söz sözü azərbaycan dilində

söz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • söz • 96.2792%
  • Söz • 3.5790%
  • SÖZ • 0.1342%
  • SÖz • 0.0038%
  • sÖz • 0.0038%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Söz yazarı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Söz yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Ehtiyatda saxlanmış söz
Ehtiyatda saxlanmış söz (ing. Reserved word,rus. зарезервированное слово) – proqramlaşdırma dillərinin əksəriyyərində: özəl anlamı, konkret funksiyası olan söz; açar söz (KEYWORD) də deyilir. Ehtiyatda saxlanmış sözlərdən prosedurları, funksiyaları, dəyişənləri, yaxud istifadəçinin ad verdiyi başqa obyektləri adlandırmaq üçün identifikator kimi istifadə etmək olmaz. Ancaq elə dillər var ki, (məsələn, Fortran) onlarda açar sözlər ehtiyatda saxlanmış sözlər deyil. Komanda sətri interfeysinə malik əməliyyat sistemlərində qurğuların məntiqi adları (məsələn, LPT1, COM1), eləcə də bəzi komandaların adları ehtiyatda saxlanılır. == Həmçinin bax == İdentifikator Açar söz == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Son söz (albom)
Son söz – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir. Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır.
Son söz (film, 1981)
Film alkoqolun insan psixikasına məhvedici təsirindən, çox vaxt cinayətlə qurtaran alkoqolizmin faciəli nəticələrindən danışır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Şərif Şərifov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Söz
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var. Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Söz (dəqiqləşdirmə)
Söz
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Söz azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var". 1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
Söz bağçası
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Söz birləşmələri
Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır. Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl kimi söz birləşmələri də əşyaların adlarını bildirir. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
Söz birləşməsi
Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır. Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl kimi söz birləşmələri də əşyaların adlarını bildirir. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
Söz söhbət
Xanəgah (söz)
Xanəgah və ya xanəqah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir. Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-dərviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur, şeyx türbələri olur. Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.
Ön söz
Ön söz — ədəbi və ya elmi əsərin əsas mətndən əvvəl olan hissəsi. Ön sözdə müəllifin özünün, redaktorun, naşirin və ya əsərlə bağlı başqa şəxslərin izahatları və şərhləri olur. Ön söz sadəcə ədəbi əsərin bütövündən yox, həmçinin onun ayrıca bir hissəsindən əvvəl də gələr bilər. "Yevgeni Onegin"in son fəsli buna nümunədir.
Modal söz
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Sehrli söz
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Söz filtri
Söz filtri — əsasən internet forumlarında və ya söhbət otaqlarında istifadə edilən, istifadəçilərin yazılarını və ya şərhlərini təqdim edildikcə avtomatik skan edən, xüsusi söz və ya ifadələri avtomatik dəyişdirən və ya senzura edən skript. Ən əsas söz filtrləri yalnız xüsusi hərf sətirlərini axtarır və kontekstindən asılı olmayaraq onları silir və ya üzərinə yazır. Daha təkmil söz filtrləri kontekst üçün bəzi istisnalar qoyur və ən qabaqcıl söz filtrləri requlyar ifadələrdən istifadə edə bilər. Çox vaxt söz filtrləri forumun və ya söhbət otağının operatorları tərəfindən qeyri-münasib hesab edilən dili senzura etmək üçün istifadə olunur. Nalayiq ifadələr adətən ya qismən dəyişdirilir, ya tamamilə dəyişdirilir və ya mənasız sözlərlə əvəz olunur. Söz filtrləri avtomatlaşdırılmış olduğundan və yalnız müəyyən simvol ardıcıllığını axtardığına görə filtrlərdən xəbərdar olan istifadəçilər bəzən onlardan qaçmaq üçün hərflərini kifayət qədər dəyişdirərək yan keçməyə çalışırlar. Vulqarlıq filtrindən qaçmağa çalışan istifadəçi təhqiredici sözdəki simvollardan birini ulduz, tire və ya oxşar bir şeylə əvəz edə bilər. Bəzi inzibatçılar ümumi əvəzetmələri tutmaq üçün söz filtrlərinə yenidən baxaraq cavab verirlər. İnternet filtri Internet senzurası Online Text Obfuscator – replaces characters with similar Unicode chars from different character sets (e.g. Cyrillic) Text Filter – Text Tools Online:Alphabetic sort, Remove duplicates, Delete All Non Alphanumeric Characters, Only Numbers, Letters etc.
Ara söz
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
İran (söz)
İran sözü, ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında Orta farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlmişdir. Burada Orta Farscadakı yazılarda müşahidə edilən Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān (Pahlavi: ... ʼryʼn) ifadəsi istifadə edilərkən, kralın Orta Farscadakı yazılardakı adı ardašīr šāhān šāh ērāndır.
Predikativ söz
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, vacib, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur. Bunlar mənim üçün vacib idi.
Mürəkkəb söz
Mürəkkəb sözlər və mürəkkəb iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Açıq söz (qəzet)
"Açıq söz" qəzeti (az.-əski. آچیق سوز‎) — Bakıda 1915–1918-ci illərdə nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi, demokratik beynəlxalq qəzet. "Açıq söz" qəzetinin naşirləri və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları olmuşlar. == Tarixi == Qəzetin əsası 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdur. Qəzet "İqbal" qəzetinin (1912-15) davamı olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilmişdi. "Açıq söz" qəzetinin ilk sayı 1915-ci il oktyabrın 2-də "İqdam" mətbəəsində çap edilmişdi. Qəzetin ilk sayında, sərlövhə altında "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı və "gündəlik türk qəzetidir" sözləri yazılmışdı. "Açıq söz" qəzetində ilk dəfə "müsəlman", "tatar", "tuzem" sözləri əvəzinə Azərbaycan xalqının adı ilə bağlı "türk" sözü işlədilirdi. Qəzetin məramı onun 1-ci sayında dərc edilmiş proqram səciyyəli baş məqalədə belə ifadə olunmuşdu: "Açıq söz" qəzetində Rusiyanın daxilində gedən ictimai-siaysi proseslər, Azərbaycan həyatının bütün sahələr barədə müntəzəm surətdə məlumatlar, dirçəliş, muxtariyyət məsələlərinə dair yazılar dərc olunur. Birinci Dünya müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırdı.
Söz (teleserial, 2017)
Söz — Türkiyənin Star TV kanalında yayımlanan hərbi mövzuda olan teleserial.
Ekşi Sözlük
Ekşi Sözlük — Türkiyədə qeydiyyatlı yazarların şərhləri olan bir sözlükdür. == Tarixi == 1999-cu ildə "sourtimes.org" saytının bir hissəsi olaraq Sedat Kapanoğlu tərəfindən yaradılmışdır. Şüarı "Müqəddəs məlumat mənbəyi" dir. Girilən ilk başlıq "pena" dır.[mənbə göstərin] daha sonra populyarlığının artması ilə sourtimes.org'un əsas parçasına çevrildi. Sedat Kapanoğlu bir çox çıxışında, "Otostopçu Qalaktika Bələdçisi " kitabının Ekşi Sözlükü qurmaq üçün bir ilham olduğunu bildirdi. 21 fevral 2023-cü ildə, Türkiyədə internet istifadəçilərinin sayta girişi Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən bağlanıb. == Qaydalar == Müəlliflərin yazıları sözlük qaydaları daxilində yoxlanılır və uyğunsuz olduğu məqalələr moderatorlar və gammaz adı verilən könüllü lüğət üzvləri ilə birlikdə silinir. Ancaq on birinci nəsil satınalmalardan sonra gammizm statusu yalnız müəyyən bir müəllif qrupuna deyil, hər bir müəllifə verildi". == "Çaylak" lar == Ekşi Sözlükdə qeydiyyatdan keçdikdən sonra entry yazmaq olur. Çaylak statusuna sahib şəxslər uzun bir marafon ardından - bu 10 il də olabilər 10 ay da - bu şəxs ya yazar olur ya da passiv qalaraq heçnə olmur.
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.
Etimoloji sözlük
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Hüseyn Sözlü
Hüseyn Sözlü — "Tərəqqi" medalı laueratı == Həyatı və fəaliyyəti == Hüseyn Sözlü 1965-ci ildə Ceyhan şəhərində anadan olmuşdur. 1990-cı ildə DSİACO şirkətində çalışmışdır.1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olmuşdur. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri secilmişdir. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanmışdır 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibindəAzərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul etmişdir.Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak etmişlər.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Kişi Sözü (1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kişi sözü (film, 1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi sözü (teleserial, 2016)
Kişi sözü — 2016-2017-ci illərdə Azad Azərbaycan TV-də yayımlanmış romantik komediya janrlı Azərbaycan teleserialı. 13 seriya yayımlandıqdan sonra 14 yanvar 2017 tarixində fəaliyyətini dayandırmışdır. == Məzmun == Əjdər (Əjdər Həmidov) və Elnur (Elnur Hüseynov) uzaq vaxtlardan dostdurlar, həmçinin, onlar övladları Nurlana (Nurlana Cəfərova) və Cavidi (Cavid Gül) göbəkkəsdi edirlər. Lakin Nurlana İslamla (İslam Mehrəliyev), Cavid isə Aydanla (Aydan Axundova) evlənmək istəyir. Buna baxmayaraq, sonuncu 13-cü seriyada Nurlana ilə Cavid, İslamla Aydan evlənir.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Modal sözlər
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Mücərrəd mənalı sözlər
Mücərrəd mənalı sözlər — varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər.Yəni gözlə görə bilmədiyimiz şəklini çəkə bilmədiyimiz sözlər. Məsələn, ruh, ağıl, vicdan, ədalət, ağrı, kədər, eşq, inanc,sevgi, müəllimlik, yaxşılıq, arzu və s.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Məhəbbət haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Niderland atalar sözləri (tablo)
Niderland atalar sözləri (nid. Nederlandse Spreekwoorden) — Niderland rəssamı Böyük Piter Breygel tərəfindən 1559-cu ildə çəkilmiş rəsm əsəri.
Predikativ sözlər
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Sevgi haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Sözcü TV
Sözcü TV yaxud SZC TV — Sözcü qəzetinə də sahib olan Estetik Yayın AŞ-nin 2019-cu ildə veb vasitəsilə, 30 aprel 2021-də isə YouTube platformasında yayıma başlayan türk televiziya kanalı. 14 iyul 2021-də test yayımlarına, 1 mart 2023-də isə əsas yayımlara başlanılmışdır.

söz sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə. Sözün mənası. – Hamıya bir vahimə düşdü, söz demək istəyənlərin sözləri boğazlarında qurudu. B.Talıblı. Əşrəfin danışdığı gözəl sözlərə qulaq asanlar heyran qalırlar. S.Rəhman. 2. Dil, nitq. Doğma sözlərimizdən geniş istifadə etmək. Söz mədəniyyəti. Şairin silahı sözdür. – …Hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hürufat ilə yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. C.Məmmədquluzadə. 3. Danışıq, söylənilən şey, nitq. Sözünü qiymətdən salmaq. Sözünü bilməyən adam. – İmran kişi necə qəzəblənmişdisə söz deməyə dili də gəlmirdi. M.Hüseyn. Telli sözlərini bu cümlələrlə bildirdi. – Bu bizim ölkəmizin dəbidir. Bizdə bir arvadlı ev çox azdır. S.Hüseyn. 4. Əmr, göstəriş. Sözündən çıxmamaq. Böyüyün sözün eşitmək. Onun sözü mənim üçün qanundur. 5. Vəd. Sözünü yerinə yetirmək. O, sözündə duran adam deyil. – [Əsgər:] [Gülçöhrə] amma əcəb sözü üstə dayanan qızdır. Ü.Hacıbəyov. [Sona xala:] …Qorxuram Bəşir sözündən qaça. S.S.Axundov. [Aslan Anitaya:] Komendant iki gün bizi tamam ac qoydu, ancaq heç birimiz sözümüzdən dönmədik. S.Vəliyev. 6. Çıxıb danışmaq ixtiyarı, çıxış üçün icazə. Söz istəmək. Son söz demək. Söz verməmək. – [Kərbəlayı:] Yol verin, ay qardaşlar, Mirzə söz danışmaq istəyir. H.Nəzərli. Züleyxa iclasın lap axırında söz aldı. H.Seyidbəyli. 7. Ancaq cəm şəklində – sözləri, sözlərinə – musiqi yazılan ədəbi mətn. “Sənsiz” romansının sözləri Nizaminindir. S.Vurğunun sözlərinə yazılmış romans. 8. Fikir, mülahizə, rəy. …Kişi sözünü deyib, dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. C.Məmmədquluzadə. 9. İş, hadisə mənasında. Bu əhvalat ki indi istəyirəm nəql eləyim, çoxdanın sözüdür. C.Məmmədquluzadə. 10. Şayiə, xəbər. Ortalıqda söz dolaşır. ◊ Söz açılmaq – bir şey haqqında danışılmağa başlanmaq, danışmaq üçün fürsət düşmək, yeri gəlmək. [Gültəkin Aydına:] İndi söz açılmış, mən nə deyirəm: hamı mənə deyir ki, Aydın oynaq fikirli bir adamdır. C.Cabbarlı. [Avqust:] Yoldaşlar, söz açıldı, mən bu məsələni sizə xatırlatmaq istəyirəm. S.Vəliyev. Söz açmaq – danışmaq, söhbət açmaq, haqqında danışmağa başlamaq. İgid neftçi o günlərdən; Dönə-dönə söz açardı. N.Rəfibəyli. Deyin necə söz açmasın; Xudafərin körpüsündən. H.Hüseynzadə. Söz altında qalmamaq – özünə toxunan sözün qarşılığını, lazımi cavabını dərhal verə bilmək. Həkim çox görüb-götürmüş adam olduğundan, söz altında qalmadı. Ə.Vəliyev. Büləndin eşitdiyi sözə dodağı qaçır, gözündə şirin bir təbəssüm oynayırdısa, deməli, o, söz altında qalmayacaqdı. Ə.Əbülhəsən. Söz aramızda – danışılan sözün gizli qalmalı olduğunu bildirir. Söz aramızda, heç qızdan xoşum gəlmir. Söz atmaq – 1) birinin fikrini bilmək üçün bir söz demək, işarə vurmaq, eşitdirmək. Söz atdım, cavab gəlmədi; 2) üstüörtülü şəkildə söz demək, sataşmaq. Xanım yola düşdükdə bu da ardınca gedib söz atırdı. Çəmənzəminli. Ruxsara çamadanı götürüb qapıdan çıxarkən Gülöyşə arxadan: – Sağ gedib, salamat gələsən, ay qız! – deyərək söz atmışdı. S.Rəhimov. Söz çıxartmaq – şayiə yaymaq. Ay uzanauzana; Sözüm düşdü yazana; Hər adam sözü bilməz; Söz çıxardar yazana. Ə.Cavad. Söz (sözü, sözləri) dəymək – sözdən incimək, sözü toxunmaq. Pasının iyrəndirici sözləri Həsiyə güllə kimi dəydi. S.Rəhimov. Söz döyüşdürmək – bax söz güləşdirmək. Söz düşmək – bax söz açılmaq. Nağıl qurtaranda uşaqlar arasında kimin qorxaq olmağından söz düşdü. M.Hüseyn. Söz eləmək – dedi-qodu, söz-söhbət üçün hədəf olmaq, dedi-qodu salmaq. [Rübabə] bilirdi ki, qızın oğlana qoşulub getməsini söz eyləyərlər. Mir Cəlal. [Səriyyə:] Burada qız xeylağının oxumağını söz elərlər. İ.Əfəndiyev. Söz gəlmək – töhmət olunmaq, töhmət gəlmək. Sənin üstündə mənə söz gəldi. Söz gəzdirmək – xəbərçilik eləmək. Nə gülündən bülbül ayrılmaz, nə aşiq yardən; Ortada söz gəzdirən naəhl əğyar olmasa! Ə.Vahid. Söz güləşdirmək – boş-boşuna, yersiz mübahisə etmək, mübahisəyə girişmək. [Maya:] Onda da [Rüstəm] deyəcək ki, arvadsan, get işinə, kişi ilə söz güləşdirmə. M.İbrahimov. [Dilşad Lətafətə:] Mənimlə söz güləşdirirsən? İ.Əfəndiyev. Söz qoşmaq – 1) şeir demək. [C.Cabbarlı] bəzən xoşuna gələn adamlar barədə gülməli sözlər qoşardı. M.Arif. Aşıqlar [Yaquta] söz qoşaraq, saz çalıb mahnı oxuyurdular. Ə.Məmmədxanlı; 2) araya qoymaq, lağa qoymaq, məsxərə etmək, dolamaq. Söz qoymaq – bax sözü bir yerə qoymaq. Bir gün xanlar xanı Bayandır xanın qonaqlığında Baybura bəy ilə Baybecan bəy söz qoymuşdular. M.Rzaquluzadə. Söz qoyurlar görüşüb; Sevda, Adilə, Zivər. M.Seyidzadə. Söz olmaq – dedi-qoduya mövzu olmaq. Bulaq başı toz olar; Üstü dolu qız olar; Əyil dəsmalın götür; Mən götürsəm söz olar. (Bayatı). Söz salmaq – bir şəxs və ya şey haqqında danışmaq, söhbət eləmək. Məryəm Səlimdən nigaran idi. Qulağı həmişə səsdə idi: bəlkə mədəndən qayıdan atası Səlimin adını çəkə, ondan söz sala. İ.Qasımov. Söz tutmaq – söz təsir etmək, bərk toxunmaq, sözdən pərt olmaq, tutulmaq. Onun söz tutmayan dodaqlarından; Bir sərxoş qəhqəhə qopdu, yayıldı; Yuxudaymış kimi, birdən ayıldı. B.Vahabzadə. Söz vermək – vədə vermək, öhdəsinə götürmək. [Gülsabah:] Sizə söz verirəm ki, [Qüdrət Arslan] yazar. C.Cabbarlı. [Ana:] Söz verirsən? [Nərgiz:] Anamın canı üçün. Ə.Məmmədxanlı. Söz yox – əlbəttə, şübhəsiz. Söz yoxdur – şübhə yoxdur, əladır. Sözə baxmaq – deyilən sözə əməl etmək, deyiləni qəbul etmək, qulaq asmaq. [Ana Nərgizə:] Sən mənim sözümə baxsan, mən heç vaxt ağlamaram. Ə.Məmmədxanlı. Sözə gəlmək – mübahisəsi çıxmaq, sözləşmək, mübahisə eləmək, toqquşmaq. Zeynəb də … ağlayırdı, nəinki məhz oğluynan sözə gəlmək üstə, xeyr, ancaq keçən günləri yadına düşmüşdü. C.Məmmədquluzadə. Çimnaz arvad çarşab almaq barədə Veyslə əməlli sözə gəlmişdi. Ə.Əbülhəsən. Sözü azdırmaq – əsas mətləbdən uzaqlaşdırmaq, yayındırmaq. [Murtuz:] Yaxşı, Göyüş, bunlarda işimiz yox. Gəl, sözü azdırma. Ə.Abbasquliyev. Sözü bir yerə qoymaq – hamı bir qərara gəlmək, sözü bir eləmək, dilləşmək. Sözü keçmək – hörməti, nüfuzu olmaq, sayılmaq. [Gülgəz Hacıya:] …Özün deyirsən ki, [Aslanın] divan-dərədə hörməti var, sözü keçir. C.Cabbarlı. Sözü uzatmaq – mətləbdən kənar danışmaq, mətləbi uzatmaq, uzunçuluq eləmək. Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməmməd sözü uzatsın. C.Məmmədquluzadə. Sözü yerə düşmək – xahişi, istəyi, arzusu, tələbi nəticəsiz qalmaq, qəbul olunmamaq, rədd edilmək. Sözü yerə düşməmək – xahişi, tələbi yerinə yetmək, nəticəsiz qalmamaq, qəbul olunmaq. [Hacı Qurban:] …Sənin heç yerdə sözün yerə düşməyibdir. N.Vəzirov. Söz (sözünü) qaytarmaq – qabacasına cavab vermək, etiraz etmək. [Veys] ömründə sözünü qaytarmadığı, həmişə hörmət etdiyi müəllimin pencəyinin ətəyindən tutdu, ağlamsıl, bir az da yalvarıcı səslə dedi. Ə.Əbülhəsən. Sözündən çıxmaq – deyilənə qulaq asmamaq, əməl etməmək, yerinə yetirməmək. [Zibeydə Səkinə xanıma:] Sən nəkarəsən ki, mənim sözümdən çıxasan. M.F.Axundzadə. [Səməd:] Ağam nə desə olur. Heç birisi onun sözündən çıxmaz. B.Talıblı. Sözünə baxmaq (qulaq asmaq) – deyilən sözə əməl etmək, deyiləni qəbul etmək. [Sərvər Gülnaza:] Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir. Sənin borcun onun sözünə qulaq asmaqdır. Ü.Hacıbəyov. Uşaq böyüyün sözünə baxar. S.Rəhimov. Sözünü kəsmək, sözünü ağzında qoymaq – danışmağa imkan verməmək, sözünü yarımçıq qoymaq. Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Vəliyev. Oğlan onun sözünü ağzında qoydu: – Əvvəla onu deyim ki, burada milislik heç bir şey yoxdur. Q.İlkin. Atalar sözü – bax ata. Mənə də müəllimimiz atalar sözündən bir hekayə düzəldib yazmağı əmr etmişdir. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / söz
  • 2 1.Dilin öz səs tərkibi ilə predmet (əşya), proses, gerçəklik hadisələri, onların xassələri, yaxud aralarındakı münasibəti ifadə edən ən müxtəsər əsası. 2. Kontekstdən kənarda ayrı-ayrı sözlər müəyyən məna kəsb etmədiyindən tərcümə də oluna bilməz.

    İzahlı tərcüməşunaslıq terminləri lügəti / söz

söz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 SÖZ Məhəmmədhəsən əmi bir söz demədi (C.Məmmədquluzadə); GÖFTAR (kl.əd.) Eşqin elə bil könlümə fond elər; Danışdıqca göftarmı qənd edər (M.P.Vaqif); İBARƏ (boş söz) İbarələr dolu kimi yağar onun ağzından (S.Vurğun); KƏLMƏ [Ana:] Ömrün boyu əlin yazıda olsun, amma özüyün bircə kəlmən də bu dünyada qalmasın... (B.Bayramov); QÖVL (kl.əd.) Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə (M.Ə.Sabir); LƏFZ (köhn.) Arvad sözünü ifadə edən ləfzlər farsca və türkcə qadındır (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / söz

söz sözünün rus dilinə tərcüməsi

  • 1 1. слово; 2. обещание; 3. слух, молва; 4. сплетня;

    Azərbaycanca-rusca lüğət / söz
  • 2 I сущ. слово: 1. единица языка, представляющая собой звуковое выражение понятия о предмете или явлении объективного мира. Sözün mənası значение слова, çətin söz трудное слово, yeni söz новое слово, göhnəlmiş söz устарелое слово, dialekt sözü диалектное слово, alınma söz заимствованное слово, əcnəbi söz иноязычнное слово, loru söz просторечное слово, çoxmənalı söz многозначное слово, sözün işlənməsi употребление слова, sözün kökü корень слова, sözün əsası основа слова, sözü yazmaq записать (написать) слово, sözü yadında saxlamaq запомнить слово, söz düzəltmək образовать слово, sözü izah etmək объяснять слово; söz birləşməsi словосочетание 2. обязательство сделать, выполнить что-л., обещание. Söz vermək дать слово, sözündən qaçmaq отказаться от своего слова, sözünün üstündə durmaq сдержать свое слово 3. публичное выступление, речь, устное официальное заявление. Giriş sözü вступительное слово, son söz заключительное слово, cavab sözü ответное слово, söz istəmək просить слова, sözdən məhrum etmək kimi лишить слова кого, söz vermək kimə предоставить слово кому, çıxış üçün söz verilir kimə слово для выступления предоставляется кому, qısa sözlə müraciət etmək kimə с кратким словом обратиться к кому, söz azadlığı свобода слова 4. высказывание, выражение, фраза. Ağıllı sözlər умные слова, ürəyə yatan sözlər приятные слова, öldürücü sözlər убийственные слова, axmaq söz глупое слово, artıq söz лишнее слово, lüzumsuz sözlər ненужные слова, şair sözü слово поэта, ana sözü слово матери, alim sözü слово учёного, onun sözlərində hədə-qorxu səsləndi в его словах прозвучала угроза, sizin sözünüzdən belə başa düşmək olar ki … из ваших слов можно понять, что …, onun sözündən belə çıxır ki … из его слов вытекает, что …, sizin sözünüzdən görünür ki … из ваших слов видно, что … 5. в форме: sözləri слова (литературный текст, на который написана музыка). “Sənsiz” romansının sözləri Nizaminindir слова романса “Сэнсиз” (“Без тебя”) принадлежат Низами, mahnının sözləri S. Vurğunundur слова песни С. Вургуна, Füzulinin sözlərinə yazılmış mahnılar песни, написанные на слова Физули II прил. словесный: 1. относящийся к слову, состоящий из слов. Söz materialı словесный материал 2. выражаемый словами. Söz müharibəsi (savaşı) словесная война ◊ söz azdırmaq: 1. сбивать, сбить с темы разговора; 2. переменять, переменить тему разговора; söz almaq: 1. kimdən брать, взять слово с кого; 2. kimdən выпытывать, выпытать что-л. о ком-, о чем-л.; 3. брать, взять слово (для выступления и т.д.); söz altında qalmamaq не лезть за словом в карман; söz aparmaq доносить, передавать услышанное от кого-л. кому-л.; söz aparıb gətirmək сплетничать, заниматься сплетнями; söz aramızda qalsın между нами говоря; söz arasına söz salmaq заговаривать, заговорить зубы; söz atmaq: 1. kimə задевать, задеть кого; 2. закидывать, закинуть слово; закидывать, закинуть удочку (намекать, намекнуть на что-л.); söz açıldı зашёл разговор, зашла речь о ком-, о чем-л.; söz açmaq kim, nə haqqında заводить, завести разговор о ком, о чем; söz axtarmaq искать повод для разговора; söz axtarır ищет повод (для ссоры, драки и т.д.); sözü bir eləmək сговориться, договориться; söz burada qalsın по секрету говоря; söz vaxtına çəkər выражение, указывающее на то, что событие, о котором идет речь, произошло как раз в это время; söz verib dalından qaçmaq не сдержать своего слова; söz verib söz almaq договориться; söz qaytarmaq вступать, вступить в пререкание, перечить, дерзить; ağzından söz qaçırtmaq проговориться; söz qoşmaq: 1. сочинять (стихи); 2. kimə сочинять небылицу о к ом, о чём; söz dağarcığı о том, кто не лезет за словом в карман; söz döyüşdürmək kimlə пререкаться, вступать, вступить в пререкание с кем; перечить к ому, söz dəyir kimə быстро обижается; söz demək kimə делать, сделать замечание кому; söz düşdü kimdən, nədən зашла речь о к ом, о чём; söz düşdü-düşmədi к месту не к месту; söz eləmək nəyi придавать, придать чему-л. незначительному большое значение; söz yığmaq собирать сплетни; söz yox слов нет, ничего не скажешь; söz yoxdur nəyə, kimə ничего не скажешь (выражение одобрения, похвалы); söz kəsmək приходить, прийти к соглашению; söz gəzdirmək распространять сплетни; söz yemək kimdən заслуживать, заслужить чьё-л. замечание, нарекание; söz götürmək переносить, терпеть обиду (оскорбление, замечание); söz götürməmək не выносить обиды (замечаний); söz güləşdirmək kimlə пререкаться с кем; söz oynatmaq играть словами; kimə, nəyə söz ola bilməz ничего не скажешь, не придерёшься к кому, к чему; söz olar (ola bilər) может вызвать толки, сплетни; söz pəhləvanı болтун, мастер говорить; söz salmaq kimdən, nədən заводить, завести речь (разговор) о к ом, о чём; sözdə tutmaq kimi ловить, поймать на слове кого; sözdən söz çıxartmaq придираться, придраться к словам; sözə basmaq заговаривать, заговорить зубы; sözə qoymaq kimi, nəyi поднимать, поднять на смех кого, что; sözə quyruq qoymaq (bağlamaq) придираться, придраться к каждому слову; sözə gəlmək kimlə спорить, поспорить с кем; sözləri düz gəlməmək не понимать друг друга; расходиться, разойтись во мнениях; sözləri çəp (tərs) gəlmək см. sözləri düz gəlməmək; söz sözə gələndə когда речь идет о ком-, о чем-л., когда дело касается кого-л., чего-л.; söz üstünə gətirmək kimi направлять, направить разговор в какое-л. русло; söz üçün cibə girməmək за словом в карман не лезть (не ходить); söz çəkmək kimdən выпытывать, выпытать, выведывать, выведать что у кого; söz çıxarmaq kim, nə haqqında пускать, пустить слух о к ом, о чем; sözü ağartmaq заострять, заострить внимание на чьём-л. слове; sözü ağzında qalmaq остановиться на полуслове; sözü ağzından tökülür kimin каша во рту у кого; sözü boğazında qurudu (qaldı) слово застряло в горле; sözü daşdan keçmək пользоваться непререкаемым авторитетом; sözü yerə düşmək получить отказ (своей просьбе); sözü dəymək kimə обидеться на чьи слова; sözü keçmək иметь вес, пользоваться авторитетом; sözü kəlbətinlə dartıb çəkmək вытягивать слово клещами из кого-л.; sözü sınmaq см. sözü yerə düşmək; sözü söz olmaq быть верным своему слову; sözü ürəyində qalmaq не высказаться до конца; sözü havaya buraxmaq бросать слова на ветер, говорить попусту; sözü çürütmək жевать (пережёвывать) жвачку (надоедливо повторять одно и то же); sözümüz sözdür договорились; решили, всё останется в силе; sözümün canı var суть моих слов в том …; sözün başını açmaq начинать, начать разговор о чём-л.; sözün var söz danış не говори глупостей, не городи чушь; sözün açığı откровенно говоря; sözün qısası (müxtəsəri) короче говоря; sözün düzü говоря правду, честно говоря; sözündən qaçmaq отказаться от своего слова; sözündən keçməmək уважить (приняв во внимание, исполнить чьё-л. желание); sözündən çıxmaq kimin ослушаться (не подчиниться чьему-л. приказу, требованию, распоряжению) кого; sözündən çıxmamaq kimin слушаться кого; sözünə qüvvət vermək kimin поддакивать, одобрять, поддерживать чьи слова; sözünü ağzına təpmək затыкать рот к ому; sözünü ağzında qoymaq kimin оборвать на полуслове кого; sözünü balla kəsim разрешите вмешаться в разговор; sözünü bilməmək не давать отчета своим словам; sözünü qəribliyə salmaq не придавать значения чьим-л. словам, игнорировать чьи-л. слова; sözünü dəbbələmək отказываться, отказаться от своих слов; sözünü yarımçıq kəsmək kimin прервать кого на полуслове; sözünü yelə vermək kimin пропускать, пропустить чьи слова мимо ушей; sözünü yerə salmaq kimin не исполнить чью просьбу; sözünü yeritmək, sözünü keçirmək добиваться, добиться своего, настоять на своем; sözünü sındırmaq не уважить (не выполнить чью-л. просьбу); sözünü söz eləmək kimin придираться, придраться к словам чьим; sözünü iki eləməmək kimin беспрекословно выполнять, выполнить желание (просьбу, приказ) кого, чьё; sözünün (sözünüzün) qüvvəti в подтверждение твоих (ваших) слов; sözünün üstünə söz olmamaq не перечить к ому-л.; sözünün üstə söz qoymamaq см. sözünün üstə söz olmamaq; sözünün üstündə durmaq настаивать, настоять на своём; sözünün üstündə durmamaq не сдержать своего слова; sözü uzatmaq (затягивать, затянуть разговор); acı söz неприятное, обидное слово, колкости; ağır söz оскорбительное слово; ağzı sözə qızışmaq заговариваться, заговориться (увлечься разговором); ağzını sözə tutmaq kimin заговаривать, заговорить кого (утомлять, утомить разговором кого-л.); ara sözü (aralıq sözü) сплетни, слухи; ara söz лингв. вводное слово; ara cümlə вводное предложение, ön söz предисловие; atalar sözü пословица; boş söz пустые разговоры; əbəs söz напраслина

    Azərbaycanca-rusca lüğət / söz

söz sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. word; 2. promise; 3. rumour, hearsay; ~ açmaq to start a conversation (about); ~-~ü gətirər one topic leads to another; ~ anlamaq to be* quick; ~ anlatmaq to persuade; Söz aramızda qalsın: Between ourselves...; ~ arasında in the course of conversation; by the way; ~ünü bilmək to be* tactful and considerate in one’s talk; ~ü bütöv olmaq to be* a man* of one’s word; ~ündən dönmək / qaçmaq to go* back on one’s word; ~ündə durmaq to keep* one’s word; ~ünün sahibi a man of his word; ~ etmək to talk, to gossip unfavourably about someone; ~ gəlişi for example, by the way; ~kəsmək (razılaşdırmaq) to decide, to agree; ~ünü kəsmək to cut* someone short, to interrupt someone; ~ünü tutmaq to take* the advice of, to obey; ~ vermək to give* one’s word, to promise; Söz yoxdur There is nothing to say; ~ azdırmaq to evade; ~ almaq 1) to make* smb. promise; 2) to force smb. to tell smth., to try to make smb. tell smth.; 3) (danışmaq üçün) to take* the floor; ~ü çəp gəlmək d.d. to squabble; to have* a quarrel (with smb. over); ~ün açığı openly / frankly speaking; ~ün qısası in short; ~ün doğrusu to tell the truth, truth to tell; ~ünü ağzında qoymaq to interrupt / to cut* smb. short; to break* off smb.’s talk suddenly / all of a sudden; ~ünü yeritmək to insist on one’s suggestion / opinion; ~ buraxmaq to set* a rumour; ~ atmaq to hint at; to hurt* smb. by saying smth. unpleasant; ~ axtarmaq 1) to seek* for a word; 2) to seek* an excuse; 3) məc. to seek* for a cause; Söz burada qalsın Between ourselves, Between you and me; ~ qaytarmaq 1) to object (to), to raise an objection (to, against); 2) to be* impudent / insolent (to); d.d. to sauce (d.); Yaxşı uşaq anasına söz qaytarmazA good child won’t sauce his mother; ~ qaçırmaq to let* out a secret; to tell* a secret; d.d. to blab (out); to let* the cat out of the bag idiom.; ~ qoymaq bax şərtləşmək; ~ qoşmaq 1) (şer yazmaq) to write* verses; 2) (uydurmaq) to tell* stories; to gossip; ~ düzəltmək 1) to build* a word; 2) məc. to tell* tales / stories, to gossip; ~ gəzdirmək to tell* tales; to gossip; to tittle-tattle; (qəsdən) to talk scandal; ~ götürmək to take* / to bear* joke / insult / humiliation; ~ güləşdirmək to argue (about) / to dispute (about) in vain / to no purpose; ~ə baxmaq to obey, to listen (to), to follow / to take* smb.’s advice; Uşaq heç kimin sözünə baxmır The child heeds nobody; ~ə gəlmək to have* a quarrel with; to quarrel with; to fall* out with (over); ~ü bir yerə qoymaq bax sözləşmək; ~ü keçmək to have* authority (over), to be* influential

    Azərbaycanca-ingiliscə lüğət / söz

söz sözünün fransız dilinə tərcüməsi

  • 1 is. mot m, parole f ; ~ azadlığı liberté f de parole ; ~ azdırmaq amuser qn de belles paroles, noyer le poisson ; ~ almaq prendre la parole ; ~ vermək promettre, donner la parole à qn ; ~ vermək (iclasda) retirer la parole ; ~ düzəltmək dériver vt ; ~ istəmək (iclasda) demander vt la parole ; ~ çıxarmaq (şayə yaymaq) faire courir un bruit ; ~ə baxmayan désobéissant, -e ; ~ə baxmama désobéissance f ; ~ə baxmamaq désobéir à qn, à qch ; ~ə qulaq asmayan désobéissant, -e ; ~ sözsüz cela va sans dire, certes, certainement, absoulement, évidemment, sans réserve(s), sans condition ; ~süz əməl etmək accomplir vt (inconditionellement) sans objection ; ~ üstündə durmayan un homme peu sûr, un homme sur qui on ne peut pas compter ; ~ü bir yerə qoymaq convenir, d’agir ensemble, agir d’un commun accord ; ~ü keçmək avoir du poids (de l’autorité, de l’influence), faire poids (autorité) ; ~ün açığı pour le dire franchement ; ~ün qısası en un mot comme en cent, en un mot, bref ; ~ün düzü décidément, à vrai dire, ma foi ; par (sur) ma foi ; ~ün sonluğu désinence f ; ~ündən qaçmaq dédire (se), rétracler (se), désavouer (se), retirer un mot ; ~ündən dönmə dédit m ; ~ünə qulaq asmaq obéir à qn ; ~ünə inanmaq croire sur parole ; ~ünü ağzında qoymaq couper la parole à qn, couper court à qch, rompre les chiens, river son clou à qn (fam.) ; ~ünü yeritmək persister dans son opinion

    Azərbaycanca-fransızca lüğət / söz

söz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гаф; sözün mənası гафунин мана; söz sözü gətirər. Ata. sözü гаф гафуни гъида; 2. чӀал; гафар; рахун; речь; // чӀалан, гафарин, рахунрин (мес. меденият); 3. буйругъ, эмир; böyük sözünə baxmayan, böyürə-böyürə qalar. Ata. sözü чӀехидан гафуниз килиг тавурди чӀехи баладик акатда; 4. кьин; söz vermə, verdin – yerinə yetir. Ata. sözü гаф гана – кар ая; 5. экъечӀна рахадай ихтияр, рахун патал ижаза; söz istəmək гаф кӀан хьун; söz verməmək гаф тагун; 6. фикир; söz gəldi, məqamında de gəlsin. Ata. sözü гаф атай чкадал лагь; 7. кар, вакъиа; 8. хабар, чав; гьакӀан гафар-чӀалар; ** söz açılmaq гаф кватун, са затӀунин гьакъинда рахаз авалун, рахун патал фирсет гьатун, чка атун; söz açmaq гаф кудун, ихтилат кудун, рахаз авалун, рахун; söz altında qalmamaq гафун кӀаник кумукь тавун, виче акьадай гафунин жаваб гьасятда хугун, гафунивай (гафаралди) тухуз тахьун; söz aramızda гаф чи арада амукьуй (лугьузвай гафар чинеба амукьун лазим тирди къалурдай ибара); söz atmaq а) гаф вегьин, садан фикир ччирун патал са гаф лугьун, ишара авун, гьадаз ванарун; б) гаф гьалчун, къаб алай гаф лугьун, ктадун; söz çıxartmaq авачир гафар акъудун, чав акъудун; söz (sözü, sözləri) dəymək гаф(ар) акьун, гафуникай хкӀун, инжиклу хьун, бейкеф хьун; söz döyüşdürmək кил. söz güləşdirmək; söz düşmək кил. söz açılmaq; söz eləmək гаф авун, авачир гафар-чӀалар акъудун; söz gəlmək гаф атун, туьгьмет атун, туьнбуьгь атун; söz gəzdirmək гаф экъуьрун, хабарчивал авун; söz güləşdirmək гафар элуькьарун, алаз-алачиз гьуьжетун; söz qoşmaq а) гафар туькӀуьрун, шиир лугьун; б) ттумар гилигун, юкьвал вегьин, арадал вегьин, айгьанатун; söz qoymaq кил. sözü bir yerə qoymaq; söz olmaq гаф хьун, авачир гафар акъудун патал са багьна (тема) хьун; söz salmaq гаф кудун, са касдин (ва я затӀанин) гьакъинда рахун, ихтилат авун; söz tutmaq а) гафуни кьун, гафуни эсер авун, гафуникай хкӀун, перт хьун; б) гаф кьун; söz vermək гаф гун, хиве кьун; söz yox гаф авач, гьелбетда, шаксуз; söz yoxdur гаф авач, са гафни (шакни) авач, гьакӀ я; sözə baxmaq гафуниз килигун, лагьай гафуниз амал авун, яб гун; sözə gəlmək гафарал фин, гьуьжетун, акьун; sözü azdırmaq гаф квадарун, асул метлебдивай яргъазун; sözü bir yerə qoymaq гаф (гаф-чӀал, гафар) сад авун, вири са къарардал атун, сад хьун; sözü keçmək гаф ише фин, кваз кьун, гьуьрмет (нуфуз) хьун; sözü uzatmaq гаф (метлеб) яргъи авун, метлебдивай яргъияр авун; sözü yerə düşmək гаф чилел аватун, хагьиш (тӀалаб) кьабул тахьун, нетижасуз хьун; sözü yerə düşməmək гаф чилел ават тавун, хагьиш (тӀалаб) кьилиз акъатун, нетижасуз амукь тавун, кьабул хьун; söz (sözünü) qaytarmaq гаф элкъуьрун, векъидаказ жаваб гун, ччина акъвазун; sözündən çıxmaq гафуниз (лагьайдаз) яб тагун (килиг тавун), амал тавун, кьилиз акъуд тавун; sözünə baxmaq (qulaq asmaq) гафуниз килигун (яб гун), чӀалаз килигун, лагьайдаз амал авун, лагьайди кьабул авун; sözünü kəsmək, sözünü ağzında qoymaq гаф атӀун (гаф сиве тун), рахадай имкан тагун, гаф зуракӀ тун; atalar sözü кил. ata.

    Azərbaycanca-ləzgicə lüğəti / söz

söz sözünün türk dilinə tərcüməsi

"söz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#söz nədir? #söz sözünün mənası #söz nə deməkdir? #söz sözünün izahı #söz sözünün yazılışı #söz necə yazılır? #söz sözünün düzgün yazılışı #söz leksik mənası #söz sözünün sinonimi #söz sözünün yaxın mənalı sözlər #söz sözünün əks mənası #söz sözünün etimologiyası #söz sözünün orfoqrafiyası #söz rusca #söz inglisça #söz fransızca #söz sözünün istifadəsi #sözlük