Qarasaqqal sövməəsi
Qarasaqqal sovməəsi — Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndinin mərkəzində və XVII əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib.
Kürdhacı inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndi dəniz səviyyəsindən 1741 m-dən artıq yüksəklikdə, Qırxqız dağının cənub yamacında qərarlaşır. Kənd daxilindən keçən şose yolun kənarında Qarasaqqal sovməəsi və sovməəyə yaxın ərazidə olan qədim qəbristanlığın qalıqları mövcud idi. Sovet dönəmində sovməədən kolxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi abidə heç vaxt dövlət tərəfindən qeydiyyata alınaraq abidə kimi qorunmamış və sovməənin ərazisində ən xırda arxeoloji qazıntı işləri belə aparılmamışdır.
Qarasaqqal sovməəsinin tavanı çatma tağlarla tamamlanan günbəzli, bir nefli, mərkəz tipli bazilikası olan və olduqca diqqətəlayiq, eləcə də dövrünün tələblərinə uyğun şəkildə inşa olunmuşdur.
Özünəməxsus kompozisiyası olan Alban məbədi hər iki tərəfdən mehrablı apsidası olan düzbucaqlı formada balzika ilə tamamlanmışdır. Giriş qapısı mehrablı apsidası olan cübbə və sovməə avadanlıqlarını saxlandığı otağa açılır.