Pörnək sözü azərbaycan dilində

Pörnək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Pörnək • 50.0000%
  • pörnək • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pörnək (Puldəşt)
Pörnək (fars. پورناك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 599 nəfər yaşayır (150 ailə).
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. == Tarixi == Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Türkman eli.
Murtuzaqulu xan Pörnək-Türkman
Murtuzaqulu xan Pörnək-Türkman (?-1587) — Türkman elinin Pörnək oymağından olan qızılbaş sərkərdəsi. == Həyatı == Murtuzaqulu bəy Mənsur bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Murtuzaqulu хan Sultan Şah Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində Məşhəd (Хorasan) əyalətinin hakimi idi. Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas mirzəni «şah» elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pörnək-Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan şaha itaət etdiyini bildirmişdi. Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bəstam, Hezarcərib də ona verilmişdir.
Rüstəm xan Pörnək-Türkman
Rüstəm xan Pırbudaq xan oğlu Pörnək-Türkman (?-1643) — Təbriz bəylərbəyi. == Həyatı == I Pirbudaq xanın ikinci oğlu Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana (Təbriz bəylərbəyliyi) bəylərbəyi təyin edilmişdi. XVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Pörnək-Türkman Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü. Molla Kamal yazır ki, Sipəhsalar Rüstəm xan da 1633-cü ilin iyulunda Gürcüstandan çıxıb, Vana gəlmişdi, 1633-cü ilin avqust ayının ortalarında Van qalası muhasirəyə alındı. Sipəhsalar Rüstəm xanın əmrilə Isfahan tüfəngçilərinin minbaşısı Mir Fəttahın tüfəngçiləri yayılmış atəş ilə Osmanlılardan min nəfəri yaraladılar. Ilk uğurlu zərbələrdən istifadə edən şah qoşunları Qotur qalasını ələ keçirib, oraya bir dəstə tüfəngçi yerləşdirdilər. Yüksək rütbəli əmirlər Rüstəm xan Sipəhsalar ilə birlikdə 1633-cü il dekabr ayının 21-də Təbrizdə Şah Səfəvinin yanına gəlib, yeni hərbi əməliyyat tapşırıqları aldılar.
Təpəbaşı-i Pörnək (Puldəşt)
Təpəbaşı-i Pörnək (fars. تپه باشي پورناك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (66 ailə).
Şahbəndə xan Pörnək-Türkman
Şahbəndə xan Pörnək-Türkman — Təbrizin bəylərbəyi. == Həyatı == Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. O, 1625-ci ilə qədər Təbriz bəylərbəyi olub (Arada az müddətə Qaraçaqay xan Təbriz bəylərbəyi seçilir). Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib Təbriz bəylərbəyi təyin edir. İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır ki, üç yaşlı uşağın bəylərbəyi təyin edilməsi Şah Abbasın güclü dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçılarının Təbriz bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaşdığını göstərir.
II Pirbudaq xan Pörnək-Türkman
II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman — Təbrizin bəylərbəyi. == Həyatı == II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman qohumlarının qəyyumluğu ilə üç yaşında Təbriz bəylərbəyi təyin olundu. 1635-ci ildə, 13 yaşında I Şah Səfi tərəfindən vəzifədən çıxarıldı. 1643-cü ildə, II Şah Abbas onu yenidən bəylərbəyi vəzifəsinə bərpa etdi. Şah 1649-cu ildə peşman olub Pirbudaq xanı bəylərbəyilikdən uzaqlaşdırdı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
I Pirbudaq xan Pörnək-Türkman
I Pirbudaq хan Pörnək-Türkman (?-1617) — Təbrizin bəylərbəyi. == Həyatı == Səsi aləmə çavlanan Pörnək oymağı oğullarından biri Pirbudaq хan olub. I Şah Abbas Səfəvi 1602-ci ildə Təbrizi Osmanlılardan azad edib Pirbudaq хanı Güney Azərbaycana bəylərbəyi təyin etdi. O, bir sürə Azərbaycanın başçısı oldu. Təbriz azad edildikdən sonra h.1012 (1603)-ci ildə Türkman tayfasından olan Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və ya Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. Pirbudaq хanın Şahbəndə хan, Rüstəm хan və Əliqulu хan adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.

pörnək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qarakilsə, Zəngilan) bax pornax I. – Pörnəklər çobanın haqqını hər ayın axırında verillər (Zəngilan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#pörnək nədir? #pörnək sözünün mənası #pörnək nə deməkdir? #pörnək sözünün izahı #pörnək sözünün yazılışı #pörnək necə yazılır? #pörnək sözünün düzgün yazılışı #pörnək leksik mənası #pörnək sözünün sinonimi #pörnək sözünün yaxın mənalı sözlər #pörnək sözünün əks mənası #pörnək sözünün etimologiyası #pörnək sözünün orfoqrafiyası #pörnək rusca #pörnək inglisça #pörnək fransızca #pörnək sözünün istifadəsi #sözlük