məyus sözü azərbaycan dilində

məyus

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məyus • 98.3816%
  • Məyus • 1.3629%
  • MƏYUS • 0.2555%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.31 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 •••••••• 7.48
2004 •••••• 5.73
2005 ••••••• 6.75
2006 ••••••• 6.31
2007 •••• 3.59
2008 ••• 2.44
2009 ••••••••• 8.48
2010 •••••••••••• 11.44
2011 ••••••••• 9.01
2012 •••••••••• 9.29
2013 •••••••••••••••••• 18.23
2014 ••••••••••••••• 14.93
2015 ••••••••••• 10.55
2016 ••••••• 6.25
2017 ••••• 4.55
2018 •••• 3.15
2019 •••••• 5.15
2020 •••••• 5.83

məyus sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [ər.] Ümidsiz, ümidini kəsmiş, ruhdan düşmüş; naümid; qəmli, qüssəli, bikef, pərişan, pərt. Məyus adam. Məyus oturmaq. – [Nemət] yorğun və məyus bir halda evə dönüb yatdı. Çəmənzəminli. Uşaq fırtıqlı burnunu çəkib, məyus nəzərlərini anasına dikdi. M.İbrahimov. □ Məyus etmək – naümid etmək, ümidini qıraraq qəmləndirmək, ruhdan salmaq, kefini pozmaq, pərt eləmək. Məyus olmaq – ümidini itirərək bikef olmaq, ruhdan düşmək, pərt olmaq. Ah, səd ah ki, dildardən oldum məyus; Soldu gül, gülşənü gülzardən oldum məyus. S.Ə.Şirvani. İş adamlarda elə bir ruh yüksəkliyi oyatmışdı ki, oraya buraxılmayan şagirdlər çox məyus olmuşdular. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / məyus

məyus sözünün sinonimləri (yaxın mənalı sözlər)

məyus sözünün antonimləri (əks mənalı sözlər)

məyus sözünün rus dilinə tərcüməsi

  • 1 подавленный, разочарованный

    Azərbaycanca-rusca lüğət / məyus
  • 2 I прил. мрачный (погружённый в тяжёлые раздумья, угрюмый, удручённый, подавленный). Məyus görkəm мрачный вид II нареч. мрачно, угрюмо, подавленно, удручённо. Məyus oturmaq сидеть угрюмо, məyus baxmaq смотреть удручённо, məyus eləmək (etmək) kimi удручить, сильно огорчить кого; məyus olmaq быть удручённым, мрачным; огорчиться, быть огорченным

    Azərbaycanca-rusca lüğət / məyus

məyus sözünün inglis dilinə tərcüməsi

  • 1 s. depressed, dispirited, disappointed, disillusioned; sad, mournful, wistful; ~ vəziyyətdə olmaq to be* depressed; to be* in the blues; ~ etmək to disappoint (d. about, over); to sadden (d.); ~ olmaq to be* disappointed (in); to be* disappointed (with); to lose* hope; Mən məyus olmuram I am not unhopeful

    Azərbaycanca-ingiliscə lüğət / məyus

məyus sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. morose ; morne ; sombre ; triste ; abattu, -e ; ~ görkəm air m morne ; ~ olmaq être abattu, -e ; ~ etmək attrister vt, rendre vt morne ; ~ baxmaq regarder vt tristement

    Azərbaycanca-fransızca lüğət / məyus

məyus sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил., нареч. умудсуз; умуд атӀанвай, руьгьдай аватнавай; гъамлу, бейкеф, перишан, перт; məyus etmək умудсуз авун, гъамлу авун, руьгьдай авудун, кефияр чӀурун, пер хун, бейкеф авун, перт авун, перишан авун; məyus olmaq умуд атӀуникди бейкеф хьун, руьгьдай аватун, пер хьун, перт хьун, перишан хьун, пелеш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / məyus

məyus sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MƏ’YUS ə. ümidsiz, naümid.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məyus" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məyus nədir? #məyus sözünün mənası #məyus nə deməkdir? #məyus sözünün izahı #məyus sözünün yazılışı #məyus necə yazılır? #məyus sözünün düzgün yazılışı #məyus leksik mənası #məyus sözünün sinonimi #məyus sözünün yaxın mənalı sözlər #məyus sözünün əks mənası #məyus sözünün etimologiyası #məyus sözünün orfoqrafiyası #məyus rusca #məyus inglisça #məyus fransızca #məyus sözünün istifadəsi #sözlük