sight, panorama; heyranedici ~ a magnificent view; dəniz ~si view of the sea; ümumi ~ general view II. s. pictorial, picturesque, scenic; (i.s.) having a beautiful view
Azərbaycanca-ingiliscə lüğət / mənzərə1 is. vue f, paysage m ; panorama m ; tableau m ; heyranedici ~ vue f magnifique ; dəniz ~si vue de la mer ; ~ rəsmi paysage m
Azərbaycanca-fransızca lüğət / mənzərə1 [ər.] сущ. мензера (1. акунар, пейзаж, панорама; çay mənzərəsi вацӀун мензера; 2. шикил (тӀебиатдин акунар авай); 3. пер. конкретдаказ хиялдиз гъиз жедай, вилин кӀаник гъиз жедай затӀ, вакъиа ва мс.; keçmişin mənzərələri алатай девирдин мензереяр).
Azərbaycanca-ləzgicə lüğəti / mənzərə