Raraka
Raraka (fr. Raraka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan 40 km şərqdədir.
== Coğrafiya ==
Ensiz üzük formasına malikdir. Atollun sahəsi 7,2 km²-dir. Daxilində laqun vardır.
== İnzibati bölgüsü ==
İnzibati baxımından Fakarava kommunasına daxildir.
== Əhali ==
2007-ci il məlumatına görə adada yaşayış yoxdur.