* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat. realis – maddi, həqiqi] 1. Həqiqi vəziyyəti, şəraiti, imkanları və qüvvələrin nisbətini dərketmə bacarığı. 2. Obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün əks etdirməkdən ibarət bədii idrak üsulu, habelə ədəbiyyat və incəsənətdə həqiqi varlığı daha dolğun, daha düzgün, daha real əks etdirməyi bir məqsəd olaraq qarşısına qoymuş cərəyan. M.F.Axundzadənin realizmi. Rəssamlıqda realizm. – N.Vəzirov və Ə.Haqverdiyevin əsərlərinin yaraşığı, hətta onların gücü, belə, həyata, varlığa sadiq olmalarında, ifadənin, bədii təsvirin həqiqiliyində, realizmindədir. M.İbrahimov. 3. XIX əsr fəlsəfəsində idealizmə zidd cərəyanları göstərmək, müasir burjua fəlsəfəsində isə bir qayda olaraq bəzi cərəyan (məs.: neorealizm, tənqidi realizm və s.) tərəfdarlarının öz idealist mahiyyətlərini ört-basdır etmək üçün işlətdikləri termin. 4. Ümumi məfhumların əşyalardan qabaq və onlardan asılı olmayaraq mövcud olduğunu iddia edən orta əsr dini-idealist fəlsəfi cərəyanının adı. ◊ Sosializm realizmi tar. – sovet bədii ədəbiyyatı və incəsənətinin, dünya inqilabi ədəbiyyatının yaradıcılıq metodu. Sosializm realizminin erkən sələfləri. Tənqidi realizm – sənətin inkişafında müstəqil mərhələ təşkil edən, başlıca xüsusiyyəti gerçəkliyin dərin və düzgün əks etdirilməsi, kapitalizm quruluşu qüsurlarının və ziddiyyətlərinin ifşası, demokratik sosial idealların əsaslandırılmasından ibarət olan bədii cərəyan. Tənqidi realizmin böyük ustaları.
Azərbaycan dilinin izahlı lüğəti / realizm2 \ – Gerçekçilik: Düşüncədən və ya bilən subyektdən ayrı, xarici aləmin və obyektlərin varlığını, onlar haq-qında obyektiv məlumatın inkişafını qəbul edən fəlsəfi görüş.
Fəlsəfə terminlərinin izahlı lüğəti / realizm3 \ – incəsənətin obyektiv idraki və estetik-dəyişdirici təbiətini daha dolğun şəkildə təcəssümləşdirən bədii metod.
Fəlsəfə terminlərinin izahlı lüğəti / realizm2 сущ. реализм: 1. умение учитывать подлинные условия действительности, существующие возможности и соотношение сил. Məsələlərin həllində реализм реализм в решении вопросов 2. метод художественного познания, правдивого изображения действительности в типических чертах в литературе, искусстве. Tənqidi realizm критический реализм, M. F. Axundzadənin realizmi реализм М. Ф. Ахунд-заде 3. термин, употребляющийся в философии XIX в. для обозначения направлений, противоположных идеализму 4. название направления средневековой идеалистической философии, исходившего из того, что общие понятия (универсалии) предшествуют вещам и реально существуют независимо от вещей
Azərbaycanca-rusca lüğət / realizm1 i. realism; sosialist ~i socialist realism; tənqidi ~ critical realism
Azərbaycanca-ingiliscə lüğət / realizm1 [lat. realis-maddi, həqiqi] реализм (1. гьакъикъи везият, гьал, шараит, имканар ва къувайрин нисбет кьатӀуз хьунин алакьун; 2. искусствода ва я литературада гьакъикъат, авай гьал гьа авайвал объективдаказ къалурунин рехъ; 3. филос. авай гьал, масадалай аслу тушиз вич-вичиз авазвай гьакъикъат, инсандин къанажагъдилай аслу тушиз аваз хьунухь хиве кьазвай, амма идаз ачух дуьз материалиствилин баян гуникай катзавай ва я и кар чпелай алакь тийидай эклектик, яни сад-садаз акси акахьай фикиррин философиядин течение-рехъ я; им вич идеализмдивай ччара жез алахъзаватӀани, эхир нетижада гьа идеализмдин рекьик акахьзава); ** sosializm realizmi ист. социалистический реализм (реализмдин лап вини дережа яз, советрин литературада, искусствода кӀвалахдин асул метод я).
Azərbaycanca-ləzgicə lüğəti / realizm