Nəcibə sözü azərbaycan dilində

Nəcibə

Yazılış

  • Nəcibə • 98.3773%
  • nəcibə • 1.6227%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəcibə Behbudova
Nəcibə Məcid qızı Behbudova (6 yanvar 1914, Tiflis – 7 dekabr 1999, Bakı) — azərbaycanlı tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1974). == Həyat və yaradıcılığı == Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Məşhur müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı,Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib. 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub.
Nəcibə Hüseynova
Hüseynova Nəcibə İbrahim qızı (16 may 1952, Bakı) — Azərbaycanın səsləndirmə sənətçisi. Azərbaycan Respublikasının Əməkdar Artisti (2009). == Həyatı == Nəcibə Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969–1973). Lənkəran Dövlət Dram Teatrında (1973–1981), Tədris Teatrında (1981–1982), "Azərbaycanfilm" kinostudiyasının kinoaktyor studiyasında (1982–1992), AzTV-də çalışıb. Vaxtilə ANS TV-də də çalışıb. Dublyaj sahəsində mütəxəssis aktrisadır.Lənkəranda 2 dəfə, Bakıda(Yasamal üzrə) isə 1 dəfə deputat seçilib == Mükafatları == Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Nəcibə Məlikova
Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974) == Həyatı == İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib. Nəcibə xanım kinoda uğurlu rollar yaradıb.
Nəcibə Əliyeva
Nəcibə Abbas qızı Əliyeva (22 fevral 1927, Gəncə – 2006, Bakı) — Azərbaycan virusoloqu, baytarlıq elmləri doktoru (1974), professor (1975), baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim. == Həyatı == Əliyeva Nəcibə Abbas qızı 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilini 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində tamamladıqdan sonra 1949-cu ildə Tak-Muğal Zoobavtar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949- 1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır. === Fəaliyyəti === 1956-cı ildə Az.ETBİ-da kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş SSRİ Ali Attestasiya Komissiyasının qəranna əsasən ona “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü illərdə o, ‘'Ümumi virusologiya." 1983-1991-ci illərdə isə “Ümumi virusologiya və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun Epizootologıva, mikrobiologiya, virusologiya, ımmunologiya və mikologıya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə N.E.Bauman adma Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda buzovların adenovirus infeksiyasınm öyrənilməsinə dair materiallar” mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Nəcibə Əhməd
Nəcibə Əhməd (kürd. نه‌جیبە ئه‌حمه‌د, Necîbe Ehmed) (1954, Kərkük) — İraq kürd yazıçısı, şairi və tərcüməçisi. == Həyatı == Nəcibə Əhməd 1954-cü ildə Kərkükün şimal hissəsində anadan olmuşdur. O, Süleymaniyyədə universitetdə kürd dili və ədəbiyyatı üzrə təhsil almışdır. Əhməd, şeir yazmağa başladığı dövrdə kürd ədəbiyyatının yeganə qadın müəllifi idi. O, Kacal Əhməd və Məhabad Qədragi da daxil olmaqla bir neçə qadın kürd şair və yazıçısı ilə birlikdə kürd ədəbiyyatının inkişafına mühüm töhfə verən müəllif kimi qiymətləndirilir. Nəcibə Əhməd qısa hekayələri və poeziyasının üç cildini nəşr etdirmişdir. Onun əsərləri "Müasir kürd ədəbiyyatının antologiyası" kimi antologiyalara da daxildir.
Nəcibə Əlizadə
Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.

nəcibə sözünün leksik mənası və izahı

"nəcibə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəcibə nədir? #nəcibə sözünün mənası #nəcibə nə deməkdir? #nəcibə sözünün izahı #nəcibə sözünün yazılışı #nəcibə necə yazılır? #nəcibə sözünün düzgün yazılışı #nəcibə leksik mənası #nəcibə sözünün sinonimi #nəcibə sözünün yaxın mənalı sözlər #nəcibə sözünün əks mənası #nəcibə sözünün etimologiyası #nəcibə sözünün orfoqrafiyası #nəcibə rusca #nəcibə inglisça #nəcibə fransızca #nəcibə sözünün istifadəsi #sözlük