sosialist-liberal sözü azərbaycan dilində

sosialist-liberal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sosialist-liberal • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Liberal Atatürkçülük
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir. İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Liberal liderlik
Liberal liderlik - Hər hansı bir şəxsin şəxsi fəaliyyət proqramının olmaması səbəbindən tez-tez siyasi baxışlarını dəyişməsi, əlində olan təsir imkanlarından öz məqsədləri üçün istifadə etməsi, şəraitdən istifadə edərək vətəndaşların rəgbətini qazanmaq üçün populyar şüarlardan istifadə etməsi nəzərdə tutulur. Hər bir şəraitdə oldugu kimi liberal lider də öz şəxsi inkişaf səviyyəsindən, intelektual qabiliyyətindən istifadə edərək siyasi fəaliyyətini genişləndirə bilər.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
Liberal qanunilik
Liberal qanunilik — siyasətdə və hüquqda siyasətə qanuni konstitusional hüdudlar ilə məhdudlaşdırılacağına inanan ideologiya. Böyük Britaniya qanunlar üzrə alimi Adam Tomkins liberal qanuniliyi Birləşmiş Krallıqdakı siyasi konstitusionalizmdən fərqli olan liberal konstitusionalizm də adlandırılmışdır, hansı ki, nümunələrini ABŞ-də və Almaniyada görmək olar. O, "Bizim respublikaçı konstitusiyamız" kitabında irəli sürür ki, Böyük Britaniyanın idarəetmə sistemi, hansı ki, burada parlament hökumət nazirlərinə nəzarət edir, məhkəmə və hüququn icraedici qüvvəyə nəzarət etdiyi ABŞ-dən fərqli olaraq icraedici qüvvəni daha yaxşı nəzarət edir. Martin Laflin iddia edir ki, qanuni liberalizmin məqsədi "siyasəti hüququn qadağaları ilə məhdudlaşdırmaq"dır. Tomkins iddia edir ki, məhkəmə və konstitusiyalar icraedici və qanunverici qurumlara pis nəzarət edirlər, çünki onlar hərəkətə keçməzdən əvvəl məhkəmə qərarlarını gözləmək məcburiyyətində olurlar. Bu proses illərlə, hətta onilliklərlə davam edə bilər. Bu da məhkəmənin olduqca yavaş şəkildə hərəkətə keçdiyini göstərir. Tomkins Böyük Britaniyada olduğu kimi parlamentli rejimi üstün görür, çünki bu, hökumətlərə məhdudiyyətlər qoymaqda "daha əlverişli və daha effektivdir". Liberal qanunilik fikrinə qarşı çıxanlar adətən icraedici qüvvələrin siyasət qazanc əldə etmək üçün qanuni məhdudiyyətlərə məhəl qoymamaqlarını nümunə gətirirlər. Məsəlüçün, ABŞ prezidentləri Corc U. Buş və Barak Obama hərbi səlahiyyətlər qanununa qarşı saymazlıq etməsini buna nümunə kimi göstərmək olar.
Liberal institusionalizm
Liberal institusionalizm, həmçinin institusional liberalizm və ya neoliberalizm — dövlətlər arasında beynəlxalq əməkdaşlığın mümkün və davamlı olduğunu, belə əməkdaşlığın münaqişə və rəqabəti azalda biləcəyini müdafiə edən beynəlxalq münasibətlər nəzəriyyəsi. Neoliberalizm liberalizmin yenidən işlənmiş versiyasıdır. Neorealizmlə yanaşı, liberal institusionalizm beynəlxalq münasibətlərə ən təsirli iki müasir yanaşmadan biridir. Dayanıqlı əməkdaşlıq perspektivlərinə şübhə ilə yanaşan neorealist təqaüddən fərqli olaraq, liberal institusionalizm əməkdaşlığın mümkün və davamlı olduğunu müdafiə edir. Liberal institusionalistlər dövlətlər arasında əməkdaşlığın asanlaşdırılmasında beynəlxalq institutların və rejimlərin rolunu vurğulayırlar. Robert Keoheynin 1984-cü ildə yazdığı "Hegemonluqdan sonra" kitabı yeni institusional iqtisadiyyatın fikirlərindən istifadə edərək hegemonun olmadığı təqdirdə beynəlxalq sistemin sabit qala biləcəyini iddia etmiş və beləliklə, hegemon sabitlik nəzəriyyəsini təkzib etmişdir. Keoheyn göstərmiş ki, beynəlxalq əməkdaşlıq təkrarlanan qarşılıqlı fəaliyyət, şəffaflıq və monitorinq vasitəsilə davam etdirilə bilər.
Liberal kamalizm
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal mühafizəkarlıq
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Sosialist
Sosializm — bütün istehsalatın və gəlirlərin bölüşdürülməsinin dövlətin nəzarəti altında olduğu iqtisadi, ictimai-siyasi formasıdır. Müxtəlif sosialist cərayanları tərəfdarlarının ümumi məxrəci istehsal vasitələri üzərində ictimai mülkiyyətin mövcudluğu, şəxsi mülkiyyətin tam və ya əsasən sıradan çıxarılmasıdır. Sosializm iqtidar və istehsal vasitələrinin xalq tərəfindən idarə edildiyi bir cəmiyyət fikrinə söykənən düşüncə sistemidir. Siyasi termin olaraq sinifsiz bir cəmiyyətin yaradılması məqsədilə, inqilab və ya ictimai təkamül vasitəsilə təşkilatçı bir əməksevər sinif yaradılması ilə birbaşa əlaqəlidir. Sosializm, öz rüşeymini sənayeləşmə dövründə, maarifçilik hərəkatları zamanı dilə gətirilən siyasi və ictimai bərabərlik istəyindən almışdır. Zamanla modern demokratik sistemlərə sosial islahatlar formasında təsirini artırmışdır. Marksist nəzəriyyədə sosializm kapitalizmi əvəzləyəcək, sosialist quruluş öz-özünə süqut etdikdən sonra kommunizmə keçid edən cəmiyyətə işarə edir. Kommunizm sosializmin davamı hesab edilən ictimai sistemdir. Sosializm termini ilk dəfə 1827-ci ildə İngiltərədə, Robert Ouenin tərəfdarlarını adlandırmaq üçün istifadə olunmuşdur. 1832-ci ildə Fransada l’Encyclopédie nouvelle-də Saint-Simon, daha sonra Pierre Leroux ve J. Reqnaudun fikirlərinin tərəfdarları üçün istifadə edilmişdir.
Azərbaycan Liberal Partiyası
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü ildə partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Kolumbiya Liberal Partiyası
Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar. == Fəaliyyəti == Partiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Liberal müsəlman hərəkatı
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Sosialist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Sosialist dövlət
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Sosialist düşərgəsi

Sosialist iqtisadiyyat
Sosialist iqtisadiyyata iqtisadi nəzəriyyələr, təcrübələr, fərziyyə və mövcud sosialist iqtisadi sistemlər normaları daxildir. Sosialist iqtisadi sistem, istehsalın birbaşa istifadə üçün həyata keçirildiyi muxtar kooperativlər və ya birbaşa ictimai mülkiyyət şəklində ola bilən istehsal vasitələrinə ictimai mülkiyyət və istifadə ilə xarakterizə olunur, mənfəət üçün deyil. Kapital mallarını və istehsal amillərini iqtisadi vahidlər arasında bölüşdürmək üçün bazarlardan istifadə edən sosialist sistemlərə bazar sosializmi deyilir. Planlaşdırma istifadə edildikdə, iqtisadi sistemə sosialist planlı iqtisadiyyat deyilir. Sosializmin bazar olmayan formaları ümumiyyətlə resurslara və mallara dəyər vermək üçün fiziki uçot sistemini əhatə edir. Sosialist iqtisadiyyatı müxtəlif iqtisadi düşüncə məktəbləri ilə əlaqələndirilirdi. Marksist iqtisadiyyat kapitalizmin analizinə əsaslanaraq sosializmin əsasını qoymuşdur, neoklasik iqtisadiyyat və təkamül iqtisadiyyatı isə sosializmin geniş modellərini təmin etmişdir. XX əsrdə həm sosialist planlı həm də bazar iqtisadiyyatları üçün təkliflər və modellər böyük ölçüdə neoklasik iqtisadiyyata və ya neoklassik iqtisadiyyatın marksist və ya institusional iqtisadiyyata sintezinə əsaslanırdı. Sosialist iqtisadiyyatı termin olaraq sosialist dövlətlərdə tətbiq olunan keçmiş və mövcud iqtisadi sistemlərin analizinə də tətbiq edilə bilər, məsələn, Macarıstan iqtisadçısı Yanoş Kornainin əsərlərində Adam Smit və rikardiyalı sosialistlərin klassik iqtisadiyyatını, həm də Pyer-Jozef Prudon, Karl Marks və Cozai Uorren iqtisadiyyatlarını sosializmlə əlaqələndirən XIX əsrdə amerikalı anarxist Benjamin Tucker, iki sosialist düşüncə məktəbinin, yəni anarxist sosializm və dövlətin olduğuna , sosial əmək dəyər dəyərinin nəzəriyyəsi ilə birləşdiklərini iddia edərək nəzəriyyəyə inanırdı. Sosialistlər, iqtisadiyyatın sosial nəzarəti və ya tənzimlənməsinin nə dərəcədə lazım olduğu barədə fikir ayrılığı; cəmiyyətin nə qədər müdaxilə etməsi və hökumətin, xüsusilə mövcud hökumətin, dəyişiklik üçün doğru vasitə olub-olmaması mübahisələrə səbəb olur.
Sosialist realizmi
Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır. Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.
Sosialist respublika
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Sosialist ölkə

Sosialist İnternasionalı
Sosialist İnternasionalı (ing. Socialist International – SI; Sosintern) — beynəlxalq qeyri-hökumət təşkilatı, demokratik sosializm ideyası tərəfdarı olan siyasi partiyaların ümumdünya assosiyasiyası. Təşkilatın üzvləri əsasən demokratik sosialistlər, sosial demokratlar, leyboristlərdən və bu ideyalara yaxın partiyalardan ibarətdir. Əmək və Sosialist İnternasionalının varisi kimi 1951-ci ildə yaradılsa da, təşkilatın kökləri XIX əsrə gedib çıxır. İlk öncə əsasən Qərbi Avropa ölkələrindən olan partiyaların dominant olduqları təşkilat hal-hazırda 100-dən çox ölkədən 160-dan çox üzvə malikdir. Təşkilata üzv partiyalar, Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə tam və ya koalisiya tərkibində siyasi hakimiyyətdə olmuşlar. Avropa Sosialistləri Partiyası (ümumavropa miqyaslı şərti partiya) və Avropa İttifaqı Parlamentindəki qruplardan biri olan Sosialistlər və Demokratların Proqressiv Alyansı da Sosialist İnternasionalına bağlı təşkilatlardır. 1989-cu ildən etibarən Sosialist İnternasionalının baş katibi postunu Luis Ayala (Çili) icra edir. Təşkilatın prezidenti Yunanıstanın keçmiş baş naziri Qeorqies Papandreudur.
Sosialist revizionizm
Sosialist revizionizm — marksist hərəkat daxilində revizionizm qavramı, əsas marksist sələflərinin müxtəlif ideyalarının, prinsiplərinin və nəzəriyyələrinin yenidən nəzərdən keçirilməli olduğuna inanan bir düşüncə tərzidir, çox vaxt burjua sinfi ilə birlik kimi dəyişiklikləri əhatə edir. Termin tez-tez bu cür təftişlərin əsassız olduğuna inanan marksistlər tərəfindən marksizmi yumşaltmağa və ya onu parçalamağa çalışanları təmsil etmək üçün istifadə olunur. Revizionizm sözü daha çox böhtan atmaq deməkdir. Marksist ədəbiyyata görə bunun sapma və dönüklük adlandırıldığı da görülmüşdür. Bir neçə "Marksist" özlərini Revizionist adlandırırlar. Bu termin və anlayışa qarşı duranlar çox vaxtı Xocaistlər və Marksist-leninistlər olur. Revizionizm termini marksist nəzəriyyə daxilində bir çox fərqli kontekstdə istifadə olunur; 19-cu əsrin sonlarına doğru sosial demokrat yazıçılar Eduard Bernşteyn və Jan Jaures iddia edirdilər ki, Karl Marksın sosialist cəmiyyəti yaratmaq ideyalarına yenidən baxılmalıdır və sosializmə nail olmaq üçün güc tətbiq edilməməlidir. Ənvər Xocanın siyasi praktikasını ehtiva edən Xocaizm, Soyuq Müharibə və Soyuq Müharibədən sonrakı dövrlərin ən görkəmli antirevizionist hərəkatıdır.
Sosialist-inqilabçılar
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.

Oxşar sözlər

#sosialist-liberal nədir? #sosialist-liberal sözünün mənası #sosialist-liberal nə deməkdir? #sosialist-liberal sözünün izahı #sosialist-liberal sözünün yazılışı #sosialist-liberal necə yazılır? #sosialist-liberal sözünün düzgün yazılışı #sosialist-liberal leksik mənası #sosialist-liberal sözünün sinonimi #sosialist-liberal sözünün yaxın mənalı sözlər #sosialist-liberal sözünün əks mənası #sosialist-liberal sözünün etimologiyası #sosialist-liberal sözünün orfoqrafiyası #sosialist-liberal rusca #sosialist-liberal inglisça #sosialist-liberal fransızca #sosialist-liberal sözünün istifadəsi #sözlük