mavi-gümüşü sözü azərbaycan dilində

mavi-gümüşü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mavi-gümüşü • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gümüşü
Gümüşü – rəng çaları.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Gümüşü Qaranquşlar
Gümüşü Qaranquşlar (ing. Silver Swallows) İrlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1986-cı ildə qurulmuşdur. İlk komanda Fouga CM.170 Magister təyyarələri istifadə edirdi. 1998-ci ildə ləğv olunmuşdur. 2022-ci ildə komanda Pilatus PC-9 təyyarələri ilə yenidən fəaliyyət göstərməyə başladı.
Gümüşü Ulduzlar
Gümüşü Ulduzlar (ərəb. النجوم الفضية‎) Misir Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda1974-cü ildə qurulub. Uçuşlar üçün Hongdu JL-8 təyyarəsinin K-8E versiyası istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rənglərdən ibarət dizaynda boyanıb. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. 2010-cu ildən 10 təyyarədən ibarət komanda ilə uçuşlar həyata keçirilir: 9-u qrup şəklində düzülüş və 1 solo.
Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çох zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yаxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir.
Gümüşü buludlar
Gümüşü buludlar-Seraski 1885-ci il == İlk müşahidə == 1885-ci ilin yayında məşhur rus astronomu Seraski ilk dəfə tutqun toran göyün üzündə qeyri-adi, əvvəllər heç bir zaman təsadüf edilməyən, yarım-şəffaf, parlaq, parlaq işıq verən gümüşü-ma-vi rəngli buludlar görmüşdür. Çox keçmədən astronomlar müəyyən etdilər ki, gümüşü buludlar göyün üzündə həmişə görünməyib, yalnız yay aylarında, həm də üzərlərinə üfüqün arxasına keçən günəşin şüaları düşən müddətdə görünür. == Gümüşü buludlar == Son zamanlar müəyyən edilmişdir ki, gümüşü buludlar yerdən 82 km yuxarıda və atmosferin da-ha yüksək qatında olur. Sürəti bəzən saatda bir neçə yüz kilometrə çata bilir. Gümüşü buludlar qütb şəfəqinin əmələ gətirdiyi səviyyənin aşağı sərhəddində də yaranır. Atmosferin yuxarı qatları (aşağı qatlar kimi) əsasən oksigen və azotdan ibarətdir. Gündüz günəşin ultrabənövşəyi şüalarının təsiri altında oksigenin molekulu atomlara parçalanır. Su molekulunu əmələ gətirmək üçün oksigenin bir atomunun 2 hidrogen atomu ilə birləşməsi lazımdır. Atmosferin yuxarı qatlarında hidrogen olmadığı üçün hidrogen atomları, günəşdən atmosferə tünd ləkələrlə əlaqədar olan coşqun fəaliyyəti dövründə düşür. Yuxarıda göstərdiyimiz yüksəklikdə su izah edi-lən formada əmələ gəir.
Gümüşü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Gümüşü iydə
Gümüşü iydə == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. Yabanı halda Kanadada bitir. == Botaniki təsviri == İynəsiz, enli şaxələnmiş çətiri olan yarpağı tökülən, 5 m-ə qədər hündürlükdə kol və ya kiçik ağacdır. Zoğları qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtaşəkilli və ya uzunsov-neştərvarı olub, uzunluğu 3–8 sm-dir. Hər iki tərəfdən gümüşü rənglidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri xırda, içəri tərəfdən sarı, çox ətirlidir, 1–3 ədədi birlikdə yarpaqların qoltuğunda toplanmışdır. Meyvələri oval və ya şarşəkilli, ölçüsü 1–2 sm-dir, gümüşü qabıqlarla sıx örtülmüşdür. Çoxlu kök pöhrələri verir.
Gümüşü qaytarma
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Gümüşü seloziya
Gümüşü seloziya (lat. Celosia argentea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin seloziya cinsinə aid bitki növü.
Gümüşü çingil
Gümüşü Şahinlər
Gümüşü Şahinlər Cənubi Afrika Respublikası Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Pilatus PC-7 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1953-cı ildə Bumbling Bees adı altında yaradılmışdır. 20-cu əsrin 50-ci illərində isə ləğv olunmuşdur. 1966-cı ildə komanda yenidən quruldu. Bu komanda uçuşlar üçün Aermacchi MB-326 təyyarəsi istifadə edirdi. 1986-cı ildə şoudakı təyyarələrin sayı 5-ə qədər artırıldı. Təyyarə o vaxtkı Cənubi Afrika bayrağını təmsil etmək üçün narıncı, ağ və mavi rənglərə boyanmışdı. 1994-cü ildə yeni dövlət bayrağı qəbul olunduğuna görə təyyarələr CAR Hərbi Hava Qüvvələrinin rənglərini təmsil etmək üçün yenidən rəngləndi: mavi, açıq mavi və ağ. 1998-ci ildə təyyarələrin sayı yenidən 4-ə endirildi.
Gümüşü şefedriya
Gümüşü qızılquş
Gümüşü qızılquş (lat. Falco concolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Gümüşü şeferdiya
Gümüşü şeferdiya (lat. Shepherdia argentea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin şeferdiya cinsinə aid bitki növü.
Gümüşü furqon
== Məzmun == Burada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir. == Film haqqında == Film yazıçı Elçinin "Bir Görüşün Tarixçəsi" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operator: Ələsgər Ələkbərov (II) Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Adil İsmayılov Operator: Rəşid Nağıyev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: L. Kuznetsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Montaj edən: Nelli Mahmudova İşıq ustası: V. Ağacanov Çalır: İnstrumantal Ansambl Ansamblın rəhbəri: Rafiq Babayev Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Aydın Dadaşov === Rollarda === Həmidə Ömərova — Mədinə Məmməd Məmmədov — Rəsul Ömür Nağıyev — Fərman Muxtar Maniyev — Səfər Eldar Əliyev-Ağadadaş Samir Qədirov — Fərid Əşrəf Mamayev — yaşlı milis işçisi Gümrah Rəhimov — qəssab Kamil Məhərrəmov — Fərmanın dostu Sədaqət Zülfüqarova — xalçaçı Fərqanə Quliyeva — qarayanız qız Naibə Şirinova — xalçaçı qız Mənsur Məmmədov — Fərmanın tanışı Hicran Nəsirova (Hicran Qəşəmova kimi) — xalçaçı F. Hüseynov Mayak Kərimov Şəmsi Şəmsizadə Sədayə Mustafayeva — Mədinənin anası == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Gümüşü Quşlar
Gümüşü Quşlar ing. Silver Birds — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. == Tarixi == Gümüş Quşlar 1966-cı ildə yaradılıb və 1968-ci ilə qədər mövcud olublar. Onlar 1975-ci ildə yenidən aktivləşdirilib və 1976-cı ilə qədər uçublar. Uçuşlar üçün Fouga CM.170 Magister təyyarələri istifadə olunurdu.
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)
Mavi (Əsədabad)
Mavi (fars. ماوی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 186 nəfər yaşayır (56 ailə).
Mavi Balina
Mavi Diviziya
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Mavi Feniks
Mavi Feniks — Tailand Hərbi Hava Qüvvələrinə məxsus ilk aerobatika komandasıdır. Uçuşlar üçün 5 ədəd Pilatus PC-9 təyyarəsi istifadə olunur. Komanda 2012-ci ildə Tailan Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi şərəfinə qurulmuşdur və Tailand Hərbi Hava Qüvvələri Aviasiya-Təlim Məktəbinin nəzdindədir.
Mavi Fuqatelər
Mavi Fuqatelər (ing. Blue Fugates) və ya Kentukkidəki mavi adamlar (ing. Blue People of Kentucky) — 200 ildən çox müddət ərzində ABŞ-nin Kentukki ştatında yaşamış fransız əsilli Martin Fuqatenin nəslindən olan genetik problemə görə dünyaya gəlmiş mavi dərili insanlar. == Nəslin başlanğıcı == Martin Fuqate 1820-ci ildə Kentukki ştatının qərbində yerləşən sakit bir qəsəbə olan Trablısım Krikdə məskunlaşıb. Ailə qurduğu Elizabet Smit adlı qadından 7 uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi ki, bu səbəbdən də uşaqlarından dördü mavi dərili doğulmuşdu. Elə həmin vaxtdan da 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulmuşdur. == Sosial vəziyyətləri == Yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi.

mavi-gümüşü sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#mavi-gümüşü nədir? #mavi-gümüşü sözünün mənası #mavi-gümüşü nə deməkdir? #mavi-gümüşü sözünün izahı #mavi-gümüşü sözünün yazılışı #mavi-gümüşü necə yazılır? #mavi-gümüşü sözünün düzgün yazılışı #mavi-gümüşü leksik mənası #mavi-gümüşü sözünün sinonimi #mavi-gümüşü sözünün yaxın mənalı sözlər #mavi-gümüşü sözünün əks mənası #mavi-gümüşü sözünün etimologiyası #mavi-gümüşü sözünün orfoqrafiyası #mavi-gümüşü rusca #mavi-gümüşü inglisça #mavi-gümüşü fransızca #mavi-gümüşü sözünün istifadəsi #sözlük