Qaraquş (Neynəvə mühafəzəsi)
Bəqdidə və ya Bet-Xudidə (süry. ܒܝܬ ܟܘܕܝܕܐ; ərəb. بغديدا və ya ərəb. بخديدا), həmçinin Qaraquş (süry. ܩܪܩܘ݂ܫ) və ya Əl-Həmdaniyyə adlanır — İraqın Neynəvə mühafəzəsində şəhər. Əhalisi aysorlardan ibarətdir. Mosul şəhərindən təxminən 32 kilometr (20 mil) cənub-şərqdə və Ərbilin 60 kilometr (37 mil) qərbində yerləşir. Qədim Assuriya şəhərləri Nimrud və Nineviyanın xarabalıqlarına yaxındır.
6 avqust 2014-cü ildə İŞİD-in işğalından sonra onun bütün aysor sakinləri Kürdüstan regionuna qaçmalı olmuşdular. Şəhər 19 oktyabr 2016-cı il tarixinə qədər İŞİD-in nəzarətində qalmış, Mosul döyüşünün bir hissəsi kimi azad edilmiş, sonra isə sakinlər geri qayıtmağa başlamışdır.