* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Hələ yetişməmiş, tamam dəyməmiş. Sütül qarğıdalı. – Arpanı sütül, buğdanı ötür. (Ata. sözü). Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyir. Mir Cəlal. // İs. mənasında. [Gülməli:] Gördüm ki, Toppuzlular məhəlləsindən bir tüstü, bir alov qalxır ki, gəl tamaşasına. Dedim, bəlkə bu tezdən sütül ütürlər. Ə.Abasov. 2. Az bişmiş, alabişmiş. [Satıcı:] Qovurma. Ay sütül ciyər kababı; Hər kimin pulu var, yeyər kababı. M.Rahim. [Hatəmov Ümidə:] …Sütül kababdan danışıb ağzımızı sulandırmaq istəyirsiniz? B.Bayramov. 3. məc. Yeniyetmə, tər. 15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar. Qantəmir. Bu otaqların binasını qoyanda, yaxşı yadıma gəlir, mən lap sütül cavandım. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / sütül1 Qədim mənbələrdə sül (сочность), süllük (сырой) sözləri var. Sütül isə “hələ tam yetişməmiş, sülü olan” anlamını əks etdirir. Ehtimal ki, həm sütül, həm də onun ən qədim variantı olan sül sözləri məhz su anlayışı ilə bağlıdır: “canı sulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sütül1 1. недозрелый (о зерновых растениях, плодах и т.д.); 2. недожаренный, недоваренный;
Azərbaycanca-rusca lüğət / sütül2 I прил. 1. недозрелый: 1) недоспелый, недостаточно созревший. Sütül buğda недозрелая пшеница, sütül qarğıdalı недозрелая кукуруза 2) шутл. не достигший полного развития, зрелости; незрелый. Sütül gənclər недозрелые юнцы 2. недоваренный, недожаренный. Sütül kabab недожаренный шашлык II сущ. недозрелая кукурузная початка (в обвёртке или очищенная от обвертки в сыром или вареном состоянии, виде)
Azərbaycanca-rusca lüğət / sütül1 s. 1. (meyvə və s.) half ripen; 2. (xörək) half cooked; 3. (adam) green, very young
Azərbaycanca-ingiliscə lüğət / sütül1 прил. 1. суьтуьл, таза, бегьем дигмиш тахьанвай, некӀеда амай (мес. кӀанш, мух); 2. бегьем чурун тавур, гьакӀ винелай цӀай гана чурчнавай, чигит (мес. кабаб); 3. пер. суьтуьл, цӀийиз-цӀийиз авагънавай, агакьнавай (мес. жегьил, руш).
Azərbaycanca-ləzgicə lüğəti / sütül