nəhayət sözü azərbaycan dilində

nəhayət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəhayət • 58.0322%
  • Nəhayət • 41.9289%
  • NƏHAYƏT • 0.0389%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 37.72 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 113.06
2003 •••••••••••• 62.99
2004 ••••••••• 48.51
2005 •••••••• 43.19
2006 ••••••• 36.94
2007 •••••••• 42.50
2008 •••••• 31.18
2009 •••••••• 44.32
2010 ••••••••• 46.39
2011 •••••••• 40.75
2012 ••••••• 36.14
2013 ••••••••• 50.62
2014 ••••••• 36.21
2015 •••••••• 41.17
2016 ••••• 24.99
2017 •••••• 31.54
2018 ••••• 24.27
2019 •••• 22.12
2020 •••••• 29.97

nəhayət sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. is. Son, axır, qurtaracaq. Hər şeydə başlanğıc və nəhayət vardır. Bu işin nəhayəti nə olacaq? – Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq. □ Nəhayət vermək (qoymaq) – saxlamaq, dayandırmaq, son vermək. Geriliyə nəhayət vermək. İşə nəhayət vermək. – …[Səlimə] yalnız tərəddüdlərinə bir nəhayət verdi. S.Hüseyn. Nəhayətə yetmək – sona çatmaq, axıra yetmək, qurtarmaq. Zülfiruxun hekayəti yetməz nəhayətə; Gər etsələr səfidü-siyəh sübhü-şam bəhs. S.Ə.Şirvani. Nəhayəti yetmək – axırı çatmaq, axırı olmaq, ölümü çatmaq. [Mənsur:] Hicrində yandım, ey mələk, dəxi yetdi nəhayətim. C.Cabbarlı. 2. is. Qurtaracaq, uc. Məftilin nəhayətini bir nöqtədə birləşdirmək. 3. zərf Axırda, sonda, nəticədə. Nəhayət gəldi çıxdı. Nəhayət başa düşdü. – [Rzaquluxanın] Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müasir xitabələr ağızdan-ağıza dolaşaraq, nəhayət qəzetlərdə və jurnallarda dərc olunardı. M.S.Ordubadi. Bəhramı bir ceyran yamanca yordu; Nəhayət bir keçid başında vurdu. A.Şaiq. // Ara söz mənasında. Bir də, bunlardan əlavə, hər şeydən sonra. İstirahət üçün, nəhayət, şəhərdən kənara çıxmaq olardı. 4. zərf Həddindən artıq, son dərəcə, olduqca. Ey mənim əziz qardaşlarım! Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. C.Məmmədquluzadə. Biçarə qolunun ağrısından bitab düşüb, nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə. // Nəhayətdə şəklində həmin mənalarda. Nəhayətdə sevindi. – …Keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qıtlıq cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir. N.Nərimanov. □ Nəhayət dərəcədə – son dərəcə, çox, artıq, hədsiz dərəcədə. …Məcmuəmizin açılması barəsində … teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. “Mol.Nəsr.”. [Kəndin] əhalisi isə nəhayət dərəcədə avam, həkimsiz, dərmansız yaşayırdılar. S.S.Axundov. Vəhşi ilə Qaraçı kənddə böyüyüb nəhayət dərəcədə dost olurlar. H.Sarabski. 5. Nəhayətində şəklində – sonunda, axırında, qurtaracağında. [Məsmə:] …Həftə nəhayətində onu yoxlamağa getdim. S.Hüseyn. Küçənin nəhayətindəki fənər yandı. Ə.Məmmədxanlı. 6. ara söz. Çoxdan gözlənilən bir işin başa gəldiyini, axırda müsbət nəticələndiyini və bundan duyulan məmnunluğu ifadə edir. Nəhayət, qız gəlib çıxdı. Nəhayət, maşın yola düşdü. Nəhayət, yay tətili yetişdi. – Nəhayət, komissiya üzvlərinin hamısı bir rəyə gəldi: “Ceyran düzü perspektivdən məhrumdur”. M.Hüseyn. Nəhayət, həsrətlə görmək istədiyimiz bu tarixi şəhərə qədəm qoyuruq. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / nəhayət

nəhayət sözünün etimologiyası

nəhayət sözünün sinonimləri (yaxın mənalı sözlər)

nəhayət sözünün rus dilinə tərcüməsi

  • 1 1. конец; 2. наконец; 3. итак, таким образом;

    Azərbaycanca-rusca lüğət / nəhayət
  • 2 I сущ. конец (предел, последняя грань чего-л. в пространстве или во времени). Hər şeydə başlanğıc və nəhayət vardır во всём есть начало и конец, işin nəhayəti конец работы II нареч. 1. наконец (после всего, в конце всего). Nəhayət qatar gəlib çıxdı наконец поезд прибыл, nəhayət işlər qaydasına düşdü наконец дела уладились, nəhayət o başa düşdü наконец он понял 2. весьма, очень, крайне. Sizə nəhayət dərəcədə minnətdaram очень вам благодарен III вводн. сл. nəhayət ki наконец-то (означает, что мера терпения, ожидания и т.п. переполнена). Nəhayət ki, maşın yola düşdü машина, наконец-то, отправилась IV межд. nəhayət! nəhayət ki! наконец! наконец-то! (выражает удовлетворение по поводу осуществления, наступления чего-л.) ◊ nəhayət vermək (qoymaq) nəyə положить конец чему; nəhayət dərəcədə: 1. безгранично; 2. крайне; nəhayətə yetmək завершиться, быть завершённым; nəhayəti yetdi пришёл, наступил конец чему-л

    Azərbaycanca-rusca lüğət / nəhayət

nəhayət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. end, ending; ~ vermək to put* an end (to), to make* an end (of), to bring* to stop; (əlaqə və s.) to break* off (d.); söhbətə ~ vermək to break* off the conversation; müharibəyə ~ vermək to put* an end to the war II. z. at last, eventually, finally; lastly; Nəhayət gəlib çıxdın Here you are at last

    Azərbaycanca-ingiliscə lüğət / nəhayət

nəhayət sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. fin f, bout m ; ~ vermək mettre fin à, finir vt, arrêter vt, terminer vt ; mübahisələrə ~ vermək mettre fin aux discussions ; 2) zərf. enfin, finalement, à la fin

    Azərbaycanca-fransızca lüğət / nəhayət

nəhayət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. сущ. эхир, эхир кьил, куьтягь жедай кьил; nəhayət vermək (qoymaq) эхир эцигун, хуьн, акъвазарун (мес. кӀвалах); nəhayətə yetmək эхирдив агакьун, эхирдиз акъатун, куьтягь хьун, акьалтӀун; nəhayəti yetmək эхир агакьун, эхир хьун, рекьидай вахт хьун; 2. сущ. куьтягь жедай кьил, кӀуф (мес. епинин); 3. нареч. кьадардилай артух, гзаф кьадар, паракьван; nəhayət dərəcədə гзаф кьадар, гзаф, артух, паракьван; 4. nəhayətində эхирдай, эхир кьиляй, куьтягь жедай кьиляй; 5. ара г. эхирки.

    Azərbaycanca-ləzgicə lüğəti / nəhayət

nəhayət sözünün türk dilinə tərcüməsi

nəhayət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. son, axır.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

son, axır, qurtaracaq.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"nəhayət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəhayət nədir? #nəhayət sözünün mənası #nəhayət nə deməkdir? #nəhayət sözünün izahı #nəhayət sözünün yazılışı #nəhayət necə yazılır? #nəhayət sözünün düzgün yazılışı #nəhayət leksik mənası #nəhayət sözünün sinonimi #nəhayət sözünün yaxın mənalı sözlər #nəhayət sözünün əks mənası #nəhayət sözünün etimologiyası #nəhayət sözünün orfoqrafiyası #nəhayət rusca #nəhayət inglisça #nəhayət fransızca #nəhayət sözünün istifadəsi #sözlük