* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fr.] Gigiyenik və ya kosmetik məqsədlə işlədilən (üzə sürtülən) nişasta və s. maddələrdən hazırlanmış çox narın, yumşaq, adətən ətirli toz. Üzünə pudra sürtmək. – Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / pudra1 PUDRA İlhamın günəşidir o ala gözün; Pudra, boya nədir bilməz ömründə üzün.. (S.Rüstəm); AĞARTI (köhn.) Bir əldə ağartı, birində daraq; Daranır üstündə muyu çeşmənin (Qoşma); KİRŞAN Ənliyi, kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri (M.P.Vaqif).
Azərbaycan dilinin sinonimlər lüğəti / pudra1 сущ. пудра (душистый порошок, употребляемый как косметическое или гигиеническое средство). Üzünə pudra vurmaq пудрить лицо, pudra səpmək nəyə присыпать пудрой что; pudra qabı пудреница
Azərbaycanca-rusca lüğət / pudra