mənfi sözü azərbaycan dilində

mənfi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mənfi • 98.5973%
  • Mənfi • 1.3986%
  • MƏNFİ • 0.0041%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mənfi ədədlər
Riyaziyyatda, mənfi ədəd sıfırdan kiçik olan həqiqi ədəddir. Mənfi ədədlər əks mənalılığı təmsil edir. Əgər, müsbət sağa hərəkəti göstərirsə, mənfi sola hərəkəti göstərir. Əgər, müsbət dəniz səviyyəsindən yuxarını göstərirsə, mənfi dəniz səviyyəsindən aşağını göstərir. Mənfi ədədlər çox vaxt hansısa zərərin və ya əskikliyin miqdarını göstərmək üçün istifadə olunur. Ödənməli olan bir borc mənfi qazanc olaraq düşünülə bilər, bir kəmiyyətin azalması mənfi artım olaraq düşünülə bilər. Əgər, bir kəmiyyət iki əks mənaya sahib ola bilərsə, onda bu mənaları, yəqin ki təsadüfi olaraq, mənfi və müsbət olaraq ayırmaq olar. Tibbi baxımdan, bir şişlə mübarizədə genişlənmə mənfi daralma olaraq düşünülə bilər. Mənfi ədədlər üçün hesablama qaydalarına əsasən, — (- 3)= 3 çünki əksin əksi ilkin olandır. Mənfi ədəd, adətən, qarşısında " – " işarəsi ilə yazılır.
Relyefin mənfi formaları
== Relyefin mənfi formaları == Relyefin mənfi formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən aşağıda yerləşən, yer səthinin nisbətən çökək sahələrinə (göl çalaları, karst və suffoziya qıfları, dərələr, qrabenlər, sualtı kanyonlar, okean dibi çökəklikləri və.s) deyilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 85.65 dəfə / 1 mln.
2002 •••••••••• 89.08
2003 ••••••• 63.38
2004 ••••••••• 78.16
2005 ••••••••• 84.35
2006 ••••••••• 78.61
2007 •••••••• 70.83
2008 ••••••• 57.98
2009 ••••••••••• 102.71
2010 •••••••••• 89.41
2011 •••••••• 68.46
2012 ••••••••• 78.22
2013 •••••••••• 89.86
2014 ••••••••• 79.11
2015 •••••••••• 95.10
2016 ••••••••• 82.78
2017 •••••• 54.14
2018 ••••••• 66.67
2019 •••••••• 76.08
2020 •••••••••••••••••••• 190.82

mənfi sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). Mənfi cavab. 2. Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. Mənfi nəticə. // Pis, fəna. Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə. – [Mahmud:] İki dəfə müayinə nəticəsi mənfi olub, bu dəfə də mənfi olacaq. Çəmənzəminli. Məlumdur ki, tənqidi realistlərin əsas diqqəti həyatın mənfi cəhətlərində idi. M.İbrahimov. 3. riyaz. Sıfırdan az. Mənfi kəmiyyət (ədəd). // Sıfırdan aşağı olan hava temperaturunu göstərmək üçün işlədilir. Mənfi ( – ) 3° soyuq. 4. fiz. Elektrikin, hissəcikləri elektronlardan ibarət növünə aid olan. Mənfi elektrik yükü.

    Azərbaycan dilinin izahlı lüğəti / mənfi

mənfi sözünün sinonimləri (yaxın mənalı sözlər)

mənfi sözünün antonimləri (əks mənalı sözlər)

mənfi sözünün rus dilinə tərcüməsi

  • 1 1. отрицательный; 2. отрицательно;

    Azərbaycanca-rusca lüğət / mənfi
  • 2 I прил. отрицательный: 1. выражающий отрицание, направленный против чего-л., не признающий необходимости, ценности, целесообразности и т.п. чего-л. Mənfi münəsibət отрицательное отношение, mənfi cavab отрицательный ответ, mənfi rəy отрицательный отзыв, mənfi xasiyyətnamə отрицательная характеристика 2. свидетельствующий об отсутствии чего-л.; противоположный ожидаемому. Mənfi nəticə отрицательный результат, mənfi reaksiya отрицательная реакция 3. такой, который вызывает неодобрение; плохой, дурной. Mənfi qəhrəman отрицательный герой, mənfi surət отрицательный образ, mənfi tərəfi nəyin отрицательная сторона чего, mənfi təsir отрицательное воздействие, mənfi nümunə отрицательный пример, mənfi xüsusiyyət отрицательная черта 4. мат. меньший, чем ноль. Mənfi ədədlər отрицательные числа, mənfi kəmiyyət отрицательная величина 5. физ. относящийся к тому виду электричества, частицами которого являются электроны. Mənfi yük отрицательный заряд, mənfi təzyiq отрицательное давление II сущ. минус: 1. мат. знак “-”, обозначающий отрицательность величины 2. отрицательная величина; употребляется для указания на температуру воздуха ниже нуля. Mənfi beş dərəcə soyuq минус пять градусов холода III нареч. отрицательно. Mənfi həll etmək решить отрицательно, mənfi münəsibət bəsləmək kimə, nəyə относиться отрицательно к кому, к чему

    Azərbaycanca-rusca lüğət / mənfi

mənfi sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. negative; ~ cavab negative answer; ~ əmsal riyaz. negative quantity; ~ rəqəm riyaz. negative number; ~ qəhrəman (surət) ədəb. negative character; antihero; romanda ~ tiplər the negative characters in the novel; ~ elektrik yükü fiz. negative charge; ~ təsir bad influence; ~ rəy unfavourable criticism II. z. negatively; ~ cavab vermək to answer / to reply in the negative / negatively; ~ yanaşmaq to disapprove (of); ~ fikir söyləmək to have* an adverse effect (on); to affect adversely (d.)

    Azərbaycanca-ingiliscə lüğət / mənfi

mənfi sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. négati//f, -ve ; ~ cavab réponse f négative ; ~ keyfiyyət qualité f négative ; ~ reaksiya réaction f négative ; ~ rəy avis m défavorable ; ~ surət personnage m négatif ; ~ ədəd riyaz. nombre m négatif ; fiz. ~ elektrik yukü charge f négative

    Azərbaycanca-fransızca lüğət / mənfi

mənfi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. инкар ийидай; инкарвал къалурдай; ваъ лагьай (мес. жаваб); 2. хъсан патахъ тушир; пис, нагьакьан, чӀуру (мес. жигьет); 3. мат. минус, нулдилай тӀимил; // mənfi (–) 8o soyuq минус (–) 8о мекьивал; 4. физ. электрикдин лап куьлуь паярин электронрикай ибарат жуьредиз талукь тир (мес. электрикдин ппар).

    Azərbaycanca-ləzgicə lüğəti / mənfi

mənfi sözünün türk dilinə tərcüməsi

mənfi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) sürgün edilmiş, sürgündə olan; 2) inkar; 3) riyaziyyatda: müsbətin əksini bildirən işarə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"mənfi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mənfi nədir? #mənfi sözünün mənası #mənfi nə deməkdir? #mənfi sözünün izahı #mənfi sözünün yazılışı #mənfi necə yazılır? #mənfi sözünün düzgün yazılışı #mənfi leksik mənası #mənfi sözünün sinonimi #mənfi sözünün yaxın mənalı sözlər #mənfi sözünün əks mənası #mənfi sözünün etimologiyası #mənfi sözünün orfoqrafiyası #mənfi rusca #mənfi inglisça #mənfi fransızca #mənfi sözünün istifadəsi #sözlük