partlamaq sözü azərbaycan dilində

partlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • partlamaq • 94.0299%
  • Partlamaq • 5.9701%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••••••••••••••••• 1.35
2005 ••••••••••• 0.67
2006 ••••••••••• 0.68
2009 ••••• 0.32
2010 ••• 0.18
2012 •••• 0.26
2013 ••• 0.15

partlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncımxıncım olmaq, qəlpələnmək. Bomba partladı. Körpü minadan partladı. – Səfər və Tanrıverdi … başlarını aşağı dikərək baxırkən quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. A.Şaiq. …Cəlalgilin yurdunda mina partladı… S.Vəliyev. 2. Açılmaq (silah haqqında). Tapança partlar, Əşrəfin sol qolu yaralanar. H.Cavid. Bu mükalimə arasında Kəyan lap qulağının dibində bir neçə güllə partladığını eşitdi. Ə.Əbülhəsən. 3. Deşilmək, cırılmaq (içi hava ilə dolu və ya boş şeylər haqqında). Futbol topu partladı. – [Tahir:] Maşınımın təkərinin kamerası partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn. 4. Çatlamaq, üzərində çatlaqlar əmələ gəlmək, cadar-cadar olmaq, parçalanmaq (bir şeyin qabığı, səthi, üzü). …Ağaclarda partlamış (f.sif.) narların hər dənəsi … qızarıb şəfəq verirdi. Çəmənzəminli. Dodaq cadarcadar olub partlayırdı. S.Rəhimov. 5. məc. Adətən “hirsindən”, “acığından” və s. sözlərlə – bərk hirslənmək, coşmaq, acıqlanmaq, qəzəblənmək. Sarı Musa acığından partlayırdı. A.Şaiq. Bünyad Xəlilov qəzəbindən partlamaq dərəcəsinə gəldi. M.Hüseyn. // məc. Parçalanmaq (ürək haqqında). [Alı:] Bu qara xəbərdən partlayır ürək; Getmir boğazımdan nə su, nə çörək. S.Rüstəm. // məc. Hirsindən özünü saxlaya bilməyib demək. Cavan gəlin partlayıb bir sual verdi… S.Rəhimov. Səlminaz arvad böyürdən partladı… M.Hüseyn. 6. məc. dan. Paxıllıq etmək, dargözlük etmək, gözü götürməmək, acıq çəkmək. [Rüstəm:] Camaatımız dargözdür, biri irəli gedəndə partlayırlar, ağızlarına nə gəldi deyirlər. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / partlamaq

partlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

partlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. взорваться, взрываться; 2. лопаться, лопнуть, треснуть;

    Azərbaycanca-rusca lüğət / partlamaq
  • 2 глаг. 1. взрываться, взорваться: 1) разлетаться, разрываться на части, разрушаться от взрыва. Gəmi partladı корабль взорвался, körpu partladı мост взорвался 2) перен. возмущаться, крайне сердиться. Acığından partladı взорвался от злости 2. лопнуть: 1) треснув, разломиться, разбиться. Top partladı мяч лопнул, şin partladı шина лопнула 2) разорваться (о бомбе, гранате и т. п) 3) с треском порваться (о чём-л. туго натянутом, ставшем тесным). Şalvarı kimin partladı брюки лопнули у кого, чьи, pencəyi partladı пиджак лопнул 4) разорваться (об органах, частях человеческого тела). Damar partladı жила лопнула ◊ ürəyi (bağrı) partlayır сердце разрывается; başı (beyni) partlayır kimin голова разрывается у кого, чья; partlayıb dağılsan da … (partlayıb ölsən də), partlasan da … хоть лопни; paxıllığından partlamaq лопнуть от зависти, gülməkdən partlamaq лопнуть от смеха (со смеха), görüm səni partlayasan чтобы ты лопнул, partlayınca yemək есть до отвала

    Azərbaycanca-rusca lüğət / partlamaq

partlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to burst*; to blow* up; (güllə) to explode, to burst*; (qaz) to explode; Buxar qazanı partladı The boiler burst; Gəmi partladı The ship blew up; ◊ Onun ürəyi partlayır His heart is breaking; bir şeyə görə başı ~ to puzzle over smth., to rack / to cudgle one’s brains over smth.; O birdən partladı He burst at once, He exploded at once

    Azərbaycanca-ingiliscə lüğət / partlamaq

partlamaq sözünün fransız dilinə tərcüməsi

partlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. пад хьун, хъиткьинун (мес. бомба); 2. акъатун (мес. яракьдай гуьлле); 3. пад хьун, тӀвек акъатун, гватун (мес. туп, шар); 4. хъиткьинун, сварар атун, хъиткьерар хьун, кӀар-кӀар хьун, жидар-жидар хьун (са затӀунин ччин, хам, чкал ва мс.); 5. пер. пад хьун, хъиткьинун (хъиляй, пехилвиляй ва мс.); хъел атун, ччанди цӀай кьун; // хъел хуьз тахьана лугьун (рахун).

    Azərbaycanca-ləzgicə lüğəti / partlamaq

partlamaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#partlamaq nədir? #partlamaq sözünün mənası #partlamaq nə deməkdir? #partlamaq sözünün izahı #partlamaq sözünün yazılışı #partlamaq necə yazılır? #partlamaq sözünün düzgün yazılışı #partlamaq leksik mənası #partlamaq sözünün sinonimi #partlamaq sözünün yaxın mənalı sözlər #partlamaq sözünün əks mənası #partlamaq sözünün etimologiyası #partlamaq sözünün orfoqrafiyası #partlamaq rusca #partlamaq inglisça #partlamaq fransızca #partlamaq sözünün istifadəsi #sözlük