parıldamaq sözü azərbaycan dilində

parıldamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • parıldamaq • 87.0370%
  • Parıldamaq • 9.2593%
  • PARILDAMAQ • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Parıldamaq
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

parıldamaq sözünün leksik mənası və izahı

  • 1 f. Parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq. İşıq düşər qar üstünə, parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. …Şərq buludları altun kimi parıldayır, Ay və ulduzlar sönük bir halda gözdən itirdi… Çəmənzəminli. Dağlar, çəmənlər geyinər al, yaşıl; Yerlər, göylər parıldar işıl-işıl. H.Cavid. Mavi göylərdə axşam günəşinin son işıqları parıldayır. M.İbrahimov. // Az işıq vermək, işıq saçmaq, işarmaq, şəfəqlənmək. ◊ Gözləri parıldamaq – bax göz.

    Azərbaycan dilinin izahlı lüğəti / parıldamaq

parıldamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

parıldamaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 PARILDAMAQ – SÖNMƏK Hər şeydən xəbərsiz olan Ay həmişəki kimi parıldayır, gecəyə bəzək verirdi (S.Vəliyev); Bu səhnə çox sürməyir, lampa sönür, pərdə salınır (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / parıldamaq

parıldamaq sözünün rus dilinə tərcüməsi

  • 1 блестеть, сиять, сверкать, светать

    Azərbaycanca-rusca lüğət / parıldamaq
  • 2 глаг. блестеть, блистать, сверкать. Qar parıldayır снег блестит, qızıl kimi parıldamaq блестеть как золото, günəş parıldayır солнце сверкает; şüşə parıldayır стекло блестит, damcılar parıldayır капли блестят, ulduzlar parıldayır звёзды сверкают; gözləri parıldayır глаза блестят ◊ hər parıldayan qızıl deyil не всё золото, что блестит

    Azərbaycanca-rusca lüğət / parıldamaq

parıldamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to shine*; to sparkle; to twinkle; to glitter; (qamaşdırıcı) to glare; Günəş altında qar (almaz kimi) parıldayır The snow glitters (like diamonds) in the sun, Sevincdən onun gözləri parıldayırdı Her / His eyes were sparkling with joy; Günəş parıldayır The sun shines; Qızıl günəş altında parıldayır Gold shines in the sun

    Azərbaycanca-ingiliscə lüğət / parıldamaq

parıldamaq sözünün fransız dilinə tərcüməsi

parıldamaq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#parıldamaq nədir? #parıldamaq sözünün mənası #parıldamaq nə deməkdir? #parıldamaq sözünün izahı #parıldamaq sözünün yazılışı #parıldamaq necə yazılır? #parıldamaq sözünün düzgün yazılışı #parıldamaq leksik mənası #parıldamaq sözünün sinonimi #parıldamaq sözünün yaxın mənalı sözlər #parıldamaq sözünün əks mənası #parıldamaq sözünün etimologiyası #parıldamaq sözünün orfoqrafiyası #parıldamaq rusca #parıldamaq inglisça #parıldamaq fransızca #parıldamaq sözünün istifadəsi #sözlük