tünd-yaşıl sözü azərbaycan dilində

tünd-yaşıl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tünd-yaşıl • 97.0370%
  • Tünd-yaşıl • 2.9630%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. Meşə biotoplarında yaşayır.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Yaşıl (Talin)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Talın)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Vərziqan)
Yaşıl (fars. ياشيل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (53 ailə).
Yaşıl (dəqiqləşdirmə)
Yaşıl
Yaşıl Beretlər
ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri (Yaşıl Beretlər) ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı — "De oppresso liber" (latınca "Zülmdən azad etməli").
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yaşıl Elm
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir. Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[mənbə göstərin] Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin] Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin] Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb.
Yaşıl Kitab
Yaşıl Kitab—Yaşıl Kitab Liviya lideri Müəmmər Qəddafinin siyasi fəlsəfəsini izah edən qısa bir kitabdır. Kitab ilk dəfə 1975-ci ildə işıq üzü gördü. "Bütün insanlar tərəfindən oxunması nəzərdə tutulurdu." Bunun qismən Kiçik Qırmızı Kitabdan ilham aldığı deyilir (Sədr Mao Tse-tungdan sitatlar) .Onlar həm ölkələrində, həm də xaricində geniş yayılmışdır və "bir çox yaddaqalan şüarları ilə sadə, başa düşülən bir tərzdə yazılmışdır. ". İngilis dilində tərcüməsi Liviya Xalq Komitəsi tərəfindən verildi və 1976-cı ildə Martin, Brian & O'Keeffe tərəfindən Londonda İngilis / Ərəb dilində bir nəşr nəşr edildi. Liviya Vətəndaş Müharibəsi zamanı kitabın nüsxələri anti- Qəddafi nümayişçiləri tərəfindən yandırıldı. İngilis müəllifi və Böyük London Şurasının keçmiş üzvü Corc Tremlettin dediyinə görə, liviyalı uşaqlar həftədə iki saat dərs proqramı çərçivəsində kitabı oxuyurdular. Liviyada çıxışlar zamanı hər gün televiziya və radiolarda yayımlanırdı. 1993-cü ilə qədər Fransa, Şərqi Avropa, Kolumbiya və Venesueladakı universitet və kolleclərdə Yaşıl Kitab mövzusunda mühazirələr və seminarlar keçirildi. Yaşıl Kitab üç hissədən və 110 səhifədən ibarətdir.
Yaşıl qübbə
Yaşıl qübbə və ya Peyğəmbər qübbəsi (ərəb. القبة الخضراء‎) — Məhəmməd peyğəmbərin və ilk iki raşidi xəlifəsi Əbu Bəkr və Ömər ibn Xəttabın qəbri. Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül-Nəbi məscidinin içərisində yerləşir. Günbəzin tikildiyi dəqiq tarix məlum deyil, lakin onun təsvirinə 12-ci əsrin əvvəllərinə aid əlyazmalarda rast gəlmək olar. 1279-cu ilə qədər qəbrin üzərində boyasız taxta günbəz tikilmişdir. Daha sonra 15-ci əsrin sonunda və 1817-ci ildə günbəz yenidən qurulur. 1837-ci ildə günbəz ilk dəfə yaşıl rəngə boyanır və bundan sonra Yaşıl qübbə kimi tanınır.
Yaşıl parıltılar
Yaşıl parıltılar — Uralda çıxarılan qiymətli daşlar içərisində demantoid-"almazın oxşarı" (almanca "diamant- almaz sözündən götürülmüşdür) xüsusi yer tutur. Bu almandin, qrossulyar, pirop, spessartin, andradit, uvarovit və başqa mineralların daxil olduğu qranat qrupunun çoxsaylı minerallarından biridir. Demantoi kristala ot rəngli parlaq yaşıl və bəzən sarımtıl-yaşıl rənglər verən dəmir və xrom saxlayırlar. Təknədə yuyularkən demantoidlər tünd-boz dlərşlixin fonunda yaşıl parıltı ilə işıldayır. Günəşli gündə onların parıltısı artır. Demantoidi başqa qranatlardan fərqləndirən əsas əlamət onun almaz parıltısına malik olmasıdır. Yaşıl daşın sərtliyi nisbətən azdır. Moos şkalasına görə, 7-dən çox deyil, sıxlığı isə 3,9 q/sm³-dir. Zərgərlik işlərində cilalamaq üçün 3mm-dən böyük kristallardan istifadə olunur. Onlar şəffafdır, mikroçatlar yoxdur və buna görə də əla növ qiymətli daşlar sayılır.
Yaşıl strongilosentrotus
Yaşıl strongilosentrotus (lat. Strongylocentrotus droebachiensis) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz kirpiləri sinfinin dəniz kirpiləri dəstəsinin strongilosentrotuslar fəsiləsinin strongilosentrotus cinsinə aid heyvan növü.
Yaşıl soylent
Yaşıl soylent (ing. Soylent Green) — 1973-cü il istehsalı olan ABŞ filmi.
Yaşıl liberalizm
Yaşıl liberalizm, yaxud liberal mühitçilik — özündə yaşıl siyasət ünsürləri ehtiva edən liberalizm. Yaşıl liberallar, adətən, sosial mövzularda liberal, iqtisadi mövzularda “yaşıl” davranırlar. ”Yaşıl liberalizm” terminini ilk dəfə Marsel Vissenburq özünün 1998-ci il tarixli Yaşıl Liberalizm: Azad və Yaşıl Cəmiyyət kitabında işlətmişdir. Onun fikrincə, liberalizm mülkiyyət hüquqlarının mütləqiyyətindən əl çəkməli və təbiətin və təbii ehtiyatların qorunması uğrunda azadlıqlardan güzəştə getməlidir.Vəhalonki Vissenburq əhali artışına və resursların paylanmasına hər hansı formada nəzarət edilməsinə fərdi azadlığa uyğun olmadığı üçün qarşı çıxır.
Yaşıl paradoks
Yaşıl paradoks (alm. Das grüne Paradoxon‎) — alman iqtisadçısı Hans-Verner Zinnin mübahisəli kitabı, zaman keçdikcə yaşıllaşan, lakin qalıq yanacaq sahibləri üçün milliləşdirmə rolunu oynayan, onları resurs hasilatını sürətləndirməyə və buna görə də qlobal istiləşməni sürətləndirməyə təşviq edən ekoloji siyasətlər haqqında müşahidəni təsvir edir. Yaşıl Paradoks arqumenti fundamental, qaçılmaz faktın tanınması ilə başlayır: yanan qaz, kömür və ya neftdəki hər bir karbon atomu atmosferə buraxılır (əgər yanma his əmələ gətirməyəcək qədər səmərəli olarsa). Atılan karbonun təxminən dörddə biri atmosferdə demək olar ki, əbədi olaraq qalacaq və qlobal istiləşməyə səbəb olan istixana effektinə töhfə verəcək. Meşələrin salınmasından başqa, yalnız iki şey atmosferdə karbonun yığılmasını azalda bilər: ya yerdən daha az karbon çıxarmaq, ya da enerjini yığdıqdan sonra onu yeraltına qaytarmaq. Ekoloji siyasət səyləri, xüsusən də Avropada, alternativ, CO2-siz enerji mənbələrini və daha səmərəli enerji istifadəsini təşviq etmək məqsədi daşıyan birinci istiqamətdə irəliləyir. Hər iki yanaşma karbohidrogenlərə tələbatı azaltmalıdır. Müəllif, xüsusən də Hans-Verner Zinn, bərpa olunan enerjiyə dəstək sxemlərinin az təsir göstərdiyini iddia etsə də, o, yanacaq istehlakı və istehsalı üçün hökumət dəstəyini nəzərdən qaçırır. OECD hesabatına görə, bu cür dəstək OECD ölkələrində və əsas inkişaf etməkdə olan iqtisadiyyatlarda yüksəkdir və ildə 160-200 milyard ABŞ dolları təşkil edir. Bu dəstəyin emissiyaların azaldılması və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə mane olduğu bildirilir.
Yaşıl yuyulma
Greenwashing (" ağartmaq " üzərində modelləşdirilmiş mürəkkəb söz), həmçinin yaşıl parıltı adlanır, ictimaiyyəti təşkilatın məhsullarının, məqsədlərinin, məqsədləri və məqsədləri barədə inandırmaq üçün yaşıl PR və yaşıl marketinqdən aldadıcı şəkildə istifadə edən reklam və ya marketinqin bir formasıdır. və ya siyasətlər ətraf mühitə uyğundur . Qəsdən yaşıl yuyulma kommunikasiya strategiyalarını qəbul edən şirkətlər, çox vaxt özlərini ətraf mühitə və ya tədarükçülərinə qarşı olan itkilərdən uzaqlaşdırmaq üçün bunu edirlər. Təşkilat ekoloji cəhətdən təmiz təcrübələrdən daha çox "yaşıl" olan reklamlara əhəmiyyətli dərəcədə daha çox resurs xərclədikdə yaşıl yuyulma nümunəsi baş verir. Yaşıl yuyulma təbii mühiti oyatmaq üçün məhsulun adının və ya etiketinin dəyişdirilməsindən tutmuş, məsələn, tərkibində zərərli kimyəvi maddələr olan məhsulda, yüksək dərəcədə çirkləndirən enerji şirkətlərini ekoloji cəhətdən təmiz kimi göstərən milyonlarla dollarlıq kampaniyalara qədər dəyişə bilər. Greenwashing davamlı olmayan korporativ gündəmləri və siyasətləri ört-basdır edir. Yaşıl yuyulma ilə bağlı yüksək ictimai ittihamlar bu terminin artan istifadəsinə kömək etdi. Bir çox korporasiyalar, markalarının ictimai rəyini müsbət yöndə dəyişdirmək üçün yaşıl yuyulma taktikalarından istifadə edir. Bu yanaşma, istehlakçıların diqqətini məhsulun ətraf mühitə müsbət təsirlərinə yönəldərək, korporasiyanın daha geniş və bəlkə də mənfi fəaliyyətlərini gizlətməyə imkan tanıyır. Mürəkkəb korporativ strukturlar, bu cür aldatıcı yanaşmaların daha geniş mənzərədən yayındırılmasında mühüm rol oynaya bilər.

tünd-yaşıl sözünün rus dilinə tərcüməsi

tünd-yaşıl sözünün inglis dilinə tərcüməsi

tünd-yaşıl sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#tünd-yaşıl nədir? #tünd-yaşıl sözünün mənası #tünd-yaşıl nə deməkdir? #tünd-yaşıl sözünün izahı #tünd-yaşıl sözünün yazılışı #tünd-yaşıl necə yazılır? #tünd-yaşıl sözünün düzgün yazılışı #tünd-yaşıl leksik mənası #tünd-yaşıl sözünün sinonimi #tünd-yaşıl sözünün yaxın mənalı sözlər #tünd-yaşıl sözünün əks mənası #tünd-yaşıl sözünün etimologiyası #tünd-yaşıl sözünün orfoqrafiyası #tünd-yaşıl rusca #tünd-yaşıl inglisça #tünd-yaşıl fransızca #tünd-yaşıl sözünün istifadəsi #sözlük