Əlaəddin Təkiş
Əlaəddin Təkiş Xarəzmşah (tam adı: Əlaəddin Təkiş Əla-əl-Dünya və Din Əbül-Müzəffər) d. ? - o. 1200) — 1172-1200-cü illər ərzində Xarəzmşahlar dövlətinin türkmən hökmdarı.
== Həyatı ==
Səltənətin əsas varisi olan Təkiş , Nişapur şəhərinin kənarında olurdu. Kiçik oğlu Sultan Şah, bu fürsəti qiymətləndirərək özünü Xarəzmşahlar Sultanı və Böyük Xaqan elan etdi. Atsızın böyük oğlu Təkiş, qardaşının hökmdarlığını qəbul etmədi, ancaq birinci hərəkət etdiyinə görə səltənət ordusunu arxasına alan Sultan Şaha qarşı təkbaşına mübarizə aparması mümkün deyildi. Qardaşını taxtdan endirmək üçün, qədim düşmənləri olan Qarakitaylardan kömək istədi. Xarəzmşahlara qarşı düşmən münasibət bəsləyən Qarakitaylar əlbəttə bu fürsəti dəyərləndirmişdirlər. Qarakitayların yardım üçün göndərdikləri ordunun başına keçən Təkiş, Nişapura girərək qardaşını taxtdan endirdi və səltənət məqamına keçərək özünü Sultan elan etdi.