reali sözü azərbaycan dilində

reali

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • reali • 80.0000%
  • Reali • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Reali
Reali — tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar. Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali — müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. == Reali növləri == Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil.
CBS Reality
CBS Reality — Bütün Avropa, Yaxın Şərq və Afrikada yayımlanan Amerika telekanalı. CBS Corporation-a daxildir. 14 sentyabr 2009-cu ildə CBS, CBS Studios International, 2009-cu ildə Böyük Britaniyada 6 CBS markalı kanal açmaq üçün Chellomedia ilə birgə müəssisə yaradıldığını elan etdi. Yeni kanallar, Zone Romantica, Zone Thriller, Zone Horror, Zone Reality, Zone Horror +1 və Zone Reality +1-i əvəz etməi idi. 1 oktyabr 2009-cu il tarixində elan edildi ki, CBS Reality, CBS Reality +1, CBS Drama və CBS Action bu kanaları əvəz edəcək: Zone Reality, Zone Reality +1, Zone Romantica və Zone Thriller-i. 5 aprel 2010-cu ildə Zone Horror və Zone Horror + rebrendinq olundu və müvafiq olaraq 1 Horror Channel və Horror Channel +1-ə çevrildi. 1 avqust 2012-ci ildə Chellomedia, Zone Reality-in Avropa versiyasını CBS Reality olaraq adlandırdığını açıqladı. Avropada, CBS Reality 3 dekabr 2012-ci ildə Zone Reality-ni əvəz etmişdir. 2 aprel 2014-cü il tarixindən etibarən, CBS Reality Birləşmiş Krallığın Freeview rəqəmsal televiziya şəbəkəsində mövcuddur. CBS Reality +1, YouView (TalkTalk Plus TV) -də 27 iyul 2014-cü ildə efirə çıxmağa başladı, lakin növbəti ilin 2 iyun tarixində ləğv edildi.
Maarifçi realizm
Maarifçi realizm – XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. == Tarixi == Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir.
Magik realizm
Magik realizm — magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metod. == Tarixi == XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növbəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meydana çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarışmasından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış və tarixi tərəqqinin nisbətən aşağı səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu xalqların miflərini də realist nəsrə gətirmişdir. Miflərdən bədii vasitə kimi istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi tənqidinə də maraqlı təsir buraxırdı. Əslində mifdən, rəmzdən, alleqorik obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur, ona görə Cənubi Amerikada Jorji Amadu, Qabriel Qarsiya Markes kimi yazıçıların əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsrinin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qədim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa başladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə meyli daha artıq rus ədəbiyyatı, xüsusilə Nikolay Qoqol, Fyodor Dostoyevski və Anton Çexovun ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Maşın realiti-şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. M Group Production şirkətinin layihəsidir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları olub. 20 gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya M Group Production şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır. Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz.
Maşın realiti şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. M Group Production şirkətinin layihəsidir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları olub. 20 gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya M Group Production şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır. Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz.
Primera Fila: Hecho Realidad
Primera Fila: Hecho Realidad – Amerikalı pop qrupu Ha*Ashın 1-cü canlı albomudur. 11 noyabr 2014-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == Standard Edition == CD == Deluxe Edition == CD + DVD DVD == Mənbə == Primera Fila: Hecho Realidad - Genius.
Reality Killed the Video Star
Reality Killed the Video Star, İngilis müğənni və sözyazarı Robbi Vilyamsın səkkizinci studiya albomudur. Robbi Vilyams albomun 9 Noyabr 2009'da satışa təqdim ediləcəyini rəsmi internet saytında eşitdirdi. Və albomdan ilk single Bodies radiolarda nəşr olunduqdan qısa bir müddət sonra albom internet üzərində əvvəldən sifariş açıldı.
Realizm
Realizm (fəlsəfə) — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Realizm (ədəbiyyat) — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Realizm (rəssamlıq) — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir.
Realizm (beynəlxalq münasibətlər)
Realizm — beynəlxalq münasibətlər nəzəriyyəsinin ənənələrindən biri. Beynəlxalq anarxiya və güc siyasəti məsələlərini diqqət mərkəzində saxlayan realizm, əsasən, Tomas Hobbs və Nikkolo Makiavellinin yaradıcılığına əsaslanaraq fəlsəfi cəhətdən qurulmuşdur. Realizm beynəlxalq münasibətlər yanaşması olaraq XX əsrdə müharibələr dövründə ortaya çıxdı. == Əsas fərziyyələr == Realizm, əsasən, dörd təklifə əsaslanan beynəlxalq münasibətlər ənənəsidir. Realizmə görə, beynəlxalq sistem anarxikdir. Dövlətlərin davranışlarını və qarşılıqlı əlaqələrini tənzimləyə biləcək aktyorlar yoxdur. Dövlətlər digər dövlətlərlə münasibətlərini tənzimləyirlər. Realizmin anarxiya təsəvvürünə görə, beynəlxalq sistemdəki anarxiya dövlətlərin öz suverenliyinin nəticəsidir. Müvafiq olaraq, anarxiyanın olmaması həm də dövlət suverenliyinin olmaması deməkdir. Beynəlxalq sistemdə daimi düşmənçilik var.
Realizm (fəlsəfə)
Realizm, fəlsəfədə — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Avropa fəlsəfəsinin istiqamətlərini təyin etmək üçün, konsepsiyaların bu və ya digər əlaqələrini gerçəkliyə postulyasiya etmək üçün istifadə edilmişdir. Fərqli dövrlərdə tamamilə fərqli (və hətta əks) istiqamətlərə mənsub idi: sxolastikizmdəki realizm (Avropa orta əsr fəlsəfəsi): bu konsepsiyaya daxil olan fərdi nümayəndələrdən ayrı (ümumbəşəri problem) ümumi anlayışların (insan, ağcaqayın, ... kimi) real mövcudluğunu postulat edir. Əks istiqamət nominalizmdir. Realizmin yumşaldılmış bir versiyası var idi - konseptualizm (mülayim realizm); realizm, mistisizmə və daha geniş şəkildə idealizmə qarşı çıxan müasir dövrün fəlsəfi istiqamətini təyin etməyə xidmət edir. Bu cür realizmin nümayəndəsi Herbart və onun tərəfdarları idi; XX əsrin əvvəllərində Oxbridge ingilis fəlsəfəsindəki realizm. Bu realistlər həqiqi anlayışların birbaşa həqiqətə uyğun olduğuna inanırdılar. Qalan hər şey (bütün metafizika) “idealizm” adlanan yalan və artıq hesab olunurdu. Bu istiqamət öz missiyasını "idealizmə" qarşı çıxdı.
Realizm (incəsənət)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Realizm (rəssamlıq)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Realizm (ədəbiyyat)
Realizm — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romantizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir. Dünya ədəbiyyatında O. Balzak, Q. Flober, G. Mopassan, Ç. Dikkens, M. Y. Dostoyevski, L. Araqon, P. Neruda və b. realizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Fransada realizm məsumluğun övladı kimi dünyaya gəldi. Elə bu zaman Floberin "Madam Bovari əsəri realizmin ilk nümunələrindən oldu. Ədəbiyyatda bovarizm termini bununla əlaqədərdir Azərbaycan ədəbiyyatında isə M. F. Axundov, M. Ə. Sabir, N. Vəzirov, C. Məmmədquluzadə, C. Cabbarlının əsərləri realist ədəbiyyatın parlaq nümunələridir.
Sadəlövh realizm
Sadəlövh realizm — fəlsəfədə və gündəlik şüurda qnoseoloji mövqe, ona görə normal insanın normal şəraitdə qavradığı və ümumi qəbul edilmiş və faktlara uyğun gələn dildə təsvir etdiyi hər şey realdır. Sadəlövh realistin nöqteyi-nəzərindən reallıq onun duyğularının köməyi ilə şəxsən qavradıqları, eləcə də hissiyyatla qavranılan dünya haqqında düşündükləri və bildikləridir. Gündəlik həyatda sadəlövh realizm sağlam idrak psixologiyasına ziyan vurur, elmdə isə nəzəri anlayışların doqmatizminə və tənqidi olmayan hipostazına gətirib çıxarır. Sadəlövh elmi realizmə görə, elmi ictimaiyyət tərəfindən qəbul edilmiş nəzəriyyə tam həqiqətə malikdir, yəni təsvir olunan obyektlər sisteminin tam və dəqiq təsvirini verir. Sadəlövh realizmin alternativi hər hansı elmi nəzəriyyəni yalnız nümunəvi mənada doğru hesab edən və bilik subyektinin yaradıcı fəaliyyətini vurğulayan tənqidi realizmdir. == Nəzəriyyəsi == Sadəlövh realizm nəzəriyyəsini beş inancın qəbulu kimi xarakterizə etmək olar: Maddi obyektlər dünyası var. Bu obyektlər haqqında deyilənlərin həqiqəti hiss təcrübəsinin köməyi ilə yoxlanıla bilər. Bu cisimlər təkcə qavranılan zaman deyil, həm də dərk edilmədiyi zaman da mövcuddur. Bu qavranılan obyektlər qavrayışdan müstəqildir. Bu cisimlər qavranılan zaman, hətta qavranılmayanda da müşahidə etdiyimiz keyfiyyətləri özündə saxlaya bilir.
Sosial realizm
Sosial realizm və ya sosial realizm — XIX–XX əsrlərdə əsası qoyulmuş, sosial və ya siyasi məzmun daşıyan realist üslublu əsərlərin nümunələrini təsvir etmək üçün istifadə edilən bir termindir. Konsepsiya bir çox aspektlərdə tənqidi realizmə bənzəyir, lakin daha çox plastik sənətlərdən, xüsusən də rəssamlıqdan əsərlər üçün istifadə olunur. Bu cəhət də realizmlə bağlıdır. Realizm ilə arasındakı ən böyük fərq konseptual deyil, xronolojidir. Əsas konseptual fərqlilik tənqidi realizmdə olduğu kimi sosialist realizmindədir. Xüsusilə sosialist realist əsərlərində görünən aydın siyasi yan sosial realizmdə görünmür. Cəmiyyəti və şəxsi sosial və real cəhətləri ilə təqdim etmək məqsədi daşıyır. O, sosialdır, cəmiyyətin problemlərindən xəbərdardır və onlara həssaslıqla yanaşır; Realistdir və sənətkarın mövzu ilə bağlı şəxsi hiss və düşüncələri aydın başa düşülən ifadəyə çevrilir. Sosial realizm romantizmin təbliğ etdiyi idealizmə və şişirdilmiş eqoya qarşı bir reaksiya olaraq inkişaf etmişdir. Sənaye İnqilabının nəticələri aydın oldu; şəhər mərkəzləri böyüdü, gecəqondular yuxarı təbəqələrin sərvətinin nümayişindən fərqli olaraq yeni miqyasda çoxaldı.
Sosialist realizmi
Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır. == Tarixi == Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.
Sosialist realizmi prinsipi
Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır. == Tarixi == Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.
Tənqidi realizm
Tənqidi realizm – ədəbi cərəyan. XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Onore de Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.
Elementar realizm
== Giriş == Realizm həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsidir. "Realist məktəb" adlanan məktəb XIX əsrdə fransız ədəbiyyatında ədəbi termin kimi yaranmışdır. Bu məktəbin meydana çıxma amillərinə aşağıdakılar daxildir: 1. Parisin Latın məhəlləsində yaşayan və romantikləri ələ salan o qədər də məşhur olmayan yazıçılar və rəssamlar. 2. Barbizon Məktəbi rəssamları İtalyan klassik ənənəsinin köhnəlmiş hesab edilən o dövründə təbiəti birbaşa müşahidə etməyə çağırdı və reallıqdan qaçan romantiklərə qarşı reaksiya verdi. == Elementar realizm == Realizmin bu növü Balzakın əsərlərindən başlayır. Elementar realizm özünü doğru, dolğun və dürüst sosial mühiti və müasir dünyanı yeniləməyə sadiqdir, lakin bu yenilənmə çox sadədir və nümunə təklif olunmur. Bundan əlavə, Elementar realizm pessimist və gələcəyə məyusdur. Bu məktəbdə yazılmış əsərlərə Tolstoyun "Hərb və Sülh", Fyodor Dostoyevskinin "Cinayət və Cəza" və "Karamazov qardaşları" daxildir.

reali sözünün leksik mənası və izahı

  • 1 is. tərc. 1. Başqa dildə danışan insanların praktik nitqində mövcud olmayan predmet, əşya anlayışı, situasiya bildirən söz, yaxud realiyalar. 2. Zahiri linqvistika və tərcüməşünaslıqda, məsələn, hər hansı ölkənin dövlət quruluşu, hər hansı xalqın tarixi və mədəniyyəti, konkret dilin daşıyıcısı olan dil əlaqələri nəticəsində bu dildə öz əksini tapmış müxtəlif çeşidli faktorların öyrənilməsi. 3. Sözün normativ mənası üçün əsas kimi xidmət edən maddi mədəniyyət əşyaları. 4. Həyat və məişətin milli-spesifik xüsusiyyətlərini bildirən sözlər. 5. Oijinal mətnində realizə olunan mədəni kod elementləri.

    Yeni sözlər və yeni mənalar lüğəti / reali

"reali" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#reali nədir? #reali sözünün mənası #reali nə deməkdir? #reali sözünün izahı #reali sözünün yazılışı #reali necə yazılır? #reali sözünün düzgün yazılışı #reali leksik mənası #reali sözünün sinonimi #reali sözünün yaxın mənalı sözlər #reali sözünün əks mənası #reali sözünün etimologiyası #reali sözünün orfoqrafiyası #reali rusca #reali inglisça #reali fransızca #reali sözünün istifadəsi #sözlük