* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. “Qabusnamə”. 2. məc. dan. Yarışda, oyunda, məclisdə və s.-də başçılıq edən adama verilən ad. Yat, yat, İmamqulu! – deyə birdən padşah çığırdı, – yat, yat! Çəmənzəminli. Toy məclisidir. Qoçu Əsgər padşah olub, yuxarı başda əyləşibdir. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / padşah2 f. şah, hökmdar. Padşahi-bəşər xalqın padşahı; padşahi-mülk məmləkətin padşahı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / padşah1 PADŞAH (köhn.) Xudbin padşah məmləkətin abadlığını düşünüb bir iş başlamazdı (M.İbrahimov); ÇAR (qədim Rusiyada) Alışdı ürəyim kindən, qəzəbdən! Güllətək toxundu çara hər sözüm (S.Rüstəm); HÖKMDAR [Qacar Vaqifə:] Şair, hökmdarın hüzurundasan! (S.Vurğun); XAQAN Burada şahlar, dərəbəylər, xanlar; Şəni-şöhrət keçirən xaqanlar (S.Vurğun); QEYSƏR Axilles: Gəlir Rum qeysəri, çox şəndir yenə; Bu gün də verəcək xələt, xəzinə (A.Şaiq); MƏLİK Vaqif düşüncəli: – Bunlar hamısı məliklərin işidir, – dedi (Çəmənzəminli); SOLTAN/SULTAN Toğrul, Əbubəkrin sultan elan olunduğunu və Naxçıvana böyük bir ordu yığdığını eşidərək həyəcana düşdü (M.S.Ordubadi); ŞAH Teymur: Dünyadan doymadı şahların gözü; Lap cana doymuşam bunlardan, düzü (S.Vurğun); ŞƏHRİYAR (kl.əd.) O söylədi: – Yaşasın şəhriyari-hürriyyət! (B.Vahabzadə); TAC(İ)DAR İskəndər: Fatehlər fatehi rumlu tacidar; Salam söylədikdən sonra, ey salar... (A.Şaiq); MONARX.
Azərbaycan dilinin sinonimlər lüğəti / padşah2 сущ. истор. падишах: 1. титул монарха в некоторых странах Ближнего и Среднего Востока 2. лицо, носившее этот титул; шах
Azərbaycanca-rusca lüğət / padşah1 [fars.] сущ. пачагь. шагь, султан, гьукумдар, император; 2. пер. рах. къугъунра, акъажунра, межлисра ва мс. чӀехивал ийидай кас.
Azərbaycanca-ləzgicə lüğəti / padşah(Bərdə) toy məclisini idarə edən. – Bizim kətdə Hümbət adında bir kişi olur, o, toyda padşah olardı
Azərbaycan dilinin dialektoloji lüğəti.