turnir sözü azərbaycan dilində

turnir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • turnir • 80.8683%
  • Turnir • 19.1057%
  • TURNİR • 0.0261%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2006 Amsterdam turniri
2006 Amsterdam turniri — 4 avqust ilə 5 avqust 2006-cı il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Portu FK, İnter Milan FK və Mançester Yunayted FK komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Mançester Yunayted FK komandası olmuşdur. NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2007 Amsterdam turniri
2007 Amsterdam turniri — 2 avqust ilə 4 avqust 2007-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Arsenal FK, Latsio FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Arsenal FK komandası olmuşdur. NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2008 Amsterdam turniri
2008 Amsterdam turniri — 8 avqust və 9 avqust 2008-ci il tarixləri arasında Ayaks komandasının ev sahibliyi ilə, Arsenal FK, İnter Milan FK və Sevilya FK komandlarının iştirakı ilə təşkil edilən turnirdir. Turnirin qalibi 8 xalla Arsenal FK olmuşdur. NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2009 Amsterdam turniri
2009 Amsterdam turniri — 24 iyul ilə 26 iyul 2009-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Sanderlend AFK, Benfika FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Benfika FK komandası olmuşdur. NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri
2016 Cüdo üzrə Böyük Dəbilqə turniri
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri (Kişilər, 60 kq.)
2016 Cüdo üzrə Böyük Dəbilqə turniri
Cüdo üzrə Böyük Dəbilqə turniri 6-8 may tarixləri arasında Heydər Əliyev adına İdman Arenasında baş tutdu. Bakı şəhərində baş tutan 2016 Böyük Dəbilqə turniriə 75 ölkənin 447 idmançısı qatıldı.
2017 Toulon Turniri
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır. Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir. Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir. Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular. 2017-ci ilin aprel ayında dəqiqləşən 12 milli komanda aşağıdakılardır. Komandalar dörd komanda olmaqla üç qrupda mübarizə aparır.
2017 Tulon Turniri

ABCS turniri
ABCS turniri (ing. ABCS Tournament) — Karib Futbol İttifaqının üzvü olan dörd milli komandanın iştirakı ilə keçirilən beynəlxalq futbol turniri. Turnirin adı həmin millilərin adlarının baş hərflərindən götürülmüşdür: Aruba, Bonaire, Curaçao, Suriname. İndiyə kimi baş tutmuş bütün turnirlər olimpiya sistemi üzrə keçirilmişdir. Kürasaonun ev sahibliyi etdiyi bu turnir 2010-cu ilin 29 – 31 oktyabr tarixlərində keçirilmişdir. Bütün matçlar Villemştad şəhərinin Ergilio Hato stadionunda oynanılmışdır. Bu turnir həm də "Pais Positivo Cup 2010" adlanırdı. 1 Boneyr oyunçuları özlərinə qarşı anlaşılmazlıq nəticəsində verilən bir cəza ilə əlaqədar meydanı tərk etdi. Üçüncü yer Arubaya verildi. Surinamnın ev sahibliyi etdiyi bu turnir 2011-ci ilin 2 – 4 dekabr tarixlərində keçirilmişdir.
Dünya Şahmat Namizədlər Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Dünya Şahmat İddiaçılar Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq turnirlərdə
Futbol üzrə Azərbaycan milli komandası Azərbaycan SSRİ tərkibindən çıxdıqdan sonra beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında iştirak etməyə başladı. Millinin ilk görüşü 17 sentyabr 1992-ci ildə Gürcüstanın Gürcuaani şəhərində Gürcüstan komandası ilə yoldaşlıq oyunu olmuş və komandamız 6:3 hesabı ilə məğlub olmuşdur. Azərbaycanda keçirilən ilk oyunda da Gürcüstan komandası ilə 25 may 1993-cü ildə Gəncə şəhərində yoldaşlıq oyununda qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdir. 1930-cu ildə FİFA dünya ölkələri arasında ilk futbol üzrə Dünya Çempionatı keçirmişdir. UEFA isə 1960-cı ildən Avropa Çempionatı keçirir. Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlamışdır. Millimizin ilk oyunu 1994-cü il sentyabrın 7-si Rumıniyada baş tutmuşdur. Meydan sahibləri 3:0 qalib gəlmişlər. 1994-cü ildə ölkədəki vəziyyəti əsas gətirən UEFA Azərbaycan millisinin ev oyunlarını ölkədə keçirilməsinə icazə verməmişdir. 1996-cı il Avropa çempionatının seçmə oyunlarında millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmişdir.
Linares turniri
Linares Beynəlxalq Şahmat Turniri (İspan dilində: Torneo Internacional de Ajedrez Ciudad de Linares) adətən Fevral ayının sonunda oynanan, illik adını İspaniyanın Andalusiya, Jaén əyalətinin Jaén əyalətindəki Linares şəhərindən alan bir şahmat turniriydi. keçirildi. Bəzən "Tata Steel" (Wijk aan Zee), Tal Memorial və Dortmund hadisələri ilə yanaşı, faktiki şahmat turunda keçirilən ən güclü illik turnirlərdən biri olan şahmatın Wimbledonu olaraq da xarakterizə olunur. Linares turniri 1978-ci ildə başladı və 1988-dən 2010-a qədər (1996-cı il istisna olmaqla) hər il təşkil edildi. 2010-cu ildən bəri turnir maddi səbəblərdən keçirilmir. İspaniyalı iş adamı Luis Rentero tərəfindən maliyyələşdirilən tədbir ilk dəfə 1978-ci ildə keçirildi. O zaman elit bir hadisə deyildi və nisbi bilinməyən İsveçli Jaan Eslon [es] tərəfindən qazandı (Argentinalı Roberto Luisdən tay-brekdə) Debarnot). Növbəti ilki tədbirdən sonra 1987-ci ilə qədər heç bir turnirin keçirilmədiyi 1987-ci ilə qədər hər il keçirildi; Linaresin Namizədlər Finalına ev sahibliyi etdiyi il, Anparoli Karpov və Andrey Sokolovun iştirakı ilə Kasparovun dünya şampiyonluğu üçün bir rəqib müəyyənləşdirdi. Təxirə salınmış 1987-ci il hadisəsi 1988-ci ilə təxirə salındı ​​və turnir bu dövrdən etibarən Qadınlar arasında Dünya Şahmat Çempionatının keçirildiyi 1996-cı il istisna olmaqla illik bir tədbir oldu. Rentero şahmatda qısa çəkilişlərin güclü bir rəqibiydi, daha uzun oyun oynamağına görə pul mükafatları təklif etdi.
Masters turniri çempionlarının siyahısı
Masters turniri (ing. Masters Tournament) — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.
Uimbldon tennis turniri
Uimbledon Çempionatı və ya sadəcə Uimbledon, dünyanın ən qədim tennis turnirlərindən biridir və ən nüfuzlu turnir sayılır. Bu dörd Böyük Dəbilqə seriyalı turnirlərdən biridir. Turnir adətən iyunun sonlarından iyulun ortalarına qədər davam edir, turnirdə tək oyunlarda qadınlar və kişilər mübarizə aparır. Hər il keçirilən bu turnir yeniyetmələr arasında da təşkil edilir. Turnirin ümumi mükafatı 13 milyon 725 min $-dır. Böyük Dəbilqə seriyalı turnirlərdən olan və bərk kortlarda oynanılan Avstraliya Open və gil kortlarda oynanılan Roland Garros Uimbledon turnirindən əvvəl olur. Bərk kortda oynanılan US Open turniri isə Uimbledon turnirindən sonra başlayır. Uimbledon tennis turnirinin əsas 5, yeniyetmələr üçün 4 qayda vardır. Tək kişilər Tək qadınlar İkili kişilər İkili qadınlar Miks oyunlar Tək oğlanlar Tək qızlar İkili oğlanlar İkili qızlar Oyunlar tək və ikili kişilərin mübarizəsində beş setdən ibarət olur. Digər oyunlar isə üç setdən ibarət olur.
Uimbldon turniri

Uimbledon Tennis Turniri

Veyk-an-Zee turniri
Veyk-an-Zee turniri — Beynəlxalq şahmat turniri. Veyk-an-Zee turniri belə demək olarsa, ən qədim və ən güclü şahmat turnirlərdən biri sayılır. Bu yarış 1937-ci ildən başlayaraq hər il keçirilir. Yeganə fasilə 1945-ci ilə təsadüf edir. 1967-ci ilədək Hollandiyanın Beverveyk şəhərində düzənlənib və yalnız 1968-ci ildə qonşuluqda yerləşən Veyk-an-Zeeyə, yəni bugünkü ünvana köçüb. 1946-cı ildən etibarən yarışa sponsorluq edən Hollandiyanın "ing. Hoogovens" metallurgiya konserninin adına görə turnir rəsmi olaraq "Hoogovens-turnir" adlanmağa başlayıb. 1999-cu ildə konsernin Böyük Britaniyanın "British Steel" kompaniyası ilə birləşməsindən əmələ gələn "Corus Group" turnirə sponsorluğu davam etdirib və 2000-ci ildən başlayaraq yarış "Corus-turnir" adlanır. Lakin, qeyri-rəsmi olaraq geniş şahmat ictimaiyyəti onu keçirildiyi şəhərə görə Veyk-an-Zee və ya sadəcə Veyk deyə adlandırırlar. Beynəlxalq statusu "Veyk" 1946-cı ildə alsa da, onun intibah dіvrü 1960-cı ildən, yəni turnirə SSRİ şahmatçılarının dəvət olunmasından sonra başlamışdır.
İddiaçılar turniri 2018
İddiaçılar turniri 2018 — 2018-ci il martın 10-dan 28-dək Berlində keçirilən şahmat turniri. Turnirin qalibi hazırkı şahmat tacının sahibi Maqnus Karlsenlə 2018-ci ilin noyabrında İngiltərənin paytaxtı Londonda keçiriləcək şahmat üzrə dünya çempionu adı uğrunda matçda oynamaq hüququ qazanacaq. Turnirin təşkilatçısı FİDE-in rəsmi partnyoru olan "Aqon" şirkətidir (ing. Agon Limited). Ümumi mükafat fondu (Əsasnamə 3.8.1) €420,000-dur (US$516,000): Mükafat fondu eyni xala malik şahmatçılar arasında bərabər bölüşdürüləcək. Adı birinci qeyd edilmiş şahmatçı ağlarla oynayır. 1–0 ağların qələbə qazandığını bildirir, 0–1 qaraların qələbə qazandığını bildirir, və ½–½ heç-heçəni bildirir. Mötərizədəki rəqəmlər şahmatçıların əvvəlki raundlarda topladığı xalları göstərir.
İddiaçıların turniri 2018

Şuşa 2022 (şahmat turniri)
Şuşa 2022 (ing. Shusha Chess 2022) — 21–24 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın Şuşa şəhərində keçirilən beynəlxalq şahmat turniri. Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada anadan olmuş Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur. Şuşada keçirilən ilk beynəlxalq şahmat turniridir. Turnirin keçirildiyi məkan "Qarabağ" hoteli olmuşdur. Turnirdə 9 ölkədən kişilər və qadın şahmatçılar iştirak etmişlər. Kişilər: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Hao Vanq, Parham Maqsudlu, Vidit Qucrati, Rüstəm Kasımcanov, Qədir Hüseynov, Rauf Məmmədov, Mustafa Yılmaz, Vasif Durarbəyli. Qadınlar: Nana Dzaqnidze, Günay Məmmədzadə, Marsel Efroimski, Meri Arabidze, Ülviyyə Fətəliyeva, Yolanta Zavacka, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Kübra Öztürk. Turnirin rəsmi loqosu 24 avqust 2022-ci ildə təqdim olunmuşdur. Bu, Şuşa qalasının, Qarabağ atının və şahmat topunun üslublaşdırılmış təsvirlərinin kombinasiyasıdır.
Şəmkir Beynəlxalq Şahmat Turniri
Şəmkir Beynəlxalq Şahmat Turniri (ing. Shamkir Chess) Şəmkir şəhərində 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirəsinə təşkil edilməyə başlanılmış beynəlxalq şahmat turniri. Turnirdə əsasən FİDE sıralamasında ön pillələrdə qərar tutan şahmatçılar iştirak edirlər. Azərbaycan şahmat məktəbinin görkəmli simalarından biri olan Vüqar Həşimovun uzun sürən ağır xəstəlikdən 2014-cü ilin 11 yanvarında vəfat etməsindən sonra Vüqarın xatirəsinə beynəlxalq şahmat turnirinin keçirilməsi Synergy Group tərəfindən qərara alınmışdır. Aparılan müzakirələrin ardından ilk şahmat turnirinin 2014-cü ilin aprel ayında Şəmkir şəhərində keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən beynəlxalq bir turnir olaraq qəbul edilən Şəmkir Beynəlxalq Şahmat Turnirinə Fide reytinqində ən üst sıralarda qərarlaşmış qrosmeysterin dəvət edilməsi nəzərdə tutulmuşdu. 2014-cü ildə ilki baş tutan turnirin qalibi FİDE reytinqində I yeri tutan norveçli şahmatçı Maqnus Karlsen olmuşdur. Şəmkir Beynəlxalq Şahmat Turnirinin mükafat fondu €100,000 təşkil etməkdədir. 2014-cü ildə təşkil edilmiş Şəmkir Beynəlxalq Şahmat Turniri sayca ilk turnir olmuşdur. Vüqar Həşimovun vəfatının 100-cü gününə təsadüf edən turnir 19–30 aprel tarixlərində Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Namizədlər Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Namizədlər Turniri 2024
Namizədlər Turniri 2024 — 2024-cü il Dünya Şahmat Çempionatı matçına rəqibi müəyyən etmək üçün keçirilən səkkiz oyunçunun iştirak etdiyi şahmat turniri. Qadın Namizədlər Turniri ilə yanaşı, 3–22 aprel 2024-cü il tarixlərində Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır. 2013-cü ildən bəri hər bir Namizədlər Turnirində olduğu kimi, bu il də ikiqat dairəvi sistemli turnir olacaq. Turnirin qalibi şahmat üzrə hazırkı dünya çempionu Dinq Lirenlə Dünya Şahmat Çempionatı 2024-də oynamaq hüququ qazanacaq. Namizədlər Turnirində iştirak haqqı qazananlar: 2023-cü il FİDE Dünya Kubokunu qazanaraq Namizədlər Turnirinə vəsiqə qazanmasına baxmayaraq, keçmiş dünya çempionu Maqnus Karlsen Torontoda yarışmamaq qərarına gəlib. O, əvvəllər Dünya Kubokunun yarımfinalına yüksəldikdən sonra istəksiz olduğunu və "indiki formatda heç bir şansın olmadığını" bildirərək, namizədlərlə oynamayacağını vurğulamışdır. 2024-cü ilin yanvarında namizədlər siyahısının rəsmi təsdiqindən sonra Maqnus Karlsen FİDE-nin Namizədlər Turnirində oynamaq dəvətini rədd etmək qərarını rəsmi olaraq təsdiqlədi: "Mən deyərdim ki, əsas səbəb ondan həzz almamağımdır. Bu qədər sadə." Nəticədə, Dünya Kubokunu dördüncü pillədə başa vuran Nicat Abasov Karlsenin əvəzedicisi kimi 2024-cü il Namizədlər Turnirinə vəsiqə qazanıb. 2022-ci ilin aprelində, bütün təsnifat üsullarını elan etməzdən əvvəl, FİDE 2023-cü il Böyük Şahmat Turunun ən yaxşı iki iştirakçısının 2024-cü il Namizədlər Turnirinə vəsiqə qazanacağını elan etdi. FIDE daha çox təfərrüatların gələcəyini vəd etdi, lakin daha sonra dəyişikliklə bağlı şərh vermədən Böyük Şahmat Turu xaricində kvalifikasiya yollarını elan etdi.

turnir sözünün leksik mənası və izahı

  • 1 [alm.] Orta əsrlərdə: rıtsarların cəngavərlik yarışı. // Bütün iştirakçıların birbiri ilə ancaq bir dəfə görüşməsindən ibarət idman yarışı. Futbolçuların Olimpiya turniri. Şahmat turniri.

    Azərbaycan dilinin izahlı lüğəti / turnir

turnir sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. турнир: 1. в средние века в Западной Европе: рыцарское военное состязание 2. спортивное соревнование, при котором все участники имеют между собой по одной встрече. Şahmat turniri шахматный турнир, futbol turniri футбольный турнир, turnir keçirmək проводить турнир, turnirin qalibi победитель турнира, turnirin mükafatçıları призеры турнира II прил. турнирный. Turnir cədvəli турнирная таблица

    Azərbaycanca-rusca lüğət / turnir

turnir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [alm.] турнир (юкьван виш йисара: рыцарри чпин дяведин устадвал ва гуж, гьунар къалуриз къугъун, акъажунар авун; // вири иштиракчияр сад-садахъ галаз анжах са сеферда къугъуникай ибарат спортдин акъажунар; şaxmat turniri шахматдин турнир).

    Azərbaycanca-ləzgicə lüğəti / turnir

"turnir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#turnir nədir? #turnir sözünün mənası #turnir nə deməkdir? #turnir sözünün izahı #turnir sözünün yazılışı #turnir necə yazılır? #turnir sözünün düzgün yazılışı #turnir leksik mənası #turnir sözünün sinonimi #turnir sözünün yaxın mənalı sözlər #turnir sözünün əks mənası #turnir sözünün etimologiyası #turnir sözünün orfoqrafiyası #turnir rusca #turnir inglisça #turnir fransızca #turnir sözünün istifadəsi #sözlük