Pərvanə sözü azərbaycan dilində

Pərvanə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Pərvanə • 97.9598%
  • pərvanə • 1.8653%
  • PƏRVANƏ • 0.1749%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Pərvanə (Üşnəviyyə)
Pərvanə (fars. پروانه‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Pərvanə Hacıyeva
Pərvanə Hacıyeva (11 avqust 1973, Marneuli) — biokimya üzrə tanınmış alim, Mayns Universitetinin (AFR) tibb üzrə professoru. == Həyatı və elmi fəaliyyəti == Pərvanə Hacıyeva 1973-cü ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi „Gümüş medal“la başa vurur. Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır. 1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi“ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur.
Pərvanə Qurbanova
Pərvanə Yaqub qızı Qurbanova — azərbaycanlı teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == 2 aprel 1965-ci ildə anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır: Maral “Maral” (Cəfər Cabbarlı) Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı) Sevinc “Sənsiz”(Şıxəli Qurbanov) İncixanım “Atabəylər” (Nəriman Həsənzadə) Əfsanə “İtkin gəlin” (Əlibala Hacızadə) Narınc “Yandırılmış adam”(Əlibala Hacızadə) Aqasiya “Odu atma, Promitey”(M.Kərim) Nazan “Yad qız”(Orhan Kemal) Gülqönçə “Cavad xan”(Nüşabə Məmmədova) Ülviyyə “Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova) Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) Gənc qadın “Qana-qan”(Bukovça) Həcər xanım “Eşq və İntiqam”(Süleyman Sani Axundov) Qadəm “Qatil”(Elçin Əfəndiyev) Firuzə “Ölüm hökmü”(Elçin Əfəndiyev) Həvva “Varlı qadın” (Elçin Əfəndiyev) Qətibə “Şeyx Nizami”(Oqtay Altunbay) Qızılgül “Balaca şahzadə”(Antuan de Sent-Ekzüperi) Şəhrəbanu “Müsyo Jordan və dərviş Məstəli şah”(Mirzə Fətəli Axundov) Pırpız Sona “Dəli yığıncağı”(Mirzə Cəlil)1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir, və aşağıdakı rolların ifaçısıdır: “Xeyir və Şər”də Kürd qızı, “Məhəbəət əfsanəsi”ndə Şirin, “Bəhram şah”da Afaq, “Məhəbbətin qənimi”ndə Sədaqət və s. Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir. == Fəxri adlar və mükafatlar == Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Pərvanə Zəngəzurlu
Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. == Həyatı == Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-cü ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.
Pərvanə nahiyəsi
Pərvanə nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Pərvanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 69 kənd ibarət idi.
Pərvanə İbrahimova
Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova; 3 avqust 1977, Qaraçanta, Amasiya rayonu) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən) və Beynəlxalq jurnalistika kafedrasının dosenti. 2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir. == Təhsili, elmi dərəcə və elmi adları == 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. == Əmək fəaliyyəti == 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Pərvanə İsmayılova
Pərvanə Xalid qızı İsmayılova (doğ. 06 fevral 1981, Qax, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında FİDE ustası (1993). 12-14 yaş qızlar arasında SSRİ çempionu (1991). 10 yaş qızlar arasında dünya çempionu (1992). 12 yaş qızlar arasında Avropa çempionu (rapid). 1992-ci ildən etibarən 10,12,14,16 və yuxarı yaş qızlar arasında respublika çempionu. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb. 1994-cü ildə Avropa birinciliyinin çempionu. == Həyatı == 1988 - ci ildə Qax şəhərindəki 2 saylı orta məktəbin 1- ci sinifinə daxil olmuş və müəyyən qədər xaricdə (Türkiyədə) təhsil aldıqdan sonra 1997- ci ildə Qax şəhər 1 saylı orta məktəbdən məzun olmuşdur. 2011- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub 2016- cı ildə akademiyanın şahmat fakultəsini bitirmişdir.
Dizac-i Pərvanə (Bünab)
Dizac-i Pərvanə (fars. ديزج پروانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,028 nəfər yaşayır (248 ailə).
Pərvanələrin rəqsi (serial, 2012)
Pərvanələrin rəqsi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Ailə dramı olan bu teleserialda hadisələr ər-arvad, gəlin-baldız, bir sözlə ailə münasibətləri əsasında yaradılmışdır. == Film haqqında == Bu serial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. Teleserial 82 seriyadan ibarətdir. Serialın ilk mövsümü 1 may 2012-31 iyul 2012-ci il tarixlərini əhatə etmişdir. Bu müddətdə 40 seriya yayımlanmışdır. İkinci mövsüm isə 1 oktyabr 2012-27 iyun 2013-cü il tarixlərində efirə çıxmışdır. Bu müddətdə növbəti 42 seriya nümayiş olunmuşdur. == Mükafatlar == Serial 2015-ci ildə "Ən yaxşı TV serial" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Rövşən İsax, Arzu Soltan Quruluşçu rejissor: Rövşən İsax Operatorlar: Hüccət Cəfərov, Tural Bağırov (II) Bəstəkar: Nailə Mirməmmədli İkinci rejissor: Vüqar Əmirov Səs: Samir T. Gülmalıyev, Anar Quliyev Montaj: Səbuhi Vahidoğlu Qrafik dizayn: Ayaz Qasımbəyli Aranjiman: Rabil Səfərli İcraçı prodüser: Rizvan Məmmədov Kastinq: Mehman Məmmədov Tretman qrupu: Vüqar Əmirov, Vüsalə Məmmədova, Sevinc İslamqızı, Tərminə Məmmədova, Məlahət Əhməd, İradə Məmmədova, Mehman Məmmədov İşıq: Xəzər Sultanov, Əlibala Zamanov Makiyaj: Nərgiz Nəsibova Saç ustası: Tahirə Əliyeva Mətbəx işləri: Lətifə Qüdrətova, Rəna Abdullayeva Sürücülər: Ramitdin Səfərov, Cəbrayıl Cəfərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Hikmət Mirməmmədli, Səid Rüstəmov Şeirlərindən istifadə edilən şairə: Fidan Axundova (titrlərdə yoxdur) === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Pərvanələrin rəqsi (teleserial, 2012)
Pərvanələrin rəqsi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Ailə dramı olan bu teleserialda hadisələr ər-arvad, gəlin-baldız, bir sözlə ailə münasibətləri əsasında yaradılmışdır. == Film haqqında == Bu serial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. Teleserial 82 seriyadan ibarətdir. Serialın ilk mövsümü 1 may 2012-31 iyul 2012-ci il tarixlərini əhatə etmişdir. Bu müddətdə 40 seriya yayımlanmışdır. İkinci mövsüm isə 1 oktyabr 2012-27 iyun 2013-cü il tarixlərində efirə çıxmışdır. Bu müddətdə növbəti 42 seriya nümayiş olunmuşdur. == Mükafatlar == Serial 2015-ci ildə "Ən yaxşı TV serial" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Rövşən İsax, Arzu Soltan Quruluşçu rejissor: Rövşən İsax Operatorlar: Hüccət Cəfərov, Tural Bağırov (II) Bəstəkar: Nailə Mirməmmədli İkinci rejissor: Vüqar Əmirov Səs: Samir T. Gülmalıyev, Anar Quliyev Montaj: Səbuhi Vahidoğlu Qrafik dizayn: Ayaz Qasımbəyli Aranjiman: Rabil Səfərli İcraçı prodüser: Rizvan Məmmədov Kastinq: Mehman Məmmədov Tretman qrupu: Vüqar Əmirov, Vüsalə Məmmədova, Sevinc İslamqızı, Tərminə Məmmədova, Məlahət Əhməd, İradə Məmmədova, Mehman Məmmədov İşıq: Xəzər Sultanov, Əlibala Zamanov Makiyaj: Nərgiz Nəsibova Saç ustası: Tahirə Əliyeva Mətbəx işləri: Lətifə Qüdrətova, Rəna Abdullayeva Sürücülər: Ramitdin Səfərov, Cəbrayıl Cəfərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Hikmət Mirməmmədli, Səid Rüstəmov Şeirlərindən istifadə edilən şairə: Fidan Axundova (titrlərdə yoxdur) === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Pərvanəoğulları bəyliyi
Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd Bəydir. Muinəddin Məmməd Bəydən sonra taxta Muinəddin Məsud Bəy çıxmışdır. Genuyalılarla ticarət əlaqələrində yaranan problemdən sonra Məsud Bəy əsir alınmış, bir müddət sonra azad edilmişdir. Məsud Bəyin oğlu Qazi Çələbi hakimiyyətdə olarkən Pərvanəoğulları bəyliyi Trapezund İmperiyası və Genuya Respublikası ilə vuruşmuşdur. Bəyliyin hakimiyyətinə 1322-ci ildə Candaroğulları bəyliyi tərəfindən son qoyulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.77 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 ••• 3.15
2004 •••• 3.71
2006 •••• 3.83
2007 ••••• 5.50
2008 ••• 3.17
2009 ••••••• 7.04
2010 ••••••• 6.81
2011 •••••••••••••••••• 20.08
2012 •••••••••••••••••••• 22.63
2013 ••••••• 7.00
2014 ••••••••••• 11.33
2015 ••••• 5.27
2016 •••• 3.64
2017 ••• 3.09
2018 •••• 3.45
2019 ••••• 5.29
2020 ••••••• 7.03

pərvanə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Adətən işığın ətrafına dolaşan kiçik gecə kəpənəyi. Məndən öyrənibdir oda yanmağı; Düşəndə xəbər al pərvanələrdən. Q.Zakir. [Ərəstu:] Pərvanə vurğundur işığa, nura. A.Şaiq. // Ümumiyyətlə, kəpənək. 2. bax pər 4-cü mənada. Növbə Kamala yetişəndə o, əlindəki modelin pərvanəsini buraxdı… M.Rzaquluzadə. ◊ Pərvanə kimi (tək) başına fırlanmaq (dolanmaq) – həddindən artıq sevmək, istəmək, mehribanlıq göstərmək, nəvaziş etmək, nazlamaq, əzizləmək. Günəş, Arazın ciyərlərini sağaltmaq üçün onun başına pərvanə kimi dolanır. A.Şaiq. Vaxt məni pərvanətək başına dolandırır; Dünən qanmadığımı bu gün mənə qandırır. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / pərvanə

pərvanə sözünün sinonimləri (yaxın mənalı sözlər)

pərvanə sözünün rus dilinə tərcüməsi

  • 1 1. ночная бабочка; 2. маховое колесо; 3. винт (парохода, самолета);

    Azərbaycanca-rusca lüğət / pərvanə
  • 2 сущ. 1. бабочка; мотылёк 2. винт (часть двигательного механизма судна или самолёта в виде лопастей, укреплённых на вращающемся валу) 3. маховое колесо (колесо с массивным ободом, обеспечивающее равномерное движение машины) ◊ pərvanə kimi (tək) başına dolanmaq kimin кружиться, виться мотыльком вокруг кого, окружить кого вниманием и заботой

    Azərbaycanca-rusca lüğət / pərvanə

pərvanə sözünün inglis dilinə tərcüməsi

pərvanə sözünün fransız dilinə tərcüməsi

pərvanə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. чепелукь; йифен чепелукь (йифиз экуьнал элкъведай гъвечӀи чепелукь); 2. кил. pər 5); ** pərvanə kimi (tək) başına fırlanmaq (dolanmaq) чепелукь хьиз кьилелай элкъуьн, гзаф кӀан хьун, кинар авун, гзаф гелкъуьн, наз чӀугун, ччан-рикӀ авун, къайгъуда амукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / pərvanə

pərvanə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) kəpənək; 2) yel dəyirmanının pəri.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

uçan, qanadlanan; daim oda, işığa can atan kiçik kəpənək.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"pərvanə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pərvanə nədir? #pərvanə sözünün mənası #pərvanə nə deməkdir? #pərvanə sözünün izahı #pərvanə sözünün yazılışı #pərvanə necə yazılır? #pərvanə sözünün düzgün yazılışı #pərvanə leksik mənası #pərvanə sözünün sinonimi #pərvanə sözünün yaxın mənalı sözlər #pərvanə sözünün əks mənası #pərvanə sözünün etimologiyası #pərvanə sözünün orfoqrafiyası #pərvanə rusca #pərvanə inglisça #pərvanə fransızca #pərvanə sözünün istifadəsi #sözlük