Yezid bin Müaviyə
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin dəstəsinin üzvlərini qətlə yetirmişlər. İkinci ilində Mədinəyə qoşun göndərmiş və şəhəri talan etmişdi.
== Həyatı ==
Yezid 646-cı ildə Suriyada Osman (644-656) dövründə Suriyanın o zamankı hökmdarı Müaviyə ibn əbu Sufyanın və güclü Banu Kalb qəbiləsinin lideri Bəhdəl ibn Unaifin qızı Maysunanın ailəsində anadan olmuşdur. Yezid Ana qohumları ilə birlikdə böyüdü.
Yezid kobud nəvəsib, qəddar, sərt, spirtli içki qəbul etmiş və günah işlətmişdi.
== Ölümü ==
Yezid 12 noyabr 683-cü ildə 35 ilə 39 yaş arasında Huvvarində öldü. Oğlu II Müaviyə xəlifə oldu. Ancaq gücü Suriyanın yalnız bəzi bölgələri ilə məhdudlaşdı və bir neçə ay sonra bilinməyən bir xəstəlikdən öldü.