səhral sözü azərbaycan dilində

səhral

Yazılış

  • səhral • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arktik səhralar
Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür. == Ümumi məlumat == Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır.
BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası
Xüsusilə Afrikada Ciddi Quraqlıq və / və ya Səhralaşma Yaşanan Ölkələrdə Səhralaşma ilə Mübarizə Konvensiyası (ing. The United Nations Convention to Combat Desertification in Those Countries Experiencing Serious Drought and/or Desertification, Particularly in Africa, UNCCD) — dövlətlərin və ictimai təşkilatların beynəlxalq, regional, milli və yerli səviyyələrdə səhralaşma, torpaq deqradasiyası və quraqlığın təsirlərini azaltmaqla mübarizə səylərini birləşdirmək üçün yaradılmış BMT konvensiyası. Konvensiya, 17 iyun 1994-cü ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının Ətraf və İnkişaf Konfransının (UNCED) nəticəsi olaraq Parisdə qəbul edildi və 26 dekabr 1996-cı ildə qüvvəyə mindi. 29 may 2012-ci il tarixindən etibarən Konvensiya 195 ölkə tərəfindən təsdiq edilmişdir. == Tarixi == 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Səhralaşma Konfransı səhralaşmaya qarşı mübarizə planı qəbul etdi. Bununla birlikdə, 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), "yerli müvəffəqiyyət hekayələri" nə baxmayaraq, quraq, yarı quru və quru sub-rütubətli ərazilərdə torpaqların deqradasiyasının daha da pisləşdiyi qənaətinə gəldi. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf və İnkişaf Konfransı keçirildi, bu müddətdə səhralaşma probleminə yeni inteqrasiya olunmuş yanaşma nəzərdən keçirildi. 1992-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 47/188 saylı qətnamə qəbul edərək Səhralaşma ilə Mübarizə Konvensiyasını hazırlamaq üçün Hökumətlərarası Müzakirə Komitəsi yaratdı. Konvensiya 17 iyun 1994-cü il tarixində Fransanın Paris şəhərində qəbul edilmiş, 14–15 oktyabr 1994-cü il tarixlərində imzalanmaq üçün açılmış və əllinci ratifikasiya alındıqdan 90 gün sonra 26 dekabr 1996-cı ildə qüvvəyə minmişdir. 2006-cı il BMT Baş Məclisi tərəfindən Beynəlxalq Səhra və Səhralaşma İli elan edildi (23 dekabr 2003-cü il tarixli, 58/211 saylı Qərar).
Subtropik səhralar iqlimi
Subtropik səhralar iqlimi- Bu iqlim tipi Asiya və Amerika qitələrinin daxili hissələri üçün xarakterikdir. Bu iqlim tipi MBD-nin bütün Mərkəzi Asiya ölkələrində həmçinin 43°-lik paralelin cənubunda, Qazaxıstanın cənubunda (Sarıaqaş və Maxtaaral əyalətlərində) geniş yayılmışdır. Subtropik qurşağın daxilində suvarmanın köməyiylə nar, əncir, xurma, mandarin, pambıq belə becərilir. Bu iqlim qurşağı daxilində səhra və yarımsəhralar geniş ərazini əhatə edir.
Səhralar
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. == Xüsusiyyətləri == Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Səhraların dünyada sahəsinə görə sıralaması
Səhraların dünyada sahəsinə görə sıralaması - bu siyahıda sahəsi 50 000 km² olan səhralar öz əksini tapmışdır.
Səhraların hidromorf torpaqları
Şoranlar səhralarda formalaşan xarakterik hidromorf torpaqlardır. Şoran torpaqlar torpağın üst qatında suda asan həll olan duzların miqdarı 1% və çox olan torpaqlar nəzərdə tutulur. Səhra zonasında bu torpaqlar 10%-ə yaxın ərazini əhatə edir. == Hidromorf torpaqları əmələ gəlmə şəraiti == Şoranlıqların əmələgəlməsi hidrotermin, hidrogeoloji, geokimyəvi şəraitlə bağlıdır. Belə ki, şoranların yaranmasında qrunt sularının dərinliyi əsas rol oynayır. Qrunt sularının səthə yaxınlığı və buxarlanmanın olması bu prosesi sürətləndirir. Ona görə də qrunt sularının kimyəvi tərkibi və dərinlliyi əsas hesab olunur. Əgər qrunt sularının dərinliyi 2 m-ə yaxın olduqda minerallaşma sürətlə çoxalır. == Mexaniki tərkibi == V. A. Kovdaya görə birinci mərhələdə sular natrium karbonatlı olur və duzların miqdarı 1–3 q\l təşkil edir. İkincidə kalsium karbonat olur və duzların miqdarı 3–5q\l yaxınlaşır.
Səhralaşma
Səhralaşma — həm insan fəaliyyəti (antropogen səbəblər), həm də təbii amillər və proseslər nəticəsində dünyanın arid, yarımquraq və quraq rayonlarında torpaqların deqradasiyası. Arid ərazilərdə təbii mühitin pozulması təhlükəli vəziyyət almaqdadır, çünki səhralaşma prosesi getdikcə daha aydın nəzərə çarpır. == Əlamətləri == Ərazinin quru iqlim şəraiti – yəni, yüksək günəş radiasiyası, hava və yer səthində yüksək temperatur və səthi buxarlanma, yağıntıların çatışmazlığı və aşağı nisbi rütubət göstəriciləri səhralaşma əlamətləri kimi qəbul olunur. Bəzən, torpaqların səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin pozulması səhralaşmaya səbəb olur. Bu zaman əkin sahələri və otlaqlarda bioloji və iqtisadi məhsuldarlığın aşağı enməsi, yəni deqradasiyası müşahidə edilir. Torpaq qatının nazilməsi və strukturunun pozulması, bitki kütləsinin və növ sayının azalması ərazidə külək eroziyasının şiddətini artırır. Səhralaşma çox çətinliklə bərpa olunan bir landşaft prosesidir. Onun 1 sm-lik torpaq qatının bərpasına 70 – 150 il vaxt tələb olunur. Azərbaycanın dağətəyi və düzən rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə (kol-kos), bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara çevrilməsi istiqamətində gedir. Bu proses suvarma kanallarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması və s.
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür == Ümumi məlumat == Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.

"səhral" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səhral nədir? #səhral sözünün mənası #səhral nə deməkdir? #səhral sözünün izahı #səhral sözünün yazılışı #səhral necə yazılır? #səhral sözünün düzgün yazılışı #səhral leksik mənası #səhral sözünün sinonimi #səhral sözünün yaxın mənalı sözlər #səhral sözünün əks mənası #səhral sözünün etimologiyası #səhral sözünün orfoqrafiyası #səhral rusca #səhral inglisça #səhral fransızca #səhral sözünün istifadəsi #sözlük