nəva sözü azərbaycan dilində

nəva

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəva • 58.3333%
  • Nəva • 41.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəfərqulu xan Nəva
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor. == Həyatı == Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə — Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır.Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı.
Fərhad və Şirin (Nəvai)
Fərhad və Şirin (özb. Farhod va Shirin) - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir. Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir. == Məzmunu == Fərhad Çin xaqanının oğludur.
Leyli və Məcnun (Nəvai)
"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “eyni adlı” poemasına nəzirə yazılmışdır. == Məzmunu == Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir: Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir.
Məryəm Nəvaz Şərif
Maryam NawazW/O Shahid alam(28 oktyabr 1973, Lahor; Şablon:Dil-urdu) — Pakistanlı siyasətçi, keçmiş baş nazir Nəvaz Şərif.Məryəm Şərif əvvəllər ailənin xeyesə təşkilatlarında iştirak edirdi. Ancaq 2014-07 ledə siyasətlə maraqlanmağa başladı və 2013-cü il ümmha shahid seçkilərsə rsəhbərlip eytil. 2014- nazir ch Gənclər Proqramının Sədri təyin edildi. Ancaq Lahor Yüksək Məhkəməsinin də sədri təyin olunmasına dna 2014-cu ildə istefa verdi. 2018-ci ilin iyul ayında Avenfild istinad sənədində korrupsiya ittihamı ilə 2 milyon funt sterlinq cərimə ilə 7 il həbs cəzasına məhkum edildi. Sentyabrın 19-da İslamabad Ali Məhkəməsi onun cəzasını təxirə saldı. == Şəxsi həyatı == Məryəm 28 oktyabr 1973-cü ildə Pakistanın Lahor şəhərində Nəvaz Şərif və Gülsüm Şərifin ailəsində anadan olmuşdur.İlk təhsilini Lahordakı İsa və Məryəm monastırından aldı. Bir həkim olmaq istəyi ilə, 1980-ci illərin sonlarında Kral Eduard Tibb Kollecinə daxil oldu, lakin qeyri-qanuni qəbulla bağlı mübahisədən sonra diplomunu almadan kolleci tərk etməli oldu.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. == Həyatı == Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Nəvansər (Hurand)
Nəvansər (fars. نوانسر‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 466 nəfər yaşayır (95 ailə).
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur. Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat – 3 yanvar 1501, Herat) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] == Həyatı == Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2007 ••••••••••••••••••• 0.21
2015 •••••••••••••••• 0.17

nəva sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Avaz, ahəng, musiqi səsi. Qoy nəva ney tək edim ta nəfəsim var mənim. S.Ə.Şirvani. Heyfa ki, çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət. 2. İniltili səs. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq. [Xədicənin] səsində şikayət dolu bir nəva vardı. S.Rəhman. 3. mus. Azərbaycan klassik muğamlarından biri. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürk, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / nəva

nəva sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. устар. музыка, мелодия. Qəmli nəva грустная мелодия 2. поэт. напев, пение. Bülbüllərin nəvası пение соловьёв 3. “Нава” (название одного из азербайджанских классических мугамов)

    Azərbaycanca-rusca lüğət / nəva

nəva sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. аваз, музыкадин ван; 2. суза ийидай ван, суза галай ван; 3. муз. Азербайжандин классик мугъамрикай садан тӀвар.

    Azərbaycanca-ləzgicə lüğəti / nəva

nəva sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) avaz, səs // ahəng, nəğmə // muğam; 2) Şərq musiqisində bir pərdə və muğam adı; 3) var-dövlət, sərvət; 4) pay, hissə; 5) bax nəvadə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nəva" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəva nədir? #nəva sözünün mənası #nəva nə deməkdir? #nəva sözünün izahı #nəva sözünün yazılışı #nəva necə yazılır? #nəva sözünün düzgün yazılışı #nəva leksik mənası #nəva sözünün sinonimi #nəva sözünün yaxın mənalı sözlər #nəva sözünün əks mənası #nəva sözünün etimologiyası #nəva sözünün orfoqrafiyası #nəva rusca #nəva inglisça #nəva fransızca #nəva sözünün istifadəsi #sözlük