Müşviq sözü azərbaycan dilində

Müşviq

Yazılış

  • Müşviq • 99.6499%
  • MÜŞVİQ • 0.2334%
  • müşviq • 0.1167%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müşviq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyalarının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Müşviq (Xaçmaz)
Müşviq (əvvəlki adı: Zaliyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. Oykonim Zalilar etnotoponiminin ruscaya tərcüməsidir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Müşviq Abbasov
Müşviq Babayev
== Siyahı ==
Müşviq Cəfərov
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov‎; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir, dörd övladı var. == Fəaliyyəti == 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib.
Müşviq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. == Fəaliyyəti == 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Müşviq Orucov
Müşviq Şahverdiyev
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. == Həyatı == Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. == Fəaliyyəti == "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Müşviq Cəfərov (cüdoçu)
Şəhid Müşviq Rəhimov
Müşviq Arif oğlu Orucov
Müşviqabad
Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə, Abşeron yarımadasında, Bakı şəhərinin Qaradağ rayonununda yerləşir. == Tarixi == Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Müşfiqabad qəsəbəsini əhatə edən Müşfiqabad bələdiyyəsinin ərazisi 58.878 km²-dir. == Əhalisi == 1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən qəsəbə əhalisinin sayı 9.6 min nəfərdir. == Mədəniyyət == Qəsəbədə 1987–ci ildə inşa edilmiş "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi" fəaliyyət göstərir. Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərir. Hazırda bu kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir. == Din == Qəsəbədə Müşfiqabad qəsəbə məscidi dini icması Sigist dir fəaliyyət göstərir.

müşviq sözünün leksik mənası və izahı

"müşviq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müşviq nədir? #müşviq sözünün mənası #müşviq nə deməkdir? #müşviq sözünün izahı #müşviq sözünün yazılışı #müşviq necə yazılır? #müşviq sözünün düzgün yazılışı #müşviq leksik mənası #müşviq sözünün sinonimi #müşviq sözünün yaxın mənalı sözlər #müşviq sözünün əks mənası #müşviq sözünün etimologiyası #müşviq sözünün orfoqrafiyası #müşviq rusca #müşviq inglisça #müşviq fransızca #müşviq sözünün istifadəsi #sözlük