Mişərlər
Mişərlər (tatar. мишәр, mişər) və ya mişarilər — Tatarların subetnik qrupu.
== Tarixi ==
Mişərlər, Tatar xalqının təşəkkülündə yer alan ən böyük ünsürlərdən biridir. Bununla birlikdə, onların Başqırd, Rus, Mordvin və başqa xalqların bünyəsinə (etnigenezisinə) girdiklərini də söyləməliyik. Mişərlər, Türk olmayan xalqlar arasında dillərini itirib asimilyasiya olmalarına baxmayaraq, Türk xalqları (özəlliklə də Tatar və Başqırdlar) arasında bu gün də dillərinin diyalektal özəlliklərini mühafizə etmişdilər. Bu səbəblə, bu gün Tatar və ya Başqırd olsalar da, onların Mişərlərdən olduğunu hər kəs asanlıqla anlaya bilir. Mişərlər Qorki, Tambov, Penza, Ulyanovsk, Saratov, Volqoqrad, Ryazan, Orenburq şəhərlərində; Mordva, Tatar və Başqırd muxtar cumhuriyətlərində yoğun olaraq yaşamaqdadırlar. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan kimi respublikalarda və Moskva, Leninqrad kimi böyük şəhərlərdə yaşayan Tatarların da çoxu Mişərdir.
Son illərdə Mişərlərin etnoqrafyasıyla ilgili aydınladıcı araşdırmalar aparan R. Q. Muhammədovanın verdiyi bilgilərə baxılırsa, Mişərlərin bu gün yaşadıqları yerlərə gəlib yerləşmələri və ortaya çıxışlarıyla ilgili çeşidli görüşlər vardır
.
XIX əsrin sonlarında V. V. Velyaminov-Zernov, Mişərlərin ortaya çıxışını Fin-Uqorların bir qolu olan Mordvalarla ilişkiləndirir.