nahamar sözü azərbaycan dilində

nahamar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nahamar • 82.8571%
  • Nahamar • 14.2857%
  • NAHAMAR • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nahamar deysiya
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.

nahamar sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. nahəmvar] 1. Kələkötür, girintili-çıxıntılı, çala-çuxur, hamar olmayan. Nahamar yer. Nahamar taxta. – Sərbəndin nahamar olması [ustanı] ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Çəmənzəminli. Nahamar yolda maşın atılıb-düşəndə az qala [Firəngizin] beyni tərpənirdi. B.Bayramov. 2. məc. Kobud, qaba, yöndəmsiz, biçimsiz. Nahamar adam. – İbrahim başını qaldırıb baxanda gördü, bu bir nahamar ifritədir ki, alt dodağı yer süpürür, üst dodağı göy süpürür. (Nağıl).

    Azərbaycan dilinin izahlı lüğəti / nahamar

nahamar sözünün sinonimləri (yaxın mənalı sözlər)

nahamar sözünün antonimləri (əks mənalı sözlər)

nahamar sözünün rus dilinə tərcüməsi

  • 1 неровный, шероховатый, шершавый, корявый

    Azərbaycanca-rusca lüğət / nahamar
  • 2 I прил. 1. неровный (с впадинами и возвышениями – о поверхности чего-л.). Nahamar yol неровная дорога, nahamar küçələr неровные улицы 2. шероховатый (имеющий негладкую поверхность, негладкий на ощупь); шершавый. Nahamar dəri шероховатая кожа, nahamar taxta шероховатая доска 3. корявый: 1) неровный, искривлённый. Nahamar ağac корявое дерево 2) перен. неровный, неискусный, неумелый. Nahamar xətt корявый почерк, nahamar üslub корявый стиль 4. перен. грубый (неучтивый, неделикатный). Nahamar adam грубый человек II нареч. 1. неровно 2. шероховато 3. коряво

    Azərbaycanca-rusca lüğət / nahamar

nahamar sözünün inglis dilinə tərcüməsi

nahamar sözünün fransız dilinə tərcüməsi

nahamar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. nahəmvar] прил. 1. цӀалцӀам тушир, дуьз тушир, чала-чухур, гелер-кьацӀар авай, лекъвер-синер авай (мес. рехъ, кьул); 2. пер. кӀалубсуз, мешребсуз, кубут, векъи, кунти (мес. кас).

    Azərbaycanca-ləzgicə lüğəti / nahamar

"nahamar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nahamar nədir? #nahamar sözünün mənası #nahamar nə deməkdir? #nahamar sözünün izahı #nahamar sözünün yazılışı #nahamar necə yazılır? #nahamar sözünün düzgün yazılışı #nahamar leksik mənası #nahamar sözünün sinonimi #nahamar sözünün yaxın mənalı sözlər #nahamar sözünün əks mənası #nahamar sözünün etimologiyası #nahamar sözünün orfoqrafiyası #nahamar rusca #nahamar inglisça #nahamar fransızca #nahamar sözünün istifadəsi #sözlük