* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••• | 2.36 |
2004 | ••••• | 1.68 |
2005 | ••••• | 2.02 |
2006 | ••••••••••••• | 5.41 |
2007 | •••••••••••••••• | 6.34 |
2008 | •••••••••• | 3.90 |
2009 | •••••••••••••••••••• | 8.32 |
2010 | ••••••••••••• | 5.36 |
2011 | •••••••••••••• | 5.49 |
2012 | •••••••••••• | 4.73 |
2013 | •••••••••••••••••• | 7.15 |
2014 | ••••••••••••••• | 5.83 |
2015 | •••••••••• | 3.91 |
2016 | ••••••• | 2.78 |
2017 | •••••• | 2.44 |
2018 | •••••••• | 3.30 |
2019 | •••••••••••••••••• | 7.37 |
2020 | •••••••••••••• | 5.70 |
1 is. 1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir. // məc. Zorla seçilə bilən, nöqtəyə oxşayan kiçik şey haqqında. [Dərviş:] Ağartının ortasında bir qara nöqtə gördüm, qoça kişi yüyürdü, oradan bağırdı. A.Divanbəyoğlu. Birdən hər təyyarədən biriki nöqtə ayrılıb ağır-ağır yerə enməyə başladı. M.Rzaquluzadə. □ Nöqtə kimi – çox kiçik, güclə seçilə bilən. Evlər uzaqda nöqtə kimi qaralırdı. – Mələyə elə gəldi ki, arvadın gözünün ağı həddindən artıq böyüyüb, qarası isə tən ortada, balaca bir nöqtə kimi işıldayır. İ.Şıxlı. 2. qram. Cümləni ayıran, həmçinin sözləri ixtisar şəklində yazdıqda (və i.a. və s.) qoyulan durğu işarəsi (.). // Ərəb əlifbasında bəzi hərflərin altına, ya üstünə qoyulan kiçik işarə (məs.: ب ن ). 3. Riyaziyyatın, habelə mexanika və fizikanın əsas anlayışı; ölçüsü olmayan yer, xətt kəsiyinin hüdudu. Xətlərin kəsişdiyi nöqtə. Dayaq nöqtəsi. – Çox kiçik cismin hərəkətinin öyrənilməsinin asanlığı bundan ibarətdir ki, onun ayrı-ayrı nöqtələrinin hərəkətləri bir-birindən çox az fərqlənir. Z.Xəlilov. 4. Fəzada və ya bir şeyin üzərində müəyyən yer. Dağ silsiləsinin ən uca nöqtəsi. 5. Bir iş görülən, ya bir şeyin yerləşdiyi yer, məntəqə. Ticarət nöqtəsi (mağaza və s.). Atəş nöqtəsi (pulemyot, top və s.). – Fişəng atılanda Fərhad düşmənin atəş nöqtəsini gördü. Ə.Vəliyev. // Mövqe, yer. Bir nöqtəyə yığılmaq (cəm olmaq). O nöqtəyə çatan kimi durduq. 6. Yer, cəhət, səmt. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. C.Məmmədquluzadə. [Biz] …aləmiislamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. F.Köçərli. // “Bir” sözü ilə yenə müəyyən yer bildirir. Bir nöqtəyə baxmaq. Bir nöqtədə durmaq. – Yoldaşlar nəzərlərini bir nöqtəyə dikib, dərin bir xəyala dalmışdılar. H.Nəzərli. 7. Məc. mənada tərkiblərdə: qəlbinin incə nöqtəsi, ruhunun həssas nöqtəsi və s. şəklində işlənir. Telli ixtiyarsız bir ah çəkdi. Müəllim onun ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. S.Hüseyn. [Qüdrət] adamların əhvali-ruhiyyəsindəki zəif nöqtələrin … gizli qaldığına təəssüf edib, Fikrətin sözünü yarıda kəsdiyinə peşman oldu. M.Hüseyn. 8. fiz. Hər hansı maddənin bir haldan (aqreqat vəziyyətindən) başqa hala keçməsini göstərən temperatur həddi. Qaynama nöqtəsi. Donma nöqtəsi. 9. mus. Hədd, dərəcə. “Simayi-şəms” bütün əsərin (şurun) ən yüksək nöqtəsidir. Ü.Hacıbəyov. ◊ Nöqtə qoymaq – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq. Burada nöqtə qoy! – Gözlərindən axan yaş; Onun hicran kitabına nöqtə qoydu, qapandı. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / nöqtə2 ə. 1) cümlələri ayıran durğu işarəsi; 2) məntəqə. Nöqtei-nəzər baxım, baxış, rəy.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nöqtə1 Ərəb mənşəlidir, cəmi nöqat kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nöqtə2 I сущ. 1. точка: 1) метка, след от прикосновения, укола чем-л. острым (кончиком карандаша, пера, иглы и т.п.), маленькое кругленькое пятно. Qara nöqtə чёрная точка, kiçik nöqtə маленькая точка 2) что-л. очень маленькое, еле видимое. Sayrışan nöqtələr мерцающие точки, uzaqda qara nöqtələr görünürdü вдали виднелись чёрные точки 3) знак препинания, разделяющий предложения, а также знак, употребляемый при сокращённом написании слов. Nöqtə qoymaq поставить точку, nöqtəyə kimi (qədər) oxumaq дочитать до точки, nöqtədən sonra после точки 4) основное понятие математики, механики, физики: место, не имеющее измерения; граница отрезка линии. A nöqtəsi точка А, dayaq nöqtəsi точка опоры, toxunma nöqtəsi точка касания, kəsişmə nöqtəsi точка пересечения, nöqtənin proyeksiyası проекция точки 5) физ. температурный предел, при котором наступает превращение вещества из одного агрегатного состояния в другое. Bərkimə nöqtəsi точка затвердевания, donma nöqtəsi точка замерзания, qaynama nöqtəsi точка кипения, ərimə nöqtəsi точка плавления 6) определённое место, пункт в пространстве, на карте, плане, чертеже, схеме и т.д. Ən yüksək nöqtə самая высокая точка, atəş nöqtəsi огневая точка, strateji nöqtə стратегическая точка 2. перен. пункт (момент, период в развитии чего-л.). Dönüş nöqtəsi поворотный пункт II прил. точечный. тех. Nöqtə qaynağı точечная сварка, nöqtə kontaktı точечный контакт III предик. точка. Hər şey qurtardı. Nöqtə. Всё кончено. Точка ◊ nöqtə qoymaq ставить (поставить) точку на чём-л.; nöqtəsi nöqtəsinə точка в точку, nöqtəsinə qədər до точки, nöqtəsini qoy поставь точку
Azərbaycanca-rusca lüğət / nöqtə1 i. 1. point; dot; spot; kəsişmə ~si point of intersection; qaynama ~si boiling-point; donma ~si freezing-point; çıxış / başlanğıc ~si starting-point; dayaq ~si fiz. fulcrum (pl. -ra); ölü ~ tex. dead point, dead centre; məc. dead stop; kulminasiya ~si culmination; son ~ terminal point / station; 2. qram. full stop
Azərbaycanca-ingiliscə lüğət / nöqtə1 is. point m ; iki ~ deux points ; üç ~ points de suspension ; ~ qoymaq mettre un point ; kəsişmə ~si hənd point d’intersection ; dayaq ~si fiz point d’appui ; çıxış ~si point de départ ; qaynama ~si fiz point d’ébullition ; ərimə ~si fiz point de fusion ; donma ~si point de congélation ; toxunma ~si point de contact ; ölü ~si tex point mort ; nəzər ~si point de vue ; kulminasiya ~si point culminant
Azərbaycanca-fransızca lüğət / nöqtə1 [ər.] сущ. нукьта, нукьтӀа (1. гел, леке, тӀехв, бицӀи тӀехв хьтин лишан; nöqtə kimi нукьта хьтин (хьиз), гзаф гъвечӀи, гужалди кьатӀуз жедай; 2. грам. точка; жумлаяр сад-садакай ччара ийидай, гьакӀни гаф куьрелди кхьидамаз эцигдай (.) ишара); // араб хафалагда бязи хафарин винелай ва я кӀаникай эцигдай ишара; 3. мат., физ. уьлчуь авачир чка; цӀарари сада-сад атӀанвай чка; 4. гьавада ва я са затӀунин винел тайин са чка; 5. чка; пад, тереф; bir nöqtəyə yığılmaq са чкадал кӀватӀ хьун; bir nöqtəyə baxmaq са нукьтадиз килигун; 6. физ. са затӀунин са гьалдай маса гьалдиз финифин къалурдай температурадин кьадар; qaynama nöqtəsi ругунин нукьта; 7. муз. кьадар, дережа); ** nöqtə qoymaq нукьта эцигун, куьтягьун, акьалтӀарун, тамамарун, эхирдиз акъудун.
Azərbaycanca-ləzgicə lüğəti / nöqtə