Minas Avetisyan
Minas Avetisyan (erm. Մինաս Ավետիսյան, 20 iyul 1928[…], Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSRİ – 23 fevral 1975, İrəvan) — Ermənistan-sovet rəssamı.
Minas Avtisyan Sovet Ermənistanın Carcur kəndində anadan olub. Onun anası Sofo Qalıdan keşişin qızı olub, atası Karapet isə Muşlu dəmirçi idi. Onun həyat yoldaşı Qayane Mamajanyan idi.
Onun əsərlərinin əsas mövzusu Ermənistan təbiəti, Carcurun təbiəti, din, yoxsul insanlar, dağlar, çöllər və s. idi.
Avetisyan 1962-ci ildə İrəvanda keçirilən "Beşliyin sərgisi"ndə öz işlərini təqdim etmişdi. Çoxsaylı mütəxəssislər və sərgiyə gələnlər onun işini yüksək qiymətləndirmişdilər. Avetisyanın metodu bir vaxtlar Ermənistan incəsənətində geniş yayılmış plener rəssamlığından fərqli idi.