porsuk sözü azərbaycan dilində

porsuk

Yazılış

  • porsuk • 66.6667%
  • Porsuk • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Porsuk çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.

Oxşar sözlər

#porsuk nədir? #porsuk sözünün mənası #porsuk nə deməkdir? #porsuk sözünün izahı #porsuk sözünün yazılışı #porsuk necə yazılır? #porsuk sözünün düzgün yazılışı #porsuk leksik mənası #porsuk sözünün sinonimi #porsuk sözünün yaxın mənalı sözlər #porsuk sözünün əks mənası #porsuk sözünün etimologiyası #porsuk sözünün orfoqrafiyası #porsuk rusca #porsuk inglisça #porsuk fransızca #porsuk sözünün istifadəsi #sözlük