pörtmək sözü azərbaycan dilində

pörtmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pörtmək • 95.4545%
  • Pörtmək • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

pörtmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur… Çəmənzəminli. Gülşən pörtdü. İşin içindən çıxmaq üçün yol axtardı. Ə.Vəliyev. 2. Üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. Alov üzümü pörtdü. – Uzun illərdən bəri oda yaxın olduğundan bu arvadın üzü … pörtmüşdü. Ə.Əbülhəsən. 3. Qaynar suya salıb çıxarmaq, üstünə qaynar su tökmək; pörtləmək. Aşpaz xoruzu pörtmək üçün qaynar su ilə dolu bir qazana salır. (Nağıl). [Çərkəz:] Pencər yaxşıdır. Heç bu il nubar eləməmişəm. İstəyirsən balığı da pörtdət. İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / pörtmək

pörtmək sözünün etimologiyası

  • 1 Qaqauz dilində örtlenmek sözü ruscaya “жечь”,” палить” kimi tərcümə olunub. Güman edirəm ki, pörtmək və ört (od) sözləri qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / pörtmək

pörtmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

pörtmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. сильно раскраснеться, покраснеть (от жары или от стыда); 2. обварить, ошпарить; 3. перен. вспыхнуть (от гнева);

    Azərbaycanca-rusca lüğət / pörtmək
  • 2 глаг. 1. nəyi обваривать, обварить, ошпаривать, ошпарить что 2. раскраснеться, багроветь, побагроветь (сильно покраснеть – от жары, гнева, стыда, смущения). Üzü pörtmüşdü его лицо побагровело

    Azərbaycanca-rusca lüğət / pörtmək

pörtmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to grow* / to get* red in face; (şaxtadan) to redden; (həyəcandan) to flush; (utanmaqdan) to blush; utancaqlıqdan ~ to blush with shame; tüklərinin dibinə kimi / qədər ~ to flush to the root of one’s hair; 2. bax pörtləmək

    Azərbaycanca-ingiliscə lüğət / pörtmək

pörtmək sözünün fransız dilinə tərcüməsi

pörtmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къекъифун, яру ранг акъатун, яру хьун (мес. ччин); 2. акъугъун, винелай ккун, ккана (нев фена) яру хьун (мес. ччин); 3. ргар це ттуна акъудун, винелай ргар яд иличун; чурчун.

    Azərbaycanca-ləzgicə lüğəti / pörtmək

Oxşar sözlər

#pörtmək nədir? #pörtmək sözünün mənası #pörtmək nə deməkdir? #pörtmək sözünün izahı #pörtmək sözünün yazılışı #pörtmək necə yazılır? #pörtmək sözünün düzgün yazılışı #pörtmək leksik mənası #pörtmək sözünün sinonimi #pörtmək sözünün yaxın mənalı sözlər #pörtmək sözünün əks mənası #pörtmək sözünün etimologiyası #pörtmək sözünün orfoqrafiyası #pörtmək rusca #pörtmək inglisça #pörtmək fransızca #pörtmək sözünün istifadəsi #sözlük