Pərvin Mirzəzadə
Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyətli Səfiri. Xalq artisti Xəyyam Mirzəzadənin oğlu
Pərvin Mirzəzadə 19 iyun 1965-ci ildə Bakı şəhərində, məşhur bəstəkar Xəyyam Mirzəzadənin ailəsində anadan olub. 1972–1983-cü illərdə Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini, 1983–1988 Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Qahirədə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kursları, 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib. o, həmçinin, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin fərqlənmə diplomu bitirmişdir.
Xalq artisti Xəyyam Mirzəzadənin oğlu olan Pərvin Mirzəzadənin 2 övladı var.
P. Mirzəzadə 1989–1991-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi, 1991–1993-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin II katibi, 1993–1997-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin bölmə müdiri, 1997–2002-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin şöbə müdiri, 2002–2004-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin rəis müavini, 2004-cü ildən AR XİN Dövlət Protokolu İdarəsinin Rəisi, Azərbaycan Respublikasının Prezidentinin 06.06.2012-ci il tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi, Brüssel Almanaxı Komitəsinin müxbir üzvü vəzifələrində çalışmışdır.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı,
2009-cu ildə Polşa Respublikası qarşısında xidmətlərinə görə "Kavalyer xaçı" ordeni,
2010-cu AR Fövqəladə Hallar Nazirliyinin 5 illik "Yubiley" medalı,
2011-ci ildə AR Xarici İşlər Nazirliyinin "Fəxri əməkdaşı" adına layiq görülmüşdür.
2014-cü Macarıstan Respublikasının Fəxri Ordeni,
2015-ci ildə "AR Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı,
2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur.
2017-ci ildə Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 illiyi yubiley medalı,
Gürcüstan Daxili İşlər Nazirliyinin "Xüsusi xidmətlərə görə" 2-ci dərəcəli medalı,
2018-ci ildə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı,
2019-cu ildə "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" yubiley medalı, habelə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə də təltif olunmuşdur.