* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Müasir Polşa və Belarusun ərazilərində qədim zamanlarda bir çox indiki Avropa dillərinin kökündə dayanan bir dilin xüsusi dialektində danışan xalq yaşayırdı. Bu dialektdə həmin xalqın nümayəndələri özlərini “slovo” (söz) adlandırırdılar, yəni onlar “söz ifadə edən” insanlar idi. Orta əsrlərdə mövcud olan latın dilində “slovo” “slavus”a çevrildi. Yuxarıda söz edilən xalqın və ondan sonra gələn nəvə-nəticələrinin danışdıqları dillər qrupu slavyan dilləri adlandırılmağa başlandı. Bu dillərin ən mühümü rus dilidir. Slavyanlar əsrlər boyu Avropa və Asiya tərəfdən gələn hücumlara məruz qalmışdılar. Keltlər, qotlar və hunlar növbə ilə onların torpaqlarını işğal etmişdilər. Öz növbəsində, bir sıra slavyan tayfaları döyüşkən millətə çevrilirdi. Onlardan bəziləri Balkanlara, bəziləri şərqə doğru irəlilədi. Yollarını qərbə doğru salanlar isə orada german tayfaları ilə toqquşdular. Onlar təşkilatlanma səviyyəsinə görə slavyanlardan daha yüksəkdə dayanırdılar. Bir neçə əsr ərzində onlar dayanmadan şərqə doğru irəliləyir, bu zaman slavyanları öldürür və köləyə çevirirdilər. İngilis dilindəki “slave” (qul) sözü, ola bilər, “slav”ın (slavyan) təhrif olunmuş formasıdır. Hər halda, o dövrlərdə yaşayan germanlar üçün “slavyan” və “qul” sözləri sinonim idi. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / slavyan2 I сущ. славянин, славянка; slavyanlar славяне (крупнейшая в Европе группа родственных по языку и культуре народов, составляющих три ветви: восточнославянскую, западнославянскую и южнославянскую) II прил. славянский. Slavyan dilləri славянские языки, slavyan xalqları славянские народы
Azərbaycanca-rusca lüğət / slavyan1 I. i. Slav; ~ lar the Slavs II. s. Slavic, Slavonic, Slavonian; ~ xalqları the Slavonic / Slavic peoples; ~ dilləri Slavic / Slavonic languages
Azərbaycanca-ingiliscə lüğət / slavyan