sərxoş sözü azərbaycan dilində

sərxoş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərxoş • 89.5225%
  • Sərxoş • 10.3615%
  • SƏRXOŞ • 0.1160%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sərxoş (mahnı)
Sərxoş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Əmir Sərxoş
Əmir Sərxoş (ing. Amir Sarkhosh) (30 may 1991-ci il təvəllüdlü) İranlı Snuker oyunçusudur. Eyni zamanda İran milli snooker komandasının kapitanıdır. == Həyatı == 1991-ci ildə Karajda anadan olub, 2001-ci ildə 10 yaşında, ilk dəfə ilk bilyard klubuna və inqilabdan sonra başlayan üçüncü kluba yazıldı və yeni başlayanlarla eyni klubda snooker idman növünü öyrəndi. Tehran çempionatına qatıldı və parlaqlığına görə İran yığmasına qatıldı; Hal hazırda İran milli komandasının kapitanıdır. == Peşəkar həyat == Amir Sarkhosh ilk komanda qızıl və bürünc medalını 2013-cü ildə Livan və Qərbi Asiyada aldı.Sarkhosh, 1/4 finalda mübarizədən kənarlaşdırılan 2017-ci il Qızıl Top 6 (IBSF) Çempionatına qatıldı.2017-ci ildə Bağlı Asiya Çempionatında uğursuz iştirakından sonra Sərxoş həvəskarlar bölməsində Dünya çempionatının finalına çıxmağı bacardı və son mərhələdə hindistanlı rəqibi Pankaj Avranini məğlub etdi.2018 Asiya Çempionatında yenidən finala vəsiqə qazandı və finalda rəqibi Əli Qarquzlunu məğlub edərək dünya çempionu oldu.
Sərxoş mələk
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Sərxoş Əhməd Paşa
Sərxoş Əhməd Paşa (ö. 13 mart 1691) — Osmanlı sultanı IV Mehmed və II Süleymanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunda yetişmiş, ardından Qara Mehmed Paşanın kəndxudası olmuşdur. 1674-cü ildə Özü, 1677-ci ildə Anadolu bəylərbəyi oldu. 1684-cü ildə vəzir rütbəsi aldı. 1684-cü ilin dekabrında Yanova mühafizəsi ilə vəzifələndirildi və çox keçmədən kaptan-ı dərya oldu. 1685-ci ilin dekabrında Hələb bəylərbəyi, 15 sentyabr 1687-ci ildə Bağdad bəylərbəyi, 1688-ci ilin sentyabrında isə Anadolu müfəttişi oldu. 1690-cı ildə Misir əyalətinə təyin edilsə də, 1691-ci ilin martında burada vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Sərxoş mələk (film, 1948)
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Sərxoş usta (film, 1978)
Sərxoş usta (ing. Drunken Master, çincə:醉拳) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. == Məzmun == Vonq Fey-hun (bəzi tərcümələrdə Freddi Vonq) kunq-fu ustası Vonq Kei-yinqin oğludur. Atasının nəcib xasiyyətli müəllim olmasına baxmayaraq Feyxun xuliqandır. Atası onu yaxşı adama çevirmək üçün Su Xay adlı müəllimin yanına göndərir. Feyxun ondan ilk məşqlərində xoşu gəlmir və buradan qaçır. Amma "İldırım ayaqlı" ləqəbli muzdlu qatil tərəfindən əziyyət çəkdikdən sonra Su Xayın yanına qayıdır. Bu zaman Su Xay ona çoxlu kunq-fu və "Sərxoş" texnikasını öyrətməyə başlayır... == Xarici keçidlər == Sərxoş usta — Internet Movie Database saytında.
Sərxoş şaolinçi (film, 1983)
Sərxoş şaolinçi (ing. Shaolin Drunkard, çin. 天師撞邪) — 1983-cü ildə Yuan Vupinin rejissorluğu ilə çəkilmiş Honkonq filmi. == Məzmunu == Yarım adam, yarı şeytan sərxoş Taosist Fen Şinin nəzarəti altında Şaolin monastırında əsir saxlanılır. Taocu bir içki üçün yola düşəndə ​​fürsətdən istifadə edərək, məhbus məbəddən qaçır. Taocu dostu Pakvan, gələcək gəlini Li Ai və nənəsi Yau Fen Şiyə qaçaq sehrbazı tutub Şaolinə qaytarmaq üçün kömək edir. == Rollarda == Yun Çenyan - Sərxoş Taoist Fen Şi / Yunun nənəsi Yun Yatçxo - Yu Pakvan == Xarici keçidlər == "Sərxoş şaolinçi" Internet Movie Datebase saytında.
Sərxoş usta 2 (film,1994)
"Sərxoş usta 2" (ing. Drunken Master II) — əfsanəvi Çin xalq qəhrəmanı Von Fehonqun Ceki Çan ilə Honq Konq filmi.Film Sərxoş Usta filminin davamı olsa da, orijinaldan çox fərqlidir. == Məzmun == Von Feihonq qəflətən Çindən qədim əsərləri gizli şəkildə çıxartmağa, sonra qara bazarda satmağa çalışan Britaniya konsulunun işləri ilə tanış olur.O ,konsulu dayandırmağa çalışır.Ancaq bu, şəhərdə tanınmış bir həkim olan atası tərəfindən ixtiyarsız olaraq qarşılanır.Atası Feihonq'un "sərxoş kunq-fu" sənətini tətbiq etməsini qadağan edir, sərxoş döyüşlərin bir gənc oğlan üçün yararsız bir peşə olduğuna inandırır. Lakin Vauqun, ögey anasını (Anita Mui), xüsusilə də konsulun agentləri ona hücum etdikdən sonra Vauqun döydüyü və uzaqlaşdırdığı adamı dəstəklədi. Ata, həyat yoldaşı ilə döyüşü bildikdən sonra bir qalmaqal qurur və oğlunu mirasdan məhrum edir.
Sərxoş usta 2 (film, 1994)

Seymur Sərxoşov
Seymur Sərxoşov (tam adı: Seymur Ramiz oğlu Sərxoşov; 28 yanvar 1987, Qızıldaş – 14 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikasının Şəhidi. == Həyatı == === Erkən illəri === Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. === Yeniyetmə illəri === 2004-cü ildə orta məktəbi bitirdikdən sonra "Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)" ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır. === Şəhadəti === Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı.
Sərxoşluq
Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir. == Ümumi məlumat == Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır, amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur.
Sərxoşluğa görə medalı
Sərxoşluğa görə medalı — Pyotrun qərarı ilə sərxoşluqla mübarizə çərçivəsində hazırlanmış xüsusi medal Rusiya dövlət başçılarının arağa münasibəti zamanla dəyişsə də, Rusiya spirtli içki istehlakında daimi "liderliyini" qoruyub. Yekaterina "sərxoş xalqı idarə etmək daha asandır" deyərək araq çəkməni (samoqon) tam sərbəst buraxmışdısa, I Pyotr tam əksini edib. Pyotrun qərarı ilə 1714-cü ildə sərxoşluqla mübarizə çərçivəsində xüsusi medal hazırlanır. Çuqundan tökülən "Sərxoşluğa görə" medalının kütləsi zəncir və boyuna taxma tərtibatı ilə birgə 1 pud (təqribən 16 kq) idi. Qorodovoylar küçədə sərxoş vəziyyətdə gördüyü şəxsləri polis idarəsinə gətirir, burada onun boynuna medal asılırdı. İndiki boyunbağılardan fərqli olaraq bu medal sərxoş şəxsin boynuna elə bərkidilirdi ki, açmaq mümkün olmasın. Günahkar bu medalı 1 həftə gecə-gündüz üzərində daşımalı idi.
Sərxoşov Seymur
Seymur Sərxoşov (tam adı: Seymur Ramiz oğlu Sərxoşov; 28 yanvar 1987, Qızıldaş – 14 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikasının Şəhidi. == Həyatı == === Erkən illəri === Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. === Yeniyetmə illəri === 2004-cü ildə orta məktəbi bitirdikdən sonra "Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)" ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır. === Şəhadəti === Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.39 dəfə / 1 mln.
2002 ••• 6.85
2003 •• 5.12
2004 •• 4.72
2005 ••• 6.07
2006 ••••••• 18.02
2007 ••••• 12.69
2008 ••• 8.04
2009 ••••••• 17.60
2010 ••••••••• 24.60
2011 •••••••• 20.42
2012 •••••••• 20.57
2013 •••••••••••••••••••• 55.29
2014 •••••••••••••••• 43.42
2015 •••••• 14.80
2016 ••••• 11.80
2017 •••••• 14.15
2018 ••••• 13.03
2019 •••••• 13.91
2020 ••• 8.09

sərxoş sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] İçmiş, kefli. Sərxoş adam. – Yusif sərxoş (z.) halda, o tərəfə-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. S.S.Axundov. □ Sərxoş etmək (eyləmək) – kefləndirmək, məst etmək. [Tərxan:] Etdi sərxoş məni bu bircə qədəh. A.Şaiq. Sərxoş olmaq – içib keflənmək. Səməd artıq sərxoş olduğunu, bir az da dayansa bəlkə çox şeylər danışacağını hiss etdi. İ.Hüseynov. // İs. mənasında. Dəli sərxoşdan qorxar. (Ata. sözü). // klas. Məc. mənada. Əzizim, məzə sizdə; Mey sizdə, məzə sizdə; Mən sənin sərxoşunam; Meysiz də, məzəsiz də. (Bayatı). // klas. Göz haqqında – xumar, süzgün. Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlməmiş. Q.Zakir. ◊ Sovet dövründə: Sərxoşları ayıltma məntəqəsi – sərxoşları ayıltmaq üçün tibb məntəqəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / sərxoş

sərxoş sözünün etimologiyası

sərxoş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 SƏRXOŞ (spirtli içki içmiş) [Adilə:] Heç ayıb deyildimi, kəndə sərxoş gəlib, sərxoş da getdin (Ə.Qasımov); BƏDMƏST (köhn.), PİYAN (dan.) Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz çaxır içən piyan, yəni bədməst müsəlman şəkli çəkmişik... (C.Məmmədquluzadə); DƏM (məc., dan.) Firuzə: Bağışla, bir az vurmuşam, bir balaca dəm kimiyəm (Anar); DƏMLİ Fedya: Zalım oğlu feldşer yenə bərk dəmli idi (Ə.Məmmədxanlı); KEFLİ Lakin kefli, ağlı başında olmayan adamla ağız-ağıza verməyin nə mənası vardır? (H.Abbaszadə); LÜLQƏNBƏR (dan.) Bərbərzadə: Mühəndislər qucaq-qucağa yatışıblar, özləri də lülqənbər (S.Rəhman); MƏST Üzün gördü peyda könül məst oldu; Nə hacət ki, həşr olunca ayinə (M.V.Vidadi); PAXMEL (dan.) Mətiş: Paxmeləm sən öl, başım boşalmış çəlləyə dönüb... (B.Bayramov); SƏRMƏST Neçin kəsdin sinəm üstən ayaqlar; Üzün göstər, sərməst olsun ayıqlar (M.V.Vidadi); BAŞIDOLU (məc.), NƏŞƏLİ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / sərxoş

sərxoş sözünün antonimləri (əks mənalı sözlər)

sərxoş sözünün rus dilinə tərcüməsi

  • 1 1. пьяный, хмельной, нетрезвый; 2. пьяница;

    Azərbaycanca-rusca lüğət / sərxoş
  • 2 I прил. пьяный, опьянелый: 1. находящийся под действием выпитого спиртного, нетрезвый 2. находящийся в возбуждённом состоянии от чего-л. Meysiz sərxoş olmaq без вина быть пьяным II сущ. пьяный, пьяная; sərxoş etmək kimi опьянять, опьянить кого: 1. привести в состояние опьянения 2. перен. привести в восторженное состояние 3. поить, напоить (угостив, довести до опьянения); sərxoş olmaq пьянеть, опьянеть: 1. стать пьяным 2. перен. прийти в возбуждённое состояние от чего -л; sərxoşları ayıltma məntəqəsi вытрезвитель (медицинский пункт для вытрезвления)

    Azərbaycanca-rusca lüğət / sərxoş

sərxoş sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. drunkard, tippler, drunk man* II. s. drunk, tipsy; light-headed; intoxicated; heady; ~ olmaq to drink* hard, to drink* like a fish; to be* drunkard; müvəffəqiyyətdən ~ olmaq to be* heady with success

    Azərbaycanca-ingiliscə lüğət / sərxoş

sərxoş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. пиян, хъванвай, кефлу; sərxoş etmək (eyləmək) пиян авун, кефлу авун, пиянрун; sərxoş olmaq пиян хьун, хъвана кефлу хьун; // сущ. пиянди; 2. клас. сархуш, хумар (вилерин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / sərxoş

sərxoş sözünün türk dilinə tərcüməsi

sərxoş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) məst, bərk kefli; 2) içki, işrət düşkünü; 3) heyvanların döl vaxtı qızması.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qafan) sarımtıl. – Sərxoş öküz öldi

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

məst, bərk kefli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"sərxoş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərxoş nədir? #sərxoş sözünün mənası #sərxoş nə deməkdir? #sərxoş sözünün izahı #sərxoş sözünün yazılışı #sərxoş necə yazılır? #sərxoş sözünün düzgün yazılışı #sərxoş leksik mənası #sərxoş sözünün sinonimi #sərxoş sözünün yaxın mənalı sözlər #sərxoş sözünün əks mənası #sərxoş sözünün etimologiyası #sərxoş sözünün orfoqrafiyası #sərxoş rusca #sərxoş inglisça #sərxoş fransızca #sərxoş sözünün istifadəsi #sözlük