Məzhər sözü azərbaycan dilində

Məzhər

Yazılış

  • Məzhər • 76.4706%
  • məzhər • 23.5294%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məzhər (qəzet)
Məzhər (az.-əbcəd مزهر‎) — XX əsrin əvvəllərində Tiflisdə Kamal Ünsizadənin redaktorluğu ilə Azərbaycan dilində çap olunan liberal ruhlu ictimai-siyasi qəzet. == Haqqında == Kamal Ünsizadə gərgin mübarizələrdən sonra 1907-ci ilin 31 martında "Məzhər" adlı qəzetin nəşrinə icazə ala bilir. Qəzetin məramnaməsi geniş, əhatəli idi. 16 şöbədən ibarət olacaq bu qəzetdə daxili və xarici xəbərlərdən, sənət və ədəbiyyatın, elm və maarifin müxtəlif sahələrindən bəhs ediləcəkdi. Lakin o, öz məramnaməsini, ətrafında toplanan ziyalıların arzularını həyata keçirə bilmədi.Tiflis şəhərində 1908-ci il 25 martda nəşrə başlamış "Məzhər" qəzeti 1917-ci ilə qədər çox səliqəsiz, məzmunsuz və qeyri-müntəzəm çıxan bir qəzet idi. Nəşrə başlarkən həftəlik qəzet olması nəzərdə tutulmuş, lakin uzun fasilələrlə çap olunmuşdur. 1-ci nömrəsi 1908-ci il martın 25-də, sonuncusu 1917-ci il dekabrın 29-da çıxmışdır. Naşiri və redaktoru Kamal Ünsizadə idi. Qəzetin 1908-ci ildə 8 nömrəsi, 1909-cu ildə 13 nömrəsi, 1910-cu ildə 4 nömrəsi, 1911-ci və sonrakı illərdə təkcə 1 nömrəsi çıxmışdı. Cəmi 31 nömrəsi çıxmışdır."Məzhər" qəzetinin səhifələrində ardıcıl çıxış edən Təhmasib Qarabaği olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2013 ••••••••••• 0.44
2014 ••••••••• 0.34
2015 •••••••••••••••••••• 0.85
2016 ••••• 0.17

məzhər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bir şeyin zühur etdiyi, çıxdığı yer; 2) nail olma, nail; 3) zühur etmə, təzahür, meydana çıxma. Məzhəri-peyğəmbər bax məzhəri-taha; məzhəri-taha peyğəmbərin meydana çıxması.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

təzahür; yetişmə, nail olma; canlanma.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"məzhər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məzhər nədir? #məzhər sözünün mənası #məzhər nə deməkdir? #məzhər sözünün izahı #məzhər sözünün yazılışı #məzhər necə yazılır? #məzhər sözünün düzgün yazılışı #məzhər leksik mənası #məzhər sözünün sinonimi #məzhər sözünün yaxın mənalı sözlər #məzhər sözünün əks mənası #məzhər sözünün etimologiyası #məzhər sözünün orfoqrafiyası #məzhər rusca #məzhər inglisça #məzhər fransızca #məzhər sözünün istifadəsi #sözlük