* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “növ” söz. cəmi] Cürbəcür, növbənöv. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. M.F.Axundzadə. Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Ə.Haqverdiyev. □ Ənvai-müsibətlə – çox çətinliklə, çox böyük əziyyətlə. Min ənvaimüsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi ənvai-müsibətlə qapının qıfılını sındırar və açardı. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / ənva2 ƏNVA’ ə. «növ» c. 1) növlər; 2) t. növbənöv, müxtəlif.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ənva1 [ər. “növ” söz. cəmi] сущ. гьар жуьредин, жуьреба-жуьре; // ənvai-müsibətlə гуж-баладалди, гзаф четинвилелди, чӀехи азиятдивди.
Azərbaycanca-ləzgicə lüğəti / ənva