təzyiqi sözü azərbaycan dilində

təzyiqi

Yazılış

  • təzyiqi • 99.5234%
  • Təzyiqi • 0.4563%
  • TƏZYİQİ • 0.0203%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atmosfer təzyiqi
Atmosfer təzyiqi — atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir nöqtədə Atmosfer təzyiqi o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr. Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir.
Laplas təzyiqi
Laplas təzyiqi — maye səthinin əyriliyindən asılı olan əlavə təzyiqdir, P. Laplas müəyyən etmişdir ki, maye səthinin qabarıq və ya çökük olmasından asılı olaraq səthi gərilmə qüvvəsi hesabına əlavə təzyiq əmələ gəlir; bu təzyiq hər iki halda əyrinin içəri tərəfinə yönəldiyindən qabarıq səthdə daxili təzyiqə əlavə olunur (şəkil 1), çökük səthdə isə ondan çıxılır (şəkil 2). Ona görədə əyri səth altındakı təzyiq P i = p i + δ p {\displaystyle P_{i}=p_{i}+\delta p} burada Pi-daxili təzyiq, pi-molekulyar təzyiq, δ p {\displaystyle \delta p} -Laplas təzyiqidir. Laplas təzyiqi: δ p = σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle \delta p=\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} -burada R1 və R2-maye səthinin əyrilik radiusu σ {\displaystyle \sigma } -səthi gərilmə əmsalıdır. Üfiqi vəziyyətdə qoyulmuş silindirin içində olan maye üçün R 1 = ∞ {\displaystyle R_{1}=\infty } və R 2 = R {\displaystyle R_{2}=R} olduğundan Laplas təzyiqi: δ p = σ R {\displaystyle \delta p={\frac {\sigma }{R}}} -olar. Kürə şəklində olan maye üçün R 1 = R 2 = R {\displaystyle R_{1}=R_{2}=R} olduğuna görə δ p = 2 σ R {\displaystyle \delta p={\frac {2\sigma }{R}}} Daxili təzyiq isə P i = p i + σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle P_{i}=p_{i}+\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} olur.
Osmos təzyiqi
Osmos təzyiqi — Vant-Hoff (1887) qanunu ilə xarakterizə olunur. Həll olan maddə hissəciklərinin təmiz həllediciyə və əksinə, su molekullarının məhlula keçməsi hadisəsi diffuziya adlanır. Aralarında diffuziya hadisəsi müşahidə edilən müxtəlif qatılığa malik iki məhlul və ya məhlul ilə saf həlledici arasında su molekullarını özündən buraxan, lakin həll olan maddə molekullarını buraxmayan yarımsızdırıcı arakəsmə qoyularsa (yarımsızdırıcı arakəsmə üzvi və qeyri-üzvi mənşəli ola bilər) bir tərəfli diffuziya baş verər. Yəni, yalnız su molekulları məhlula keçə bilir. İlk dəfə 1748-ci ildə müşahidə edilən bu proses osmos adlandırılmışdı. Arakəsmə ilə iki yerə bölünmüş qabın bir hissəsinə məhlul, o biri hissəsinə su tökülür. Təcrübənin əvvəlində hər iki mayenin səviyyəsi eyni olur.Osmos prosesinə əsasən su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində müəyyən müddətdən sonra məhlulun səviyyəsi müəyyən dərəcədə qalxır; suyun səviyyəsi isə müvafiq surətdə aşağı düşür. Su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində yaranan təzyiq, osmos təzyiqi adlanır. Suyun məhlula keçməsi və bunun nəticəsində məhlulun səviyyəsinin artması müəyyən həddə qədər, yəni məhlul sütununun hidrostatik təzyiqinin osmos təzyiqi ilə bərabərləşməsinə qədər davam edə bilər. Osmos təzyiqi məhlulun qatılığıartdıqca artır.
Qan təzyiqi
Qan təzyiqi — qanın damarda hərəkət sürətidir. Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur. Klassik Riva-Roççi manjet üsulu; İnvaziv qanlı Korotkov üsulu Sistola: 120 mm civə sütunu Diastola: 80 mm civə sütunu Keçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105–63 sayılırdı. Hal-hazırda normal təzyiq 120–80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120–60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat hiss edirsə, çay və ya qəhvə içə bilər.
Normal atmosfer təzyiqi
Normal atmosfer təzyiqi – dəniz səviyyəsində 0°S temperaturda atmosfer təzyiqi. Normal təzyiq orta hesabla 760 mm hundurlukdə olan civə sutununun təzyiqinə deyilir. Hava yer səthinin hər bir 1 sm2-nə 1 kq (1033 q) təzyiq edir. Normal atmosfer təzyiqi 45 dərəcə paraleldə, okean səviyyəsində, 0 dərəcə temperaturda 760 mm c.s.-na bərabərdir. Atmosfer təzyiqi 760 mm c.s.-dan çox olarsa yüksək təzyiq, az olarsa alçaq təzyiq hesab olunur. Coğrafi enliklər üzrə Günəşin istiliyi qeyri-bərabər paylanmışdır. Bu da Yer səthində müxtəlif təzyiq sahələrinin yaranmasına səbəb olur. Ekvatorial enliklərdə hava qızaraq yüngülləşir və troposferin yuxarı qatlarına qalxır. Havanın qalxan hərəkəti atmosfer təzyiqinin ekvatorda aşağı düşməsinə səbəb olur. Troposferin yuxarı qatlarından tropik enliklərə (30 dərəcə şimal və cənub enliyi) hərəkət edən hava axınları soyuyaraq Yer səthinə enir və yüksək təzyiq sahəsi yaradır.

"təzyiqi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təzyiqi nədir? #təzyiqi sözünün mənası #təzyiqi nə deməkdir? #təzyiqi sözünün izahı #təzyiqi sözünün yazılışı #təzyiqi necə yazılır? #təzyiqi sözünün düzgün yazılışı #təzyiqi leksik mənası #təzyiqi sözünün sinonimi #təzyiqi sözünün yaxın mənalı sözlər #təzyiqi sözünün əks mənası #təzyiqi sözünün etimologiyası #təzyiqi sözünün orfoqrafiyası #təzyiqi rusca #təzyiqi inglisça #təzyiqi fransızca #təzyiqi sözünün istifadəsi #sözlük