* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••• | 1.18 |
2004 | ••••••••••••••• | 1.01 |
2009 | •••••••• | 0.48 |
2010 | ••••••••••• | 0.73 |
2011 | •••••••••••••••••• | 1.20 |
2012 | ••••••••••••• | 0.86 |
2013 | •••••••••••••••••••• | 1.31 |
2014 | •••••••••••••••••• | 1.20 |
2015 | •••••••••••••••••••• | 1.36 |
2017 | ••••• | 0.33 |
2018 | ••••••• | 0.45 |
2019 | ••••• | 0.28 |
2020 | •• | 0.13 |
1 is. [ər.] din. Məhəmməd peyğəmbər və imamların şəninə oxunan dua. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. M.S.Ordubadi. Salavat səsindən qulaq tutulurdu. E.Sultanov. □ Salavat çəkmək (çevirmək, göndərmək, çöndərmək) – dua oxunduqdan sonra sağ əli üzə çəkmə ayini. Bu hində yuxudan oyanıb öz-özümə bir neçə dəfə salavat çöndərdim. C.Məmmədquluzadə. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər. M.S.Ordubadi. Mahmud əmi duanın arasında “allahüməssəlli” deyib, salavat çevirdi. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / salavat1 сущ. салават (молитва в честь пророка Мухаммеда и имамов, сопровождаемая проведением правой рукой по лицу сверху вниз). Salavat çəkmək (çevirmək, göndərmək) проводя правой рукой по лицу сверху вниз, произносить молитву в честь пророка Мухаммеда и имамов ◊ salavat çevirməklə donuz darıdan çıxmaz аминем беса не отпугнешь; salavata işləmək работать за спасибо
Azərbaycanca-rusca lüğət / salavat1 [ər.] сущ. дин. салават (Мегьамед пайгъамбардин ва имамрин тӀварцихъ кӀелдай дуьа); salavat çəkmək (çevirmək, göndərmək, çöndərmək) салават чӀугун (дуьа кӀелайдалай кьулухъ, эрчӀи гъил ччинай чӀугвадай айин).
Azərbaycanca-ləzgicə lüğəti / salavatə. bax sələvat.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Meğri) çaylarda üzərindən keçmək üçün yarayan buz örtüsü. – Mırğıdan yenişə hər il Ərəzin üsdə salavat düşer
Azərbaycan dilinin dialektoloji lüğəti.Məhəmməd peyğəmbər və imamların şəninə oxunan dua.
Azərbaycan kişi adlarının izahlı lüğəti