Stoa sözü azərbaycan dilində

Stoa

Yazılış

  • Stoa • 57.1429%
  • stoa • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Stoa
Stoalar, Qədim Yunan memarlığında küçə və ya agoranın yanında yerləşən örtülü, sütunlu qalereyalardır. Onlar inzibati və ticarət mərkəzləri kimi istifadə edilən ictimai yerlər idi. Onun yaradıcısının Aqnaptus adlı qədim yunan memarı olduğu qeyd edilir. Sonrakı nümunələr stoalar iki mərtəbəli inşa edilirdi və mağazalar və ya bəzən ofislərin olduğu İonik üslubda kolonları birləşdirirdi. Bu binalar ictimaiyyət üçün açıq idi; burada tacirlər mallarını sata, rəssamlar öz sənət əsərlərini sərgiləyə, dini məclislər keçirə bilərdilər. Stoalar tez-tez böyük şəhərlərin bazarlarını və ya agoraları funksiyasını görürdü Stoaların digər nümunələrindən içəridə və çöldə faydalı məkanları birləşdirən qoruyucu və təhlükəsiz mühitlər yaratmaq üçün istifadə olunurdu Kiprli Zenon tərəfindən qurulan Stoaçılıq fəlsəfə məktəbinin adı “stoa”dan götürülüb. Tağ altında mənasını verən stoa fəlsəfəsi tağın altına toplaşan filosoflar tərəfindən qurulmuşdur.
Stoaçılıq
Stoaçılıq, stoyaçılıq və ya stoisizm — Qədim Yunanıstanda və Qədim Romada çiçəklənmiş ellinist fəlsəfə məktəbi. Stoiklər evdemoniyaya – səadətli, çiçəklənən bir həyata nail olmaq üçün fəzilət təcrübəsinin kifayət olduğuna inanırdılar. Stoiklər buna nail olmağın yolunu gündəlik həyatda cəsarət və ya təmkinlilik kimi müəyyən fəzilətləri tətbiq etmək, ya da təbiətə uyğun yaşamaq kimi müəyyən etmişdilər. E.ə. 300-cü ildə Kitiyalı Zenon tərəfindən qədim Afina aqorasında qurulmuşdur. Aristotel etikası ilə yanaşı, stoik ənənə fəzilət etikasının əsas qurucu yanaşmalarından birini təşkil edir. Stoiklər xüsusilə insanlar üçün "fəzilətin yeganə xeyir" olduğunu və sağlamlıq, zənginlik və zövq kimi xarici şeylərin özlüyündə yaxşı və ya pis olmadığını (adiafora), "fəzilətin hərəkət etməsi üçün material" kimi dəyərə malik olduğunu öyrətməklə tanınırlar. Seneka və Epiktet kimi bir çox stoiklər vurğulayırdılar ki, "xoşbəxtlik üçün fəzilət kifayət" olduğuna görə bir müdrik bədbəxtliyə emosional olaraq dözümlü olmalıdır. Stoiklər həmçinin, müəyyən dağıdıcı emosiyaların mühakimədə buraxılan səhvlərdən qaynaqlandığını düşünürdülər və insanlar "təbiətə uyğun" olan bir iradəni (proharez adlanır) saxlamağı özlərinə hədəf seçməlidirlər. Bu səbəbdən stoiklər fərdlərin fəlsəfəsinin ən yaxşı göstəricisinin insanın dedikləri deyil, insanın necə davranması olduğunu düşünürdülər.

"stoa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#stoa nədir? #stoa sözünün mənası #stoa nə deməkdir? #stoa sözünün izahı #stoa sözünün yazılışı #stoa necə yazılır? #stoa sözünün düzgün yazılışı #stoa leksik mənası #stoa sözünün sinonimi #stoa sözünün yaxın mənalı sözlər #stoa sözünün əks mənası #stoa sözünün etimologiyası #stoa sözünün orfoqrafiyası #stoa rusca #stoa inglisça #stoa fransızca #stoa sözünün istifadəsi #sözlük