müalicə sözü azərbaycan dilində

müalicə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müalicə • 91.3976%
  • Müalicə • 8.5895%
  • MÜALİCƏ • 0.0129%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.
Günəş müalicəsi
Günəş müalicəsi-Heiloterapiya == Günəş müalicəsi == Günəşin şüa enerjisinin müalicə profilaktika məqsədi ilə işlədilməsi: işıq müalicəsinin bir növü. Orqanizmə infraqırmızı və ultrabənövşəyi günəş şüaları təsir göstərir. Günəş müalicəsi zamanı (günəş vannası) gündən qaralma əmələ gəlir ki, bu da orqanizmdə mübadilə prosesini, immuniteti fəallaşdırır, qan yaranmasını, toxumanın qidalanmasını, ümumi vəziyyəti, yuxunu yaxşılaşdırır, orqanizmi möhkəmlədir. Vərəmin aktiv formasına, ürək çatışmazlığına tutulanlara günəş müalicəsindən istifadə etmək olmaz. == Günəş ləkələri == Günəş səthində müşahidə edilən tutqun ləkələr. Diametri 10 min km-ə çatır. Parlaqlığı normal Günəş diskindəkindən 10 dəfəyədək zəifdir, temperaturu fotosferinkindən 1500° - 2000° kiçikdir.
Hava müalicəsi
Aeroterapiya (q.yun. ἀέριος – «hava» + θεραπεία – «müalicə») və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Müalicəvi yovşan
Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır. == Botaniki təsviri == Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır.
Mədənçi-Neftçi İstirahətdə və Müalicədə (1924)
Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)
== Məzmun == Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur. Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir. == Film haqqında == Filmdə xronikal kadrlardan da istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aleksandr Litvinov, Pavel Velski Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke === Rollarda === Pavel Velski Vladimir Leqoşin == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.
Naftalan müalicəvi neft yatağı
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. == Haqqında == Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a. Naftalan yatağı maykop çöküntülərinə aiddir.
Su müalicəsi
Su müalicəsi – sudan müalicə və profilaktika məqsədi ilə istifadə edilməsi. Hələ İbn-Sina orqanizmi möhkəmləndirmək və bir sıra xəstəliklərin qarşısını almaq üçün Su müalicəsinin böyük əhəmiyyətini göstərmişdir. Su yüksək istilik tutumu, istilik keçiriciliyi, konveksiya və müxtəlif qazları, duzları həll etmək qabiliyyətinə malikdir. Su müalicəsi zamanı dəridə yerləşən sinir ucları qıcıqlanır. Azərbaycan Respublikasında bir sıra balneoloji müəssisələr (İstisu, Turşsu, Qalaaltı, Suraxanı, Şıxburnu və s.) fəaliyyət göstərir.
İqlim müalicəsi
İqlim müalicəsi və ya klimatoterapiya — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.
Mədənçi-neftçi istirahətdə və müalicədə
== Məzmun == Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur. Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir. == Film haqqında == Filmdə xronikal kadrlardan da istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aleksandr Litvinov, Pavel Velski Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke === Rollarda === Pavel Velski Vladimir Leqoşin == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 113.43 dəfə / 1 mln.
2002 •••• 51.39
2003 •••••• 80.71
2004 ••••• 67.38
2005 ••••••• 105.94
2006 ••••••• 104.29
2007 •••••• 87.95
2008 •••••••• 112.31
2009 •••••••• 117.43
2010 •••••• 80.33
2011 ••••••• 95.31
2012 •••••• 82.61
2013 ••••••••• 142.37
2014 ••••••••• 130.42
2015 ••••• 74.51
2016 •••••••• 116.27
2017 •••••• 80.32
2018 ••••••• 99.18
2019 •••••••• 113.50
2020 •••••••••••••••••••• 317.20

müalicə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Xəstəni sağaltmaq üçün tibbi vasitələr tətbiq etmə. Müalicə yaxşı nəticə verdi. – Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. M.S.Ordubadi. Müalicə Tapdığı yaxşı ayağa qaldırdı. Ə.Əbülhəsən. □ Müalicə etmək – sağaltmaq üçün tibbi vasitələr tətbiq etmək. [Molla Kazım:] Belə arvadların çoxusunu mən müalicə etmişəm. Ə.Haqverdiyev. Müalicə olunmaq – sağalması üçün tibbi tədbirlər görülmək (görmək). Uşaq müalicə olunur. – Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələcəksən. Mir Cəlal. [Aydın Səmədə:] Siz gərək ağıllı-başlı müalicə olunasınız. H.Seyidbəyli. // Xəstəliyi sağaltmaq üçün görülən, tətbiq edilən tədbirlər. Qızdırmaya qarşı müalicə. 2. Müalicə məqsədilə tətbiq olunan, müalicə ilə əlaqədar olan. Müalicə gimnastikası. Müalicə müəssisəsi. – Xalq təsərrüfatımızın ümumi inkişafında yaylaqlarımızın, … müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / müalicə

müalicə sözünün etimologiyası

müalicə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MÜALİCƏ Həkimə imalə sərdarın sarayında böyük bir müalicə oldu (Ə.Haqverdiyev); ÇARƏ Həkim çarə düşünür; Həkim xəyala dalır (B.Vahabzadə); ƏLAC Eşq dərdinə xoşam, əl çək əlacımdan, təbib (B.Vahabzadə); TƏDAVİ (köhn.) [Qətibə:] Mən ikinci xəstənin tədavisində iştirak etməkdən ötrü birinci xəstə ilə danışmaq üçün gəlmişəm (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / müalicə

müalicə sözünün rus dilinə tərcüməsi

  • 1 1. лечение; 2. лечебный;

    Azərbaycanca-rusca lüğət / müalicə
  • 2 I сущ. лечение. Dərman müalicəsi медикаментозное лечение, uzunmüddətli müalicə продолжительное лечение, ambulator müalicə амбулаторное лечение, fiziki üsullarla müalicə лечение физическими методами II прил. лечебный: 1. относящийся к лечению, связанный с ним. Müalicə müəssisələri лечебные учреждения, müalicə korpusu лечебный корпус 2. предназначенный для лечения. Müalicə palçığı лечебные грязи, müalicə suları лечебные воды, müalicə vannaları лечебные ванны, müalicə avadanlığı лечебное оборудование, müalicə otları лечебные травы; müalicə etmək лечить, вылечить: 1. применять какие-л. средства для излечения кого-л. Xəstəni müalicə etmək лечить больного, qripdən müalicə etmək лечить от гриппа 2. принимать меры к излечению больного органа. Ayağını müalicə etmək лечить ногу, dişlərini müalicə etmək лечить зубы 3. принимать меры к прекращению какой-л. болезни. Malyariyanı müalicə etmək лечить малярию; müalicə olunmaq лечиться, вылечиться. Soyuqdəymədən müalicə olunmaq лечиться от простуды

    Azərbaycanca-rusca lüğət / müalicə

müalicə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. cure; (medical) treatment; ambulator ~si out-patient treatment; ~yə getmək to go* away for treatment; ~ etmək to treat (medically) (d.); hər hansı bir xəstəlikdən kimi isə ~ etmək to treat smb. for an illness; O, oğlumu müalicə edir He / She is treating my son; ~ olunmaq to undergo* a cure; bir xəstəlikdən ~ olunmaq to receive treatment for some disease; palçıq ~si qəbul etmək to take* / to undergo* mud cure; ~ olunmaq üçün getmək to go* away for a cure II. s.: ~ suları mineral waters; ~ idmanı the therapeutic physical training; ~ kursu medical course

    Azərbaycanca-ingiliscə lüğət / müalicə

müalicə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. traitement m, cure f ; ambulator ~ traitement dans un dispensaire ; ~ etmək soigner vt ; traiter vt ; ~ olunmaq suivre un traitement, faire une cure ; ~ yazmaq prescrire un traitement ; ~ müəssisələri établissements m pl de soins ; ~ suları eaux f pl thérmales

    Azərbaycanca-fransızca lüğət / müalicə

müalicə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. сагъарун, дарманар авун; лечение (урус.); müalicə etmək кил. müalicə 1); // азарар сагъарун патал медицинадин тедбирар; 2. сагъарун патал тир, сагъардай (мес. ятар, гимнастика, чка).

    Azərbaycanca-ləzgicə lüğəti / müalicə

müalicə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. xəstəni sağaltmaq üçün tibbi tədbir(lər).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müalicə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müalicə nədir? #müalicə sözünün mənası #müalicə nə deməkdir? #müalicə sözünün izahı #müalicə sözünün yazılışı #müalicə necə yazılır? #müalicə sözünün düzgün yazılışı #müalicə leksik mənası #müalicə sözünün sinonimi #müalicə sözünün yaxın mənalı sözlər #müalicə sözünün əks mənası #müalicə sözünün etimologiyası #müalicə sözünün orfoqrafiyası #müalicə rusca #müalicə inglisça #müalicə fransızca #müalicə sözünün istifadəsi #sözlük