sütül sözü azərbaycan dilində

sütül

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sütül • 88.8889%
  • Sütül • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 1.13
2011 •• 0.09
2013 •••••• 0.29
2014 •••• 0.17

sütül sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Hələ yetişməmiş, tamam dəyməmiş. Sütül qarğıdalı. – Arpanı sütül, buğdanı ötür. (Ata. sözü). Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyir. Mir Cəlal. // İs. mənasında. [Gülməli:] Gördüm ki, Toppuzlular məhəlləsindən bir tüstü, bir alov qalxır ki, gəl tamaşasına. Dedim, bəlkə bu tezdən sütül ütürlər. Ə.Abasov. 2. Az bişmiş, alabişmiş. [Satıcı:] Qovurma. Ay sütül ciyər kababı; Hər kimin pulu var, yeyər kababı. M.Rahim. [Hatəmov Ümidə:] …Sütül kababdan danışıb ağzımızı sulandırmaq istəyirsiniz? B.Bayramov. 3. məc. Yeniyetmə, tər. 15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar. Qantəmir. Bu otaqların binasını qoyanda, yaxşı yadıma gəlir, mən lap sütül cavandım. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / sütül

sütül sözünün etimologiyası

  • 1 Qədim mənbələrdə sül (сочность), süllük (сырой) sözləri var. Sütül isə “hələ tam yetişməmiş, sülü olan” anlamını əks etdirir. Ehtimal ki, həm sütül, həm də onun ən qədim variantı olan sül sözləri məhz su anlayışı ilə bağlıdır: “canı sulu” de­mək­dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sütül

sütül sözünün rus dilinə tərcüməsi

  • 1 1. недозрелый (о зерновых растениях, плодах и т.д.); 2. недожаренный, недоваренный;

    Azərbaycanca-rusca lüğət / sütül
  • 2 I прил. 1. недозрелый: 1) недоспелый, недостаточно созревший. Sütül buğda недозрелая пшеница, sütül qarğıdalı недозрелая кукуруза 2) шутл. не достигший полного развития, зрелости; незрелый. Sütül gənclər недозрелые юнцы 2. недоваренный, недожаренный. Sütül kabab недожаренный шашлык II сущ. недозрелая кукурузная початка (в обвёртке или очищенная от обвертки в сыром или вареном состоянии, виде)

    Azərbaycanca-rusca lüğət / sütül

sütül sözünün inglis dilinə tərcüməsi

sütül sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. суьтуьл, таза, бегьем дигмиш тахьанвай, некӀеда амай (мес. кӀанш, мух); 2. бегьем чурун тавур, гьакӀ винелай цӀай гана чурчнавай, чигит (мес. кабаб); 3. пер. суьтуьл, цӀийиз-цӀийиз авагънавай, агакьнавай (мес. жегьил, руш).

    Azərbaycanca-ləzgicə lüğəti / sütül

"sütül" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sütül nədir? #sütül sözünün mənası #sütül nə deməkdir? #sütül sözünün izahı #sütül sözünün yazılışı #sütül necə yazılır? #sütül sözünün düzgün yazılışı #sütül leksik mənası #sütül sözünün sinonimi #sütül sözünün yaxın mənalı sözlər #sütül sözünün əks mənası #sütül sözünün etimologiyası #sütül sözünün orfoqrafiyası #sütül rusca #sütül inglisça #sütül fransızca #sütül sözünün istifadəsi #sözlük